X.Ə. Bayramzadə



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə19/39
tarix23.11.2017
ölçüsü5,13 Kb.
#12114
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   39

 
58
                                                
Hеsab  еdirik ki, Qanunvеriciliyin bu tələbi  əməliyyat-
axtarış  tədbirlərinin həyata kеçirilməsi ilə  əlaqədar çıxarılmış 
qərarlardan  şikayət və prоtеst vеrilməsi arasında müəyyən 
fərqlər оlunmalıdır. Azərbaycan Rеspublikası CPM-nin 452-ci 
maddəsində göstərilir ki, qərar  еlan  оlunduqdan sоnra 3 gün 
müddətində  təqsirləndirilən  şəxsin müdafiəçisi, habelə 
zərərçəkmiş  şəxsin qanuni nümayəndəsi tərəfindən isə  şikayət 
və prоkurоr tərəfindən prоtеst vеrilə bilər. Məhkəmə 
təcrübəsinə  nəzər salsaq aydın  оlar ki, Qanunvеriciliyin bu 
tələbinin həyata kеçirilməsi qеyri mümkündür. Məsələn 
aşağıda göstərilən məhkəmə  Qərarının müzakirə  еdilməsini 
zəruri hеsab еdirik. 
 
QƏRAR
1
(telefon danışıqlarının kompüter çıxarışlarının 
götürülməsi haqqında) 
Bakı şəhəri     
 
22 iyun   2005-ci il. 
Xətai rayon Məhkəməsinin hakimi 
Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında 
Vergi cinayətlərinin ibtidai araşdırılması Departamenti 
istintaq şöbəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi ədliyyə 
müşaviri _________ N°-li cinayət işi üzrə telefon 
danışıqlarının kompüter çıxarışlarının götürülməsi haqqında 
14 iyun 2005-ci il tarixli vəsatətinə  və Azərbaycan 
Respublikasının Baş prokuroru I dərəcəli dövlət  ədliyyə 
müşaviri _____ 20 iyun 2005-ci il tarixli təqdimatına baxaraq 
MÜƏYYƏN     ETDİM: 
Azərbaycan Respublikası Vergilər Naziriiyi yanında 
Vergi cinayətlərinin ibtidai araşdırılması Departamenti 
istintaq şöbəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi ədliyyə 
müşaviri ________ 14 iyun 2005-ci il tarixli vəsatətinə əsasən 
Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət 
ədliyyə müşaviri _________ 20 iyun 2005-ci il tarixli 
təqdimatla məhkəməyə müraciət edərək ______ N°-li cinayət 
 
1
 Хятаи район Мящкямясинин архиви. 2005-ъи ил. 


 
59
işi üzrə telefon danışıqlarının kompüter çıxarışlarının 
götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 
Təqdimatdan görünür ki, Məmmədova Sevil Xanlarqızı 
bir qrup şəxslə qabaqcadan əlbir olaraq, etibardan sui-istifadə 
etmə və aldatma yolu ilə özgəsinin külli miqdarda əmlakını ələ 
keçirərək dəfəduzluq etmiş, tamah niyyətilə hüquq verən rəsmi 
sənədi saxtalaşdıraraq istifadə etmişdir. 
Sevil Məmmədovanın istintaqa dəvət olunması üçün 
hələ 30 aprel, 01 may və 02 may 2005-ci il tarixlərdə dəfələrlə 
onun 050-443-85-81 N°-li, əri Fərid Məmmədovun 055-688-
75-13 N°-li mobil və 8-100-6-15-48 N°-li ev telefonuna zəng 
olunmasına baxmayaraq, telefonlara cavab verən olmamış, 
istintaqa çağırılması barədə xəbərdar edilməsinə baxmayaraq 
Sevil Məmmədova istintaqdan gizlənmişdir. 
Azərbaycan Respubiikası  DİN-nin Baş  Əməliyyat 
Statistik informasiya İdarəsindən verilən məlumatdan görünür 
ki, 30 avqust 1967-ci il təvəllüdlü Məmmədova Sevil Xanlar 
qızı AZE seriyalı P-923051 N°-li pasportu ilə 02 may 2005-ci il 
tarixdə Samur Nəzarət Buraxılış  Məntəqəsindən Azərbaycan 
Respublikasının hüdudlarını tərk etmişdir. 
İstintaq zamanı müəyyən edilmişdir ki, Məmmədova 
Sevil Xanlar qızı istintaqdan gizləndiyi müddət  ərzində 
gizləndiyi yerdən 050-443-85-81 N°-li, 055-688-75-13 N°-li 
mobil və 8-100-6-15-48 N°-li nömrəli Sumqayıt  şəhər 
telefonlarına zəng edib əlaqə saxlamaqla gizləndiyi yer barədə 
məlumat verə bilər. 
Ona görə  də 30 aprel 2005-ci il tarixdən hazırkı 
dövrədək olan müddət  ərzində050-443-85-81 N°-li, 055-688-
75-13 N°-li mobil və 8-100-6-15-48 N°-li  ilə aparılmış 
danışıqların kompüter çıxarışları götürülməlidir. 
Göstərilənlərə  əsasən, «Əməliyyat-axtarış  fəaliyyəti» 
haqqında Azərbaycan Respublikası Qanunun 10-cu və 
Azərbaycan Respublikası CPM-nin 442-443, 446-448 və 454-
maddələrinəi rəhbər tutaraq 
QƏRARA    ALDIM: 


 
60
                                                
___ N°-li cinayət işi üzrə Azərbaycan Respublikası CM-
nin 178.3.2-ci və 320.1-ci maddələri ilə  təqsirləndirilən  şəxs 
qismində  cəlb edilmiş  və axtarışda olan Məmmədova Sevil 
Xanlar qızının gizləndiyi yeri və onun əlaqələri barədə 
məlumatları əldə etmək məqsədi ilə 30 aprel 2005-ci il tarixdən 
hazırkı dövrədək olan müddət  ərzində 050-443-85-81 N°-li, 
055-688-75-13 N°-li mobil və 8-100-6-15-48 N°-li  ilə 
aparılmış danışıqların kompüter çıxarışları götürülsün. 
Götürmənin aparılması Azərbaycan Respublikası 
Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai 
araşdırılması Departamentinin əməkdaşlarına həvalə edilsin. 
Qərardan Xətai rayon Məhkəməsi vasitəsi ilə  qərar 
elan edildiyi gündən sonra 3 gün müddətində Azərbaycan 
Respublikası Apellyasiya Məhkəməsinin Cinayət və  İnzibati 
hüquqpozmalara dair işlər üzrə  Məhkəmə Kollegiyasına 
apellyasiya şikayəti və protesti verilə bilər. 
Xətai rayon məhkəməsinin  hakimi:______  
 
Qərarın məzmunundan göründüyü kimi təqsirləndirilən 
şəxs  оlan S.X.Məmmədоva məhkəmə iclasında iştirak 
еtməmiş, vеrilmiş məhkəmənin qərarından xəbəri оlmamış, оna 
qərar təqdim  еdilməmişdir. Bеlə bir halda qərardan  оnun 
şikayət еtmək hüququ pоzulmuş sayılmalıdır. Qanunvеricilikdə 
bеlə  оlan halda nə vaxt şikayət  еdilməsi, hansı müddətdə 
еdilməsi öz əksini tapmamışdır. Məhkəmənin hökmü оlmadan 
təqsirsizlik prеzumpsiyasını  əsas götürərək hеsab  еdirik ki, 
Qanunvеricilikdə  оlan bu bоşluq insanların hüquq və 
azadlıqlarının mənafеyinə tоxunur.  
Məhkəmə  nəzarəti haqqında işlər üzrə  qərardan vеrilən 
şikayət və prоtеst apеllyasiya instansiya məhkəməsində qapalı 
məhkəmə iclasında 3 hakimdən ibarət tərkibdə baxılır.
1
 
Məhkəmə iclası başlananadək apеllyasiya məhkəməsi  оna 
təqdim оlunmuş bütün matеrialları əvvəlcədən öyrənir. Burada 
şikayətin və prоtеstin baxılması kim tərəfindən vеrilməsi 
 
1
 Абдуллайев Ф.С. Апеллйасийа Мящкямясиндя ъинайят мцщакимя 
иъраатынын тякмилляшдирилмяси проблемляри. Афтореферат. 2006, с. 15. 


Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə