Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə394/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   390   391   392   393   394   395   396   397   ...   412

qabağında açdım. Belə bir qərara gəlmək asan deyildi. Mən bütün gecəni öz-özümlə mübarizə 

etmiĢəm. Ah, mən öz-özümü inandırmağa çalıĢırdım ki, burada vəziyyət bir baĢqadır. ġanmatye 

məsələsində olduğu kimi deyil, indi mən öz adımı gizlətməklə heç kəsə yamanlıq etmərəm, 

FoĢlevan adı mənə etdiyim xidmətə görə bir minnətdarlıq kimi cənab FoĢlevanın özü tərəfindən 

verilmiĢdir, mən bu adı yenə də saxlaya bilərəm, sizin təklif etdiyiniz otaqda xoĢbəxt həyat 

keçirə bilərəm, heç kəsi zəhmətə salmaram, öz guĢəmdə yaĢaram, Kozetta sizin olsa da, onunla 

bir evdə yaĢamaq, hər halda, mənim üçün bir təsəlli olar – siz elə bilirsiniz mən bunları 

düĢünmürdüm? Bizim hər birimiz xoĢbəxt olardı. Mənə əvvəlki kimi cənab FoĢlevan deyərdilər, 

hər Ģey öz qaydası ilə gedərdi. Hər Ģey, ancaq mənim qəlbim narahat olardı. Hər tərəfdən üstümə 

sevinc yağardı, lakin mənim qəlbimdə qaranlıq gecə hökmranlıq edərdi. XoĢbəxt olmaq kifayət 

deyil, adam gərək öz-özü ilə sülh içində yaĢasın. Ġndi belə bir Ģey təsəvvür edin: mən cənab 

FoĢlevan olub qalaydım, deməli ki, əsil simamı gizlədəydim, deməli ki, sizin çiçəklənən 

xoĢbəxtliyiniz qarĢısında sirrimin üstünü örtəydim, qəlbimdəki zülmətlə bu iĢıqlı dünyada 

gəzəydim, deməli ki, sizə xəbərdarlıq etmədən katorqanı sizin evə gətirəydim, süfrənizin baĢında 

oturaydım, fikrimdə də bu olaydı ki, siz mənim kim olduğumu bilsəniz, məni buradan 

qovarsınız; sizin adamlara mənə qulluq etməyə imkan verəydim, ―Belə də dəhĢət olar!‖ Birdən 

elə olaydı ki, dirsəyim sizə toxunaydı, – əslində, bu gərək sizi iyrəndirəydi; sizin əlinizi sıxmaq 

mənim üçün bir oğurluq olardı! Sizin evinizdə hörmət və ehtiramı – ağ saçlı, möhtərəm bir 

adamla rüsvay olmuĢ ağ saçlı baĢqa adam arasında bölüĢdürmək lazım gələrdi. O zaman ki bütün 

ürəklər bir-birinin qarĢısında, guya, açıq olacaqdı, o zaman ki bizim dördümüz də – sizin babanız 

da, siz də Kozetta da, mən də bir yerdə səmimi söhbət edəcəkdik, burada naməlum bir adam da 

iĢtirak edəcəkdi! Sizinlə bir yerdə keçirdiyim bu həyatda mənim yeganə qayğım bu olacaqdı ki, 

bu dəhĢətli quyunun qapağını yerindən tərpətməyə yol verməyim. Bu qayda ilə mən ölü olduğum 

halda, sizin kimi dirilərə bağlanmıĢ olardım. Kozettanı həmiĢəlik özümə buxovlardım. Siz, o və 

mən katorqa dustağının yaĢıl qalpağı altında üç baĢdan ibarət bir Ģey olardıq! Bu, sizi 

sarsıtmırmı? Ġndi mən ən bədbəxt insanam, amma onda ən rəzil bir adam olardım. Bu cinayəti 

mən hər gün elərdim! Bu qara maskada öz sifətimi hər gün gizlədərdim! Mən sizi hər gün öz 

rüsvayçılığıma Ģərik elərdim! Hər gün! Sizi, mənim əzizlərimi, sizi, mənim balalarımı, mənim 

məsum mələklərimi! Susmaq asandırmı? Qəlbindəkini gizlətmək asan Ģeydirmi? Yox, asan 

deyil! susmaq var ki, yalan deyir. Mən öz yalanımı, riyakarlığımı, alçaqlığımı, qorxaqlığımı, 

xəyanətimi, cinayətkarlığımı damla-damla içərdim, sonra onları qusardım, sonra yenə də 

içərdim, mən bunu gecə yarısı qurtarardım, sonra günorta vaxtı baĢlardım, ―Sabahınız xeyir‖, ya 

―Gecəniz xeyrə qalsın‖ deməklə yalan söylərdim, yatanda yorğan əvəzinə bu yalanla üstümü 

örtərdim, bu yalanda çörək yeyərdim, Kozettanın üzünə baxardım, onun mələk təbəssümünə 

baxardım, onun mələk təbəssümünə iblis təbəssümü ilə cavab verərdim, – bununla da ən rəzil bir 

adam olardım! Niyə axı? XoĢbəxt olmaq üçün. Mən xoĢbəxt olum? Mənim xoĢbəxt olmağa 

haqqım var? Məni həyatdan kənara atıblar, cənab! 

Jan Valjan dayandı. Marius susurdu. Belə hallarda – o zaman ki söylənən fikirlərdə qəlbin 

iztirabı çırpınır, adamın sözünü kəsmək mümkün deyil. Jan Valjan yenə də səsini alçaltdı, lakin 

indi onun səsi boğuq deyildi, bu səsdə məĢumluq duyulurdu. 

– Siz soruĢursunuz ki, mən bunları niyə deyirəm? Sizi ki heç kəs ələ vermir, heç kəs təqib etmir, 

heç kəs sizi gözümçıxdıya salmır... Bu heç də belə deyil! Məni ələ verirlər, məni təqib eləyirlər, 

məni gözümçıxdıya salırlar! Məni ələ verən kimdir, təqib edən kimdir, gözümçıxdıya salan 

kimdir? Mən özüm! Mən özüm öz yolumu kəsirəm, mən özüm özümü dartıb aparıram, 

sürükləyirəm, həbs edirəm, edam edirəm; o zaman ki adam özü öz əlinə düĢür, bundan xilas 

olmaq asan deyil! 

Jan Valjan öz yaxasından bərk-bərk yapıĢdı, Mariusa sarı dönərək, sözünə davam etdi: 

– Bu yumruğa bir baxın! Bu, mənim yaxamdan elə tutmuĢdur ki, sanki, onu heç 

buraxmayacaqdır, elə deyilmi? Bax, vicdan da adamı belə yaxalayır. Cənab, xoĢbəxt olmaq 

istəyirsənsə, vəzifənin nə olduğunu dərk etməyə çalıĢmayın, çünki bunu baĢa düĢən kimi vicdan 

amansız bir Ģey olur. Onu dərk etdiyiniz üçün o, sanki, sizə cəza verir. Lakin o həm də bunun 



əvəzində sizə yaxĢılıq edir: o sizi cəhənnəmə atır, lakin bu cəhənnəmdə siz Allahı öz yanınızda 

hiss edirsiniz. Adam bütün qəlbini parçalamayınca, öz-özü ilə dinc yaĢaya bilməz. 

Sonra o, iztirablı, dərdli bir ifadə ilə əlavə etdi: 

– Cənab Ponmersi, amma mən – sağlam düĢüncəyə zidd görünsə də – düz adamam. Məhz sizin 

nəzərinizdə alçaldığım üçün, öz nəzərimdə yüksəlirəm. Bu, bir dəfə mənim baĢıma gəlib, ancaq 

mən onda belə əzab çəkməmiĢəm; bunun qabağında o, yüngül bir Ģey idi. Bəli, mən düz 

adamam. Mənim təqsirim üzündən siz yenə də mənə hörmət etmiĢ olsaydınız, onda mən düz 

adam olmazdım; indi siz mənə nifrət edirsiniz – mən düz adam olub qalıram. Mən taleyin hökmü 

altındayam, mən ancaq qeyri-qanuni olaraq mənimsədiyim hörmətdən istifadə edə bilərəm, bu 

hörmət də məni alçaldır, əzir. Lakin mənim öz-özümə hörmət etməyim üçün gərək baĢqaları 

mənə nifrət eləsin. Onda mən özümdən razı qalıram. Mən katorqa dustağıyam, lakin mən öz 

vicdanıma tabe oluram. Mən çox gözəl bilirəm ki, bu, həqiqətə o qədər də uyğun deyil. Lakin bu, 

belədir, nə etmək olar?! Mən öz-özümlə müqavilə bağlamıĢam, onu yerinə yetirirəm. Adam 

bəzən elə Ģeylərə rast gəlir ki, bunlar onun qarĢısında çox-çox vəzifələr qoyur, elə təsadüflər də 

olur ki, bunlar adamı öz nəfəsini yerinə yetirməyə çağırır. Bilirsinizmi, cənab Ponmersi, həyatda 

mənim baĢıma çox müsibətlər gəlib. 

Jan Valjan yenə susdu. Tüpürcəyini güclə udaraq, – söylədiyi sözlərin acısı, sanki, tüpürcəyində 

qalmıĢdı, – sözünə davam etdi: 

– Adama rüsvayçılıq damğası vurublarsa, onun ixtiyarı yoxdur ki, xəbərdarlıq etmədən bu 

rüsvayçılığın bir hissəsini öz üzərinə götürməyə baĢqalarını məcbur eləsin; onun ixtiyarı yoxdur 

ki,  öz vəbasını baĢqalarına yoluxdursun; onun ixtiyarı yoxdur ki, düĢdüyü uçuruma baĢqalarını 

da gizlincə çəkib aparsın; onun ixtiyarı yoxdur ki, dustaq kurtkasını baĢqalarının çiyninə atsın; 

onun ixtiyarı yoxdur ki, öz bədbəxtliyi ilə yaxın adamlarının xoĢbəxtliyinə kölgə salsın! Adamın 

pis yarası olduğu halda, sağlam adamlara yaxınlaĢması, zülmət içində öz gizlin yarasını onlara 

toxundurması rəzalətdir. Qoy FoĢlevan öz adını mənə vermiĢ olsun, – bu addan istifadə etməyə 

mənim ixtiyarım yoxdur; bu adı o mənə verə bilər, lakin mən gərək onu daĢımayam. Ad insanın 

―mənliyidir‖. Görürsünüzmü, cənab, mən kəndli olsam da, bəzi məsələlər haqqında düĢünə 

bilirəm, bəzi Ģeylər oxumuĢam. Özünüz görürsünüz ki, mən ləyaqətlə öz fikrimi ifadə edə 

bilirəm. Mən hər Ģeyi baĢa düĢürəm. Mən öz-özümü tərbiyə eləmiĢəm. Bəli, baĢqasının adını 

oğurlamaq, bu ad altında gizlənmək vicdansızlıqdır. Əlifbanın da hərifləri pul kisəsi, ya saat kimi 

dələduzluqla mənimsənilə bilər. Canlı bir saxta imza olmaq, namuslu adamların qapısının 

kilidaçanı olmaq, yalanla onların həyatına qədəm qoymaq, onların Ģax üzünə baxa bilməmək, 

həmiĢə üzünü yana çevirmək, alçaq adam olduğunu hiss etmək – yox, yox, yox, yox, mən bunu 

edə bilmərəm! YaxĢısı budur ki, adam əzab çəksin, öz qanı içində boğulsun, hönkür-hönkür 

ağlasın, üz-gözünü dırnaqları ilə cırsın, gecələr ağır kədər içində yanıb-qovrulsun, öz bədənini, 

ruhunu didib parçalasın!.. Bax buna görə də mən bu Ģeyləri sizə danıĢdım, özü də siz dediyiniz 

kimi, könüllü surətdə danıĢdım. 

Jan Valjan dərindən ah çəkib sözünü qurtardı: 

– Bir zamanlar yaĢamaq üçün çörək oğurlamıĢdım, indi isə yaĢamaq üçün ad oğurlamaq 

istəmirəm. 

Marius onun sözünü kəsdi: 

– YaĢamaq üçün sizə bu ad lazım deyil. 

Jan Valjan yavaĢ-yavaĢ baĢını yırğaladı: 

– Ah, mən bilirəm nə deyirəm! 

Onlar ağır düĢüncəyə dalaraq susdular. Marius baĢını əlinə dayayaraq stolun yanında oturmuĢdu, 

qatlanmıĢ barmağını çənəsinə dirəmiĢdi. Jan Valjan otaqda gəziĢirdi. O, aynanın qabağında ayaq 

saxladı, gözlərini aynaya zilləyərək dedi: 

– Heç olmasa ürəyimi boĢaltdım! 

O, aynaya baxsa da, heç bir Ģey görmürdü. 

Yenə də gəziĢməyə baĢlayaraq otağın o biri baĢına getdi. Geri dönəndə Mariusun ona göz 

qoyduğunu gördü. Onda Jan Valjan baĢqa bir ifadə ilə dedi: 

– Mən ayağımı bir az sürüyürəm. Ġndi sizə aydındır niyə sürüyürəm. 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   390   391   392   393   394   395   396   397   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə