Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilə



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə34/48
tarix17.04.2018
ölçüsü2,91 Kb.
#38752
1   ...   30   31   32   33   34   35   36   37   ...   48

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
166 
Həm sədəfəm, həm inciyəm, həşru sirat əsinciyəm, 
Bunca qumaşu təxt ilə mən bu dükanə sığmazam. 
 
Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm, mən uş, 
Gövhəri-kan mənəm mən uş, bəhrəvu kanə sığmazam. 
 
Gərçi mühiti-əzəməm, adım adəmdir, adəməm, 
Dar ilə künfəkan mənəm, mən bu məkanə sığmazam. 
 
Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm, 
Gör bu lətifeyi ki mən, dəhru zəmanə sığmazam. 
 
Əncum ilə fələk mənəm, vəhy ilə həm mələk mənəm, 
Çək dilini və əbsəm ol mən bu lisanə sığmazam. 
 
Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm, 
Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam. 
 
Zat iləyəm sifat ilə, qədr iləyəm bərat ilə, 
Gülşəkərəm nəbat ilə, bəstə dəhanə sığmazam. 
 
Nar mənəm, şəcər mənəm, ərşə çıxan həcər mənəm, 
Gör bu odun zəbanəsin, mən bu zəbanə sığmazam. 
 
Şəms mənəm, qəmər mənəm, şəhd mənəm, şəkər mənəm, 
Ruhi-rəvan bağışlaram, ruhi-rəvanə sığmazam. 
 
Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm, 
Bundan uludur ayətim, ayətü şanə sığmazam. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
167 
167 
167 
MƏHƏMMƏD FÜZULĠ  
(1494-1556) 
 
 
Klassik  Azərbaycan  ədə-
biyyatının  inkişafında  müstəs-
na  xidmətləri  olan,  lirik  və 
epik əsərləri ilə ədəbiyyatımızı 
zənginləşdirən M.Füzuli 1494-
cü ildə İraqda – Kərbəla şəhə-
rində anadan olmuşdur. 
Türk,  ərəb  və  fars  dillə-
rində əsərlər yazmış, Azərbay-
can və fars dillərində divan ya-
ratmışdır. «Bütün Yaxın Şərq-
də  dastan  dedikdə  Firdovsi, 
rübai dedikdə Xəyyam, əxlaqi-didaktik şeir dedikdə Sədi 
xatırlandığı  kimi,  qəzəl  dedikdə  də  hər  kəsdən  əvvəl 
Füzuli yada düşür» (Mir Cəlal). 
Füzuli Nizaminin «Leyli və Məcnun»unun təsiri ilə 
Azərbaycan dilində «Leyli və Məcnun» (1536) yaratmış-
dır.  Şairin  Azərbaycan,  ərəb  və  fars  dillərində  yazdığı 
«Qəsidələr divanı» vardır. 
Uzun  illər  boyu  M.Füzulinin  «Qəzəllər»  divanı  və 
«Leyli  və  Məcnun»  əsəri  orta  məktəblərdə  dərslik  kimi 
istifadə edilmişdir. 
M.Füzuli  1556-cı  ildə  taun  xəstəliyindən  vəfat 
etmiş,  Kərbəla  şəhərində  (öz  vəsiyyətinə  görə)  İmam 
Hüseyn məqbərəsinin astanasında dəfn edilmişdir. 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
168 
                     MƏNĠ CANDAN USANDIRDI 
 
Məni candan usandırdı, cəfadan yar usanmazmı 
Fələklər yandı ahımdan, muradım şəmi yanmazmı? 
 
Qamu bimarinə canan dəvayi-dərd edər ehsan. 
Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı? 
 
Qəmim  pünhan  tutardım  mən,  dedilər  yarə  qıl 
rövşan 
Desəm, ol bivəfa bilməm, inanarmı inanmazmı? 
 
Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım, 
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmi? 
 
Güli-rüxsarinə qarşı gözümdən qanlı axar su, 
Həbibim, fəsli güldür bu, axar sular bulanmazmı? 
 
Deyildim mən sənə mail, sən etdin əqlimi zail, 
Mənə tən eyləyən qafil səni görəcək utanmazmı? 
 
Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır, 
Sorun  kim,  bu  nə  sevdadır,  bu  sevdadan 
usanmazmi? 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
169 
169 
169 
 AġIQ ƏLƏSGƏR  
(1821-1926) 
 
Azərbaycan  aşıq  yara-
dıcılığının  ustad  sənətkarla-
rındandır. 
1821-ci 
ildə 
Qərbi 
Azərbaycanın Göyçə mahalı-
nın Ağkilsə kəndində anadan 
olmuşdur.  Aşıqlıq  fəaliyyəti 
ilə Türkiyədə, İranda və Da-
ğıstanda  məşhur  olmuşdur. 
1918-19-cu  illərdə  doğma 
vətən torpaqları erməni işğa-
lına məruz  qalmış və  Ələsgər  Kəlbəcərdə,  Tərtərdə  köç-
künlük  həyatı  yaşamışdır.  1921-ci  ildə  yenidən  Vətənə 
qayıtmış, 1926-cı ildə isə vəfat etmişdir. 
Aşıq şeirinin bir çox janrlarında şeirlər  yazmış, do-
daqdəyməz təcnis, dildönməz gəraylı növlərini  yaratmış-
dır. 
 
                                  DAĞLAR 
 
Bahar fəsli, yaz ayları gələndə, 
Süsənli, sünbüllü, lalalı dağlar! 
Yoxsulu, ərbabı, şahı, gədanı 
Tutmaz bir-birindən aralı dağlar! 
 
Xəstə üçün təpəsində qar olur
Hər cür çiçək açır, laləzar olur, 
Çeşməsindən abi-həyat car olur, 
Dağıdır möhnəti, məlalı dağlar! 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
170 
Yazın bir ayında çox yaxşı çağın, 
Kəsilməz çeşməndən gözəl yığnağın, 
Axtarma motalın, yağın, qaymağın… 
Zənbur çiçəyindən bal alı, dağlar! 
 
Yazın əvvəlində dönürsən xana, 
Son ayda bənzərsən yetkin bostana, 
Payızın zəhməri qoyur virana
Dağıdır üstündən cəlalı, dağlar! 
 
Gahdan çiskin tökər, gah duman eylər, 
Gah gəlib-gedəni peşiman eylər, 
Gahdan qeyzə gələr, nahaq qan eylər
Dinləməz haramı, halalı dağlar. 
 
Ağ xələt bürünər, zərnişan geyməz, 
Heç kəsi dindirib kefinə dəyməz. 
Sərdara söz deməz, şaha baş əyməz, 
Qüdrətdən səngərli, qalalı dağlar. 
 
Köçər ellər, düşər səndən aralı, 
Firqətindən gül-nərgizin saralı, 
Ələsgər Məcnun tək yardan yaralı, 
Gəzər səndə dərdli, nalalı, dağlar!… 
 
 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə