Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə393/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   389   390   391   392   393   394   395   396   ...   412

Marius dili dolaĢa-dolaĢa soruĢdu: 

– Bu nə deməkdir? 

Jan Valjan: 

– Bu o deməkdir ki, mən katorqada olmuĢam, – deyə cavab verdi. 

Marius qorxmuĢ halda çığırdı: 

– Siz məni dəli edirsiniz! 

Jan Valjan dedi: 

– Cənab Ponmersi, mən on iki il katorqada olmuĢam. Oğurluq üstündə. Sonra mənə ömürlük 

katorqa cəzası kəsiblər. Yenə oğurluq üstündə. Hal-hazırda mən polis idarəsindən gizlin 

yaĢayıram. 

Marius nahaq yerə bu həqiqət qarĢısında geri çəkilmək, buna inanmaq, bu aydın məsələyə 

müqavimət göstərmək istəyirdi; nəhayət, o təslim olmaq məcburiyyətində qaldı. Məsələni 

anlamağa baĢladı və həmiĢə belə hallarda olduğu kimi, deyilməyən Ģeyləri də baĢa düĢdü. O, 

birdən-birə aydınlaĢan dəhĢətli məsələdən diksindi; beynini dəlib keçən bir fikir onu sarsıtdı. O, 

sanki, uğursuz gələcəyini, fərəhsiz həyatını gördü. 

– Hamısını danıĢın! Hamısını danıĢın! – deyə çığırdı. – Siz Kozettanın atasısınız? 

Bunu deyib, böyük bir dəhĢət içində geri çəkildi. 

Jan Valjan elə əzəmətli tövrlə dikəldi ki, elə bil, boyu bir qarıĢ uzandı. 

– Məhkəmə mənim kimilərin andını qəbul etməsə də, siz mütləq mənə inanmalısınız, cənab. 

Susdu; sonra hər hecanı qeyd edə-edə, amiranə, qaĢqabaqlı halda ağır-ağır əlavə etdi: 

– ...Siz mənə inanın! Mən Kozettanın atası deyiləm! Allah özü Ģahiddir ki, atası deyiləm! Cənab 

Ponmersi, mən Faverol kəndlisiyəm. Mən ağac kəsməklə dolanırdım. Adım FoĢlevan deyil, Jan 

Valjandır. Mən Kozettanın heç nəyiyəm. Sakit olun. 

Marius mızıldandı: 

– Kim bunu mənə sübut elər? 

– Mən. Mənim sözüm. 

Marius bu adama baxdı. O, qaĢqabaqlı və sakitdi. Belə sakitlik yalanla bir araya sığmaz. O Ģey ki 

buza dönmüĢdür – həqiqətdir. Bu qəbir soyuğunda həqiqətin varlığı hiss olunurdu. 

Marius: 

– Mən sizə inanıram, – dedi. 

Jan Valjan bu sözü nəzərə alırmıĢ kimi baĢını əydi: 

– Mən Kozetta üçün kiməm? Yoldan keçən bir adam. On il bundan əvvəl mən onun heç dünyada 

yaĢadığını bilmirdim. Mən onu sevirəm, bu doğrudur. Mən onu necə sevməyə bilərəm: mən onu 

lap uĢaqlıq vaxtından tanıyıram, o zaman ki, mən özüm qoca idim! Adam qoca olanda özünü 

bütün uĢaqların babası hesab edir. Mən belə güman edirəm ki, siz məndə də qəlbə oxĢar bir Ģey 

olduğunu təsəvvür edə bilərsiniz. O yetim idi. Nə atası vardı, nə anası. Onun mənə ehtiyacı 

vardı. Buna görə də mən onu sevdim. Balaca uĢaqlar elə aciz olurlar ki, rast gəldikləri bir adam, 

hətta mənim kimi bir adam onları öz himayəsi altına ala bilər. Mən də Kozettaya hamilik etmək 

vəzifəsini öz üzərimə götürdüm. Mən elə zənn edirəm ki, belə kiçik təĢəbbüsə xeyirxah iĢ demək 

böyük çıxardı, əgər bu, doğrudan da, xeyirxah bir iĢ isə, qoy elə olsun, elə hesab edin ki, mən 

belə bir iĢ tutmuĢam. Bunu, hökmü yüngülləĢdirən bir Ģey kimi nəzərə alın. Bu gün Kozetta 

mənim həyatımdan gedir, bizim yolumuz ayrıldı. Bundan sonra mən onun üçün daha heç bir Ģey 

edə bilmərəm. O, baronessa Ponmersidir. Ġndi onun baĢqa bir hamisi var. Bu dəyiĢiklik 

Kozettanın xeyrinə oldu. Hər Ģey yaxĢılığa doğru gedir. Bu altı yüz min frank isə, – siz bu barədə 

bir Ģey deməsəniz də, belə bir sual verəcəyinizi hiss edirəm, – mənə saxlanılmağa verilmiĢdi. 

SoruĢa bilərsiniz bu pul necə olub ki, mənim əlimə keçib. Sizin üçün bunun nə fərqi var? O Ģey 

ki mənə saxlanılmağa verilmiĢdi, mən onu verirəm. Məndən daha heç nə soruĢmayın. Mən əsil 

adımı açıb sizə söyləməklə öz vəzifəmi tamam yerinə yetirdim. Bu Ģeyləri sizə niyə dedim, – bu 

ancaq mənə aid olan məsələdir. Mən kiməm, – bunu sizin bilməyiniz mənim üçün çox vacibdir. 

Jan Valjan sözünü qurtarıb Mariusun düz üzünə baxdı. 

Mariusu tutqun və qarıĢıq hisslər bürümüĢdü. Taleyin zərbəsi yüksək dalğalar qaldıran Ģiddətli 

küləyə bənzər. Bu zərbə bizim qəlbimizdə coĢqun həyəcan doğurur. 




ġaĢqınlıq bizi tamamilə bürüyəndə biz ağır, təĢviĢli dəqiqələr keçiririk; ağlımıza ilk əvvəl nə 

gəlsə, onu deyirik, çox vaxt da deyiləsi sözü deyil, baĢqa bir söz deyirik. Qəfildən söylənilən və 

sirraçan xəbərlər də olur ki, insan buna dözə bilmir, o, adamı zəhərli Ģərab kimi sərsəmləĢdirir. 

Marius özünü elə itirmiĢdi ki, Jan Valjanla onun etirafından narazı qalmıĢ kimi danıĢmağa 

baĢladı. 

Həyəcanla dedi: 

– Mən baĢa düĢə bilmirəm: siz bu Ģeyləri mənə niyə deyirsiniz? Kim sizi məcbur edir? Siz bu 

sirri açmaya da bilərdiniz. Sizi heç kəs ələ vermir, heç kəs sizi təqib etmir, gözümçıxdıya salmır. 

Bu Ģeyləri könüllü olaraq etiraf etmək üçün, yəqin, bir əsasınız var. Hamısını söyləyin. Burada 

nə isə ayrı bir məsələ var. Siz nə məqsədlə öz-özünüzü ifĢa edirsiniz? Nə səbəbə? 

Jan Valjan elə astadan və elə boğuq səslə danıĢdı ki, elə bil, Mariusla deyil, öz-özü ilə danıĢırdı. 

– Nə səbəbə? Doğrudan da, katorqa dustağı nə üçün birdən durub deyir ki: ―Mən katorqa 

dustağıyam?‖ Qoy onda cavab verim. Bəli, bunun səbəbi var, özü də qəribə bir səbəbi var. Mən 

bunu düzlük cəhətdən dedim. Qulaq asın, bədbəxtlik burasındadır ki, qəlbim məni bərk-bərk 

yedəkləmiĢdir. Adam qocalanda bu yedək daha da möhkəm olur. Ətrafda hər Ģey uçub-dağılır, 

amma ona heç bir Ģey olmur. Mən o yedəyi qıra bilsəydim, məhv edə bilsəydim, o düyünü aça 

bilsəydim, ya kəsə bilsəydim, çox-çox uzaqlara gedə bilsəydim, onda xilas olardım, onda mən 

Blua küçəsində istədiyim dilicansa minib gedərdim; siz xoĢbəxtsiniz, mən daha buradan gedə 

bilərdim. Mən bu buxovu qırmaq istədim, bacardığım qədər onu dartdım; buxov çox möhkəmdi, 

qırılmırdı, çox dartsaydım, qəlbimi də onunla bərabər yerindən qoparardım. Onda mən öz-özümə 

dedim: ―mən baĢqa yerdə yaĢaya bilmərəm. Mən gərək burada qalam‖. Əlbəttə, siz haqlısınız. 

Bəli, mən axmağam. Mən izahat vermədən, elə-belə qala bilməzdimmi? Siz öz evinizdə mənə 

otaq təklif edirsiniz, xanım Ponmersi məni çox istəyir, o, hətta kresloya deyib ki: ―Onun 

qabağında ağuĢunu açarsan‖, sizin babanız məni məmnuniyyətlə qəbul edər, o məndən razı qalar, 

biz hamımız bir yerdə yaĢayarıq, bir yerdə nahar edərik, mən Kozettanın... xanım Ponmersinin, – 

bağıĢlayın, vərdiĢ etdiyim üçün yanıldım, – qoluna girib onu gəzməyə apararam, biz bir damın 

altında yaĢarıq, bir süfrədə oturarıq, bir çırağın baĢına yığıĢarıq, qıĢda bir buxarının yanında 

oturub qızıĢarıq, yayda bir yerdə seyrə çıxarıq... Bu elə bir sevinc, elə bir xoĢbəxtlikdir ki, hər 

Ģeydən yüksəkdir! Biz bir ailə kimi yaĢardıq. Bir ailə kimi! 

Jan Valjan bu sözləri söylərkən qorxunc bir görkəm aldı. Qollarını sinəsinə çarpazlayaraq 

gözlərini yerə elə dikdi ki, elə bil, ayaqları altında uçurum açmaq istəyirdi; birdən nərildədi; 

– Bir ailə kimi! Yox! Mənim heç bir ailəm yoxdur! Mən sizin də ailəyə mənsub deyiləm. Heç bir 

insan ailəsinə mənsub deyiləm! O evlərdə ki bir-birinə yaxın olan insanlar yaĢayır, mən orada 

artığam. Dünyada çoxlu ailə var, ancaq bu ailələr mənim üçün deyil. Mən bədbəxtəm, məni 

insan ailəsindən kənara atıblar. Mənim atam, anam olmuĢmu? Mən az qalır ki, buna Ģübhə 

eləyəm. O gün ki mən bu qızı ərə verdim, mənim üçün hər Ģey bitdi. Mən gördüm ki, bu qız 

xoĢbəxtdir, sevdiyi adamla yaĢayır, onların xoĢ təbiətli bir babası var, sevinc dolu evi var, bu ev 

iki mələyin yurdudur, onların vəziyyəti hər barədə yaxĢıdır. Onda mən öz-özümə dedim: ―Ora 

getmə!‖ Mən yalan deyə bilərdim, bu doğrudur; mən sizin hamınızı aldada bilərdim, cənab 

FoĢlevan olub qalardım. Nə qədər ki o qız üçün yalan demək lazımdı, mən dedim; lakin indi 

özüm üçün mən bunu gərək eləməyəm. Doğrudur, mənim üçün susmaq kifayətdi, onda hər Ģey 

əvvəlki qayda ilə gedərdi. Siz soruĢursunuz ki, mənim danıĢmağa məcbur edən nədir? Çox 

əhəmiyyətsiz bir Ģey – mənim vicdanım. Susa bilərdim, bu çox asandır. Mən bütün gecəni 

çalıĢdım ki, özümü buna inandırım, danıĢmayım, olmadı; siz məndən açıq danıĢmağı tələb 

edirsiniz, sizin buna haqqınız var, çünki mənim sizə söylədiklərim ağlasığan Ģey deyil. Bəli, mən 

bütün gecəni öz-özümə cürbəcür dəlillər, çox möhkəm dəlillər gətirdim; doğrudan da, mən öz 

qüvvəm daxilində olan hər Ģeyi elədim. Ancaq bir Ģeyi eləyə bilmədim: mənim qəlbimi bu yerə 

bağlayan, buxovlayan, bənd eləyən ipi qıra bilmədim, tək olanda mənimlə söhbət eləyən ipi qıra 

bilmədim, tək olanda mənimlə söhbət eləyən adamı susdura bilmədim. Buna görə də sizin 

yanınıza gəldim ki, hər Ģeyi açıb sizə deyim. Hər Ģeyi, ya bəlkə də, hər Ģeyi! O Ģey ki, ancaq 

mənə aiddir, o barədə heç danıĢmaq lazım deyil; bunu mən öz ürəyimdə saxlayıram Əsas Ģeyləri 

siz indi bilirsiniz. Bu qayda ilə mən öz sirrimi götürüb, sizə gətirdim. Mən onu sizin gözünüzün 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   389   390   391   392   393   394   395   396   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə