Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilə



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə37/48
tarix17.04.2018
ölçüsü2,91 Kb.
#38752
1   ...   33   34   35   36   37   38   39   40   ...   48

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
181 
181 
181 
«VAQĠF» DRAMI (1937) 
(Qacarla Vaqifin deyişməsi) 
(ixtisarla) 
 
Qacar – Aha, baş əyməyir hüzurumda bu. 
Vəzir – Yoxdur vicdanında qanun qorxusu. 
Qacar – Şair, hökmdarın hüzurdasan. 
Vaqif – Bunu sizsiz belə düşünürəm mən. 
Qacar – Bəs, baş əymədiniz. 
Vaqif – Əymədim, bəli. 
Əyilməz vicdanın böyük heykəli. 
Qacar – Qılınclar toqquşub qan tökən zaman. 
Neylər dediyiniz quru bir vicdan. 
Vaqif – Vicdan dedikləri bir həqiqətdir. 
Beşiyi, məzarı əbədiyyətdir. 
Qacar – Bəs, zindan necədir? Qaranlıq zindan 
Vaqif – Soyuq məzara da zinətdir insan. 
Qacar – Yenə göylərdədir şair xəyalın? 
Vaqif – Əzəldən hüdudu yoxdur kamalın. 
Qacar – Aha… sınayırdım idrakınızı, 
Doğurdan bir şair görürəm sizi
Xoşbəxt xəlq eyləmiş sizi yaradan! 
Vaqif – Dünyada qalacaq yalnız yaradan… 

 
Çox gözəl, çox gözəl, inanın ki, mən  
Sizin ruhunuzu sevdim ürəkdən. 
Bu dövlət, bu cəlal, bu şanlı saray 
Göylərin busatı o ulduz, o ay 
Sizə tapşırılsın bu gündən gərək, 
Ancaq bir şərtim var. 
Vaqif – Buyurun görək! 
Qacar – Gərək fars dilində yazsın sənətkar. 
Vaqif – Farsın öz qüdrətli şairləri var


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
182 
Nə çoxdur onlarda böyük sənətkar. 
Bizim bu dağların oğluyam mən də, 
Az-az uydururam yeri gələndə. 
Qacar – Yaxşı, gəl əl götür bu inadından, 
Bu qədər naşükür olmasın insan! 
Vaqif – Aldada bilməmiş dünyanın varı 
Bir məslək eşqiylə yaradanları! 
Mən ellər bağında azad bir quşam, 
Mənsəbə, şöhrətə satılmamışam. 
 
 
AZƏRBAYCAN  
(ixtisarla) 
 
El bilir ki, sən mənimsən,  
Yurdum, yuvam, məskənimsən,  
Anam, doğma vətənimsən!  
Ayrılarmı könül candan?  
Azərbaycan, Azərbaycan!  
 
Mən bir uşaq, sən bir ana,  
Odur ki bağlıyam sana,  
Hankı səmtə, hankı yana  
Hey uçsam da yuvam sənsən,  
Elim, günüm, obam sənsən!  
 
Fəqət səndən gen düşəndə,  
Ayrılıq məndən düşəndə,  
Saçlarıma dən düşəndə  
Boğar aylar, illər məni,  
Qınamasın ellər məni.  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
183 
183 
183 
 
Dağlarının başı qardır, 
Ağ örpəyin buludlardır.  
Böyük bir keçmişin vardır;  
Bilinməyir yaşın sənin,  
Nələr çəkmiş başın sənin.  
 
Düşdün uğursuz dillərə,  
Nəhs aylara, nəhs illərə,  
Nəsillərdən-nəsillərə  
Keçən bir şöhrətin vardır;  
Oğlun, qızın bəxtiyardır...  
 
Bir tərəfin bəhri-Xəzər,  
Yaşılbaş sonalar gəzər;  
Xəyalım dolaşar, gəzər  
Gah Muğanı, gah Eldarı.  
Mənzil uzaq, ömür yarı! 
 
Ölməz könül, ölməz əsər
Nizamilər, Füzulilər!  
Əlin qələm, sinən dəftər,  
De gəlsin hər nəyin vardır,  
Deyilən söz yadigardır.  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
184 
 MĠR CƏLAL 
(1908-1978) 
 
Əsərləri  bir  çox  dünya 
dillərinə  tərcümə  edilən,  ana-
dan  olmasının  100  illiyi 
YUNESKO  xətti  ilə  dünya 
miqyasında  qeyd  edilən  Mir 
Cəlal  1908-ci  ildə  Cənubi 
Azərbaycanda  anadan  olmuş-
dur.  Uşaqkən  ailəsi  ilə  birgə 
Gəncəyə  köçmüş,  ilk  təhsilini 
də burada almış, pedaqoji tex-
nikumu 
bitirdikdən 
sonra 
Gəncədə  və  Gədəbəydə  müəl-
limlik  etmişdir.  1930-cu  illər-
də  Kazanda  ali  təhsil  almış  ADU-da  müəllim,  kafedra 
müdiri vəzifələrində çalışmışdır. 
Bədii yaradıcılığa şeirlə başlamış, lakin kiçik heka-
yələri  və  romanları  ilə  məşhurlaşmışdır.  Mir  Cəlal  «Di-
rilən adam», «Bir gəncin manifesti», «Açıq kitab», «Ya-
şıdlarım», «Yolumuz hayanadır» və s. romanlarında xal-
qımızın  həyat  reallıqlarını  təbii,  canlı  bir  şəkildə  əks 
etdirir. 
Ədəbiyyatşünas alim kimi Mir Cəlal «Ədəbiyyatşü-
naslığın  əsasları»  adlı  ali  məktəb  dərsliyinin,  «Füzuli 
şeirinin  poetik  xüsusiyyətləri»,  «Azərbaycanda  ədəbi 
məktəblər»  monoqrafiyalarının  da  müəllifi  olmuşdur. 
Böyük  yazıçı,  alim,  pedaqoq  Mir  Cəlal  1978-ci  ildə 
Bakıda vəfat etmişdir. 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
185 
185 
185 
 
ĠCLAS QURUSU 
(Hekayə) 
 
Əncir qurusu, ərik qurusu, zoğal qurusu-bunlar çox 
olur, iclas qurusu isə tək-tək olur.  
Bir var ki, gün altında quruyan, bir də var ki, iclas-
larda quruyan, suyunu çəkən, həyat hisslərini itirən.  
İclas qurusunu siz tanıyırsınız. Adını bilməsəniz də, 
özünü yaxşı tanıyırsınız. Arıq bədənini qabağa əyib dizini 
bükərək sürətli addımlarla gedən adamı siz küçədə, idarə 
qapılarında, pilləkənlərdə çox görürsünüz.  
O, haraya tələsir. İclasa! 
Qoltuğundakı boz, sürtülmüş qovluq, səliqəsiz yığıl-
mış kağız-kuğuzla doludur.  
Bunlar  nədir.  Protokol!  O  bütün  ömrü  boyu  başı 
aşağı,  dünyadan  bixəbər,  qaşqabaqlı,  sifəti  bulud  kimi 
tutulmuş, fikirli gəzir. 
Nəyi düşünür. Qərarı!..  
İclas qurusu üçün gecənin-gündüzün, yazın-payızın, 
istinin-soyuğun,  yerin-göyün  heç  bir  fərqi,  əhəmiyyəti 
yoxdur.  Suların  səsindən,  çiçəklərin  ətrindən,  quşların 
mahnısından,  musiqidən,  gülüşdən,  şənlikdən  uzaq  olan 
bu  qaradinməz  adamı  görəndə  kimisi  heyrət  edir, 
çoxunun da acığı gəlir. 
Güman  etməyin  ki,  İclas  qurusu  ancaq  ictimai  yer-
lərdə  belədir.  Siz  düşünürsünüz  ki,  evinə  qayıdıb 
papağını  çıxardanda,  arvadı,  uşağı  ilə  görüşəndə  İclas 
qurusunun  halı  dəyişmiş  olur,  üzündə  işıq,  dodağında 
təbəssüm doğur. 
Yox!  Səhv  edirsiniz!  O  iradəli,  prinsipli,  müstəqim 
adamdır.  Onun  şəxsi  ailə  həyatı  özü  də  bir  növ  iclasdır. 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə