Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilə



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə31/48
tarix17.04.2018
ölçüsü2,91 Kb.
#38752
1   ...   27   28   29   30   31   32   33   34   ...   48

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
152 
qonur və «vətənə gəldim, imana gəldim» deyərək cəh-cəh 
vurmağa başlayır. 
Bütün bunları xana çatdırırlar. Xan öz-özünə fikirlə-
şir.  Mən  ona  o  cür  baxırdım,  bütün  bunlar,  qaratikan 
kolunun yanında heç nə imiş. 
 
***


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
153 
153 
153 
DĠL 
 
Qədim  Yunanıstanın  tanınmış  təmsilçisi  Ezop 
filosof  Ksanfın  köləsi  olmuşdur.  Günlərin  bir  günündə 
Ksanf dostlarını qonaq çağırmaq fikrinə düşür. O, Ezopa 
ən yaxşı bir şeydən xörək bişirməyi əmr edir. Nahar vaxtı 
süfrəyə ancaq dil xörəkləri gətirildiyini görən Ksanf təəc-
cüblənir və Ezopdan bunun səbəbini soruşur. Ezop cavab 
verir: «Sən əmr etmişdin ki, ən yaxşı şeydən xörək hazır-
layım.  Dünyada  dildən  yaxşı  nə  ola  bilər?  Dilin  köməyi 
ilə  şəərlər  salınır,  xalqın  mədəniyyəti  inkişaf  edir.  Dilin 
köməyi  ilə  biz  biliklərə  yiyələnirik.  İnsanlar  fikirlərini 
bir-birlərinə dil vasiətsi ilə başa salırlar və dilin köməyin-
dən istifadə edirlər». Ezopun bu ağıllı sözləri Ksanfın da, 
qonaqların da xoşuna gəlir. 
Bu  əhvalatdan  bir  neçə  gün  sonra  Ksanf  yenə  öz 
dostlarını nahara dəvət edir. Bu dəfə o, Ezopa tapşırır ki, 
ən  pis  şeydən  dadlı  xörəklər  hazırlasın.  Ezop  yenə  də 
bazardan dil alır. 
Nahar  vaxtı  Ksanf  və  dostları  süfrəyə  gətirilən  xö-
rəkləri  görüb  təəccüblə  Ezopa  baxırlar.  Ezop  üzünü 
Ksanfa  tutaraq  deyir:  «Sən  mənə  tapşırmışdın  ki,  nahar 
üçün ən pis şeydən xörək hazırlayım. Dünyada dildən də 
pis  şey  varmı?  Dil  bəzilərinə  peşmançılıq  gətirir. 
Bəzilərini  ikiüzlülüyə,  yalan  danışmağa,  hiyləgərliyə 
yuvarlayır.  Dil  adamları  bir-birinə  düşmən  edə  bilir. 
Məgər dildən pis ikinci bir şey tapılarmı?». 
Ezopun  bu  mənalı  və  həqiqətə  uyğun  sözlərini  eşi-
dən qonaqlardan bəziləri çox məyus olurlar. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
154 
NĠZAMĠ GƏNCƏVĠ  
(1141-1209) 
 
 
Şərq  ədəbiyyatında  ilk 
«Xəmsə» müəllifidir. 
N.Gəncəvi  1141-ci  ildə 
Gəncədə  anadan  olmuşdur. 
Əsl  adı  İlyas  Yusif  oğludur. 
Bütün  ömrü  boyu  Gəncədən 
ayrılmamış,  burada  mədrəsə 
təhsili almış, ərəb və fars dillə-
rini  dərindən  öyrənmiş,  tarix, 
fəlsəfə, hüquq, məntiq, coğrafi-
ya, astronomiya ilə tanış olmuş, 
mətnşünaslıq  və  rəssamlığı  yaxşı  bilmişdir.  Yaradıcılığa 
lirik şeirlər, qəzəllərlə başlasa da, Xəmsəyə daxil olan beş 
poeması ilə tanınmışdır. Həmin poemalar aşağıdakılardır: 
 
1. «Sirlər xəzinəsi» (1174-75). 
2. «Xosrov və Şirin» (1181). 
3. «Leyli və Məcnun» (1188). 
4. «Yeddi gözəl» (1197). 
5. «İsgəndərnamə»  (1203-1205). 
 
Nizami Gəncəvi öz yaradıcılığı ilə dünya ədəbiyya-
tının  inkişafına  təsir  göstərmişdir.  Şeyx  Nizaminin  hər 
kəlməsi aforizmdir: 
 
1. Peyğəmbərlərdən sonra şairlər gəlir. 
2. Qüvvət elmdədir, başqa cür heç kəs, 
Heç kəsə üstünlük eyləyə bilməz. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
155 
155 
155 
3. Hər uca rütbədən bilinir fəqət
Alimin rütbəsi ucadır əlbət. 
 
4. Əlində yumşalsa dəmir onu bil, 
Tədbirlə yumşalar, hiddətlə deyil. 
 
5. Varkən sağlıq əldə, cavanlıq əldə 
Sənindir hər murad hər xoş əməl də. 
 
6. Ömrünü boş yerə vermə əlindən 
Ötən gün qayıtmır yaxşı anla sən. 
 
7. Çatacaq kamına istedadlılar, 
İşləri iş bilən aparsa əgər. 
 
8. İnsana arxadır onun kamalı 
Ağıldır hər kəsin dövləti-malı. 
 
9. Səbr etməklə kişi zindandan çıxar, 
Səbr ilə açılar bağlı qapılar. 
 
10. Səbri, hövsələni unudan insan
Ağıldan, şüurdan açmasın dastan. 
 
11. Xəzinə kəşf etmək istəsən əgər, 
 Hər bir çətinliyə tab et, sinə gər. 
 
12. Yüz ulduz yansa da göylərdə, inan 
Bir günə baş əymək xoşdur onlardan. 
 
13. Göydə parlasa da nə qədər ulduz 
Günəşdir nur verən aləmə yalnız. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
156 
14. Mədənlə dolsa da hər bir xəzinə 
Hər kiçik zərrəsi dərmandır yenə. 
 
15. Kamil bir palançı olsa da insan
Yaxşıdır yarımçıq papaqçılıqdan. 
 
16. Ağzına qıfıl vur yandır sözünü, 
Boş-boş söyləməkdən saxla özünü. 
 
17. Şir kimi hücum et, şirə rast gəlsən 
İt görən zamanda gəl baş qoşma sən. 
 
18. Böyüklə vuruşda insan ad alar 
Alçaqla vuruşda özü alçalar. 
 
19. İradəsiz olma, iradəsizlər 
Ayaqsız qurd kimi yerdə sürünər. 
 
20. Sözün də su kimi lətafəti var 
Hər sözü az desən daha xoş olar 
Bir inci saflığı varsa da suda 
Artıq içiləndə dərd verir o da 
İncitək sözlər seç, az danış, az din 
Qoy az sözlərinlə dünya bəzənsin. 
 
21. Ürəyi oxşayan bir dəstə çiçək 
Yüz xırman otundan yaxşıdır gerçək. 
 
22. Az sözün incitək mənası solmaz 
Çox sözün kərpic tək qiyməti olmaz. 
 
 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə