www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Həcər Hüseynova "Nitqin inkişafına dair praktik məşğələlər"
145
145
145
Bülbülün nəğmələrinin mənasını anlayır, öz ürəyini ona
verir.
Göyərçin
Keçmiş əyyamda Şərq ölkələrinin iki qüdrətli şahı
arasında düşmənçilik münasibətləri daha da gərginləşir.
Gündə bir-birinə hədə-qorxu gəlirlər. Nəhayət, şahın biri
o biri ölkənin şahına müharibə elan edib onu təkbətək
meydana çağırır. Elçilər müharibənin başlanağacı günü
dəqiq müəyyənləşdirirlər. Təcili son hərbi hazırlıq işləri
görülür.
Döyüşə çağırılan şah 15 il idi ki, müharibə etmirdi.
Odur ki, döyüş papağını əl-ayaqdan uzaq köhnə otaqlar-
dan birinə qoymuşdu. Vuruşmaya bir gün qalmış şah
anasından döyüş papağını gətirməsini xahiş edir. Anası
gedir, lakin çox çəkmir ki, əliboş qayıdır. Oğlu anasından
soruşur:
– Nə üçün papağımı gətirmədin?
Anası oğluna müəmmalı cavab verir:
– Papağı gətirə bilmədim…
– Ana, mən səni başa düşmürəm. Meydanda ölüm-
itim olar. Yaxşısı budur ki, döyüş papağımı gətirib qələbə
xeyir-duası verəsən.
– Yanılırsan, bala, igid meydanda ölər. Ancaq döyüş
papağın o qədər ağır sirli-sehirli idi ki, onu yerindən tər-
pətməyə gücüm çatmadı.
– Mənim gücüm çatar.
Ana şah oğlunun ayaqlarına döşənir:
– Səni
and verirəm halal südümə, papağa dəymə!..