Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilə



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə29/48
tarix17.04.2018
ölçüsü2,91 Kb.
#38752
1   ...   25   26   27   28   29   30   31   32   ...   48

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
144 
Uzaq  keçmişlərdə  Gül  adlı  qənirsiz  gözəl  bir  qız 
varmış.  Yer  övladından  bir  kimsənə  onun  könlünə  yol 
tapa  bilməzmiş.  Sən  demə,  Gülün  ürəyində  eşq  odu 
donubmuş.  Sevdanın  istisi,  məhəbbətin  günəşi  Gülün 
könül  otağına  boylana  bilməzmiş.  Odur  ki,  ay  kimi 
camalın şöləsinə aldananlar buz kimi ürəyin soyuğundan 
üşüyüb qaçarlarmış. 
Günlərin  birində  qonşu  oymağın  adlı-sanlı  igidi 
Bülbül  Gülün  bağçasının  yanından  keçərkən  gözü  qıza 
sataşır.  Bir  könüldən  min  könülə  ona  vurulur.  Səhər 
sevdiyi qız qarşısına çıxanda deyir: 
–  Ey  Gül,  mən  səni  sevirəm!  Sənsiz  dünya  mənim 
üçün cəhənnəm əzabından başqa bir şey deyil. 
Axşam sevdiyi qız qarşısına çıxanda deyir: 
–  Ey  Gül,  mən  səni  sevirəm!  Sənsiz  dünya  mənim 
üçün cəhənnəm azabından başqa bir şey deyil. 
Amma Gül ona məhəl qoymur. Bülbül gündən-günə 
Gülün  xiffətini  çəkməkdən  saralıb  solur.  İncəlib  sapa 
dönür. Bülbül çox götür-qoydan sonra dərdinə dava üçün 
müdrik qocaların məsləhətini dinləyir. Ağzı fal bir ağsaq-
qal ona deyir: 
– Sən dərdini, eşqini sözlə deyirsən. Söz onun buza 
dönmüş  ürəyini  isindirməyə  qadir  deyil.  Bu  əsarətdən 
qurtarmaq  üçün  həqiqi  aşiqin  odlu-alovlu  nəğmələri  la-
zımdır.  Ancaq  belə  nəğmələr  buza  dönmüş  məhəbbəti 
oyada bilər. 
Bülbülün elə əzəldən gözəl səsi varmış. Gülə vurul-
duqdan  sonra  səsin  yanğısı  artır.  Müdrik  qocanın  məslə-
hətinə qulaq asan Bülbül dərdini bundan sonra sözlə de-
yil,  odlu-alovlu  nəğmələrlə  Gülə  çatdırır.  Ürəyin  buzu 
qaynar  bulaq  kimi  çağlayıb  üstünə  tökülən  mahnıların 
hərarətindən  əriyir,  məhəbbət  tilsimdən  xilas  olur.  Gül 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
145 
145 
145 
Bülbülün  nəğmələrinin  mənasını  anlayır,  öz  ürəyini  ona 
verir. 
 
 
 
Göyərçin
 
 
Keçmiş  əyyamda  Şərq  ölkələrinin  iki  qüdrətli  şahı 
arasında  düşmənçilik  münasibətləri  daha  da  gərginləşir. 
Gündə bir-birinə hədə-qorxu gəlirlər. Nəhayət, şahın biri 
o  biri  ölkənin  şahına  müharibə  elan  edib  onu  təkbətək 
meydana  çağırır.  Elçilər  müharibənin  başlanağacı  günü 
dəqiq  müəyyənləşdirirlər.  Təcili  son  hərbi  hazırlıq  işləri 
görülür. 
Döyüşə çağırılan şah 15 il idi ki, müharibə etmirdi. 
Odur ki, döyüş papağını əl-ayaqdan uzaq köhnə otaqlar-
dan  birinə  qoymuşdu.  Vuruşmaya  bir  gün  qalmış  şah 
anasından  döyüş  papağını  gətirməsini  xahiş  edir.  Anası 
gedir, lakin çox çəkmir ki, əliboş qayıdır. Oğlu anasından 
soruşur: 
– Nə üçün papağımı gətirmədin? 
Anası oğluna müəmmalı cavab verir: 
– Papağı gətirə bilmədim… 
–  Ana,  mən  səni başa  düşmürəm. Meydanda  ölüm-
itim olar. Yaxşısı budur ki, döyüş papağımı gətirib qələbə 
xeyir-duası verəsən. 
– Yanılırsan, bala, igid meydanda ölər. Ancaq döyüş 
papağın o qədər ağır sirli-sehirli idi ki, onu yerindən tər-
pətməyə gücüm çatmadı. 
– Mənim gücüm çatar. 
Ana şah oğlunun ayaqlarına döşənir: 
– Səni and verirəm halal südümə, papağa dəymə!.. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
146 
– Anacan, mən şaham! Şah meydanına papaqsız, də-
bilqəsiz necə çıxım? 
Ana oğlunu inadından döndərmək üçün gördüklərini 
açmalı olur: 
– Bala, sənin döyüş papağının içində indiyədək heç 
kimə  ziyan  vurmayan,  dünyada  ən  dinc  heyvan  olan  ağ 
göyərçin  yuva  bağlayıb.  Özünün  də  üç  dənə  ətcə  balası 
var. Biaram özünü çölə vurub balalarını yemləyir. Onları 
təhlükəsiz bir yerdə boya-başa çatdırmaq istəyir. Mən bu 
günahsız  balalara  toxunsam,  ağ  göyərçin  bizdən  küsüb 
gedər,  yetim balaların ah-naləsi ölkəmizə bəlalar gətirər. 
Gəl bu dəfə papağını qoyma. 
Bu sözləri eşidən oğlu heç nə demir. Şahlıq tacını ağ 
göyərçinə  tapşırıb  başıaçıq  düşmənin  meydanına  çıxır. 
Döyüşə  gələn  şah  rəqibinin  döyüş  papağı  olmadan 
döyüşə  gəldiyinə  təəccüblənir.  Bu  sirli  oyunun  səbəbini 
soruşur. Dəbilqəsiz şah deyir: 
–  Mənim  papağımda  ağ  göyərçin  üç  bala  çıxardıb. 
Anam  südünə  and  verdi  ki,  balalara  toxunmayım, 
insanları yersiz bəlalara düçar etməyim. 
Rəqib şah sözə inanmır. Vəzirini göndərir ki, gedib 
bunun  düzgünlüyünü  yoxlasın.  Bir  azdan  vəzir  qayıdır. 
Hər  şeyin  doğru  olduğunu  söyləyir.  Bunu  eşidən  şah 
dərin fikirlərə dalır. Əlini düşməninə uzadıb deyir: 
– Gəl barışaq, sülh bağlayaq! Sənin anan bir quşun 
–  ağ  göyərçinin  evini  dağıtmaq  istəmir.  Bəs  niyə  nahaq 
qan töküb minlərlə insanların evini dağıdaq. 
Onlar  sülh  bağlayırlar.  O  gündən  ağ  göyərçin  sülh 
quşu hesab olunur. 
 
Hophop 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
147 
147 
147 
Deyirlər  ki,  bu  quş  əvvəllər  bir  gəlin  imiş.  Həmin 
gəlin  bir  dəfə  başını  yuyan  zaman  qayınatası  gəlib  onu 
görür. Özünü itirən gəlini həya təri basır, üzünü göyə tu-
tub yalvarır: 
–  İlahi,  sən  məni  bir  quş  elə,  uçum  gedim  çöllərə. 
Bir daha qayınatamın gözünə görünməyim. 
Həmin  vaxt  gəlin  quş  olur.  O  uçub  qalxır  göylərə. 
Gəlinin iki uşağı varmış. Biri oğlan, biri qız. Oğlunun adı 
Hophop, qızının adı isə Gültop imiş. O vaxtdan bəri ana 
övlad həsrəti çəkir və onları təkrar-təkrar öz adları ilə ça-
ğırır: 
– Hophop, Gültop… 
 
 
Kəklik
 
 
Deyirlər ki, qədimlərdə çox gözəl, ağıllı və qeyrətli 
bir qız varmış. Bu qız öz əmisi oğluna adaxlı imiş. 
Qızın toy günü çatır. Onun əl-ayağına xına qoyurlar, 
bir azdan oğlan evinə aparacaqlarmış. 
Hamının  başı  həyət-bacada  toy  işlərinə  qarışır.  Qız 
təkcə evdə oturubmuş. Elə bu zaman çoxdan bəri qızı iz-
ləyən,  onu  ələ  keçirməyə  can  atan  dövlətli  oğlan  öz 
başının  dəstəsi  ilə  içəri  soxulur.  Onlar  yengənin  əl-
ayağını,  ağzını  bağlayıb  yerə  yıxırlar.  Qızı  da  götürüb 
dağlara qaçırlar. 
Qız  nə  qədər  dartınır,  qışqırır,  yalvarır  ona  qulaq 
asan olmur. Hər yerdən əlacı kəsilən, əli üzülən köməksiz 
qız üzünü göyə tutub deyir: 
 
Tanrı məni quş elə, 
Qanadı gümüş elə. 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə