Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilə



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə36/48
tarix17.04.2018
ölçüsü2,91 Kb.
#38752
1   ...   32   33   34   35   36   37   38   39   ...   48

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
176 
ĠBLĠS 
(İblisin monoloqu) 
ixtisarla 
 
Dəryalara hökm etmədə tufan
Səhraları sarsıtmada vulkan, 
Sellər kimi axmaqda  qızıl qan, 
Canlar yaxar, evlər yıxar insan... 
 
                    ***  
 
İblis!.. O böyük ad nə qədər qalibi-heyrət ! 
Hər ölkədə, hər dildə anılmaqda o şöhrət. 
Hər kəs məni dinlər, fəqət eylər yenə nifrət, 
Hər kəs mənə aciz qul ikən bəslər ədavət. 
 
Mən tərk edərim sizləri əlan, nəmə lazım! 
Heçdən gələrək heçliyə olmaqdayam azim. 
İblis nədir? - Cümlə xəyanətlərə bais... 
Ya hər kəsə xain olan insan nədir? - İblis... 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
177 
177 
177 
MƏHƏMMƏDHÜSEYN ġƏHRĠYAR  
 
(1905-1988) 
 
XX  əsr  Şərq  ədəbiyyatı-
nın  nadir  simalarındandır. 
Onun adı Sədi Şirazinin, Hafiz 
Şirazinin  adı  ilə  yanaşı  çəkil-
miş, «zəmanəsinin Hafizi» ad-
landırılmışdır. 
Şəhriyar  1905-ci  ildə 
Təbrizin  Bağmeşə  bölgəsində 
anadan  olmuşdur.  Əvvəllər 
«Behcət»,  sonralar  «Şəhriyar» 
təxəllüsü  ilə  tanınmışdır.  Təb-
rizin  Talıbiyyə  mədrəsəsində, 
Tehran  mədrəsəsində,  sonra  isə  Tehran  Tibb  Universite-
tində təhsil almış, lakin buranı bitirə bilməmişdir. 
İlk  şeirlərini  mədrəsə  illərində  Azərbaycan  dilində 
yazmışdır.  Əsərləri  Azərbaycan  və  fars  dillərindədir.  Şi-
mali  Azərbaycanda  doğma  ana  dilində  yazdığı  «Heydər-
babaya salam» poeması ilə məşhurlaşmışdır. 
Şairin  «Haqqın  səsi»,  «Şeir  və  hikmət»,  «Gecənin 
əfsanəsi»  və  başqa  poemaları  vardır.  «Azərbaycan» 
qəzəli, «Türkün dili» şeirləri dillər əzbəridir. 
 
 
                   AZƏRBAYCAN 
 
Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan! 
Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan! 
  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
178 
Səndən uzaq düşsəm də mən,eşqin ilə yaşayıram, 
Yaralanmış qəlbim kimi qəlbi viran Azərbaycan! 
  
Övladların nə vaxtadək tərki-Vətən olacaqdır?  
Əl-ələ ver! Üsyan eylə! Oyan! Oyan! Azərbaycan!  
  
Bəsdir fəraq odlarından kül ələndi başımıza, 
Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan! 
  
Şəhriyarın ürəyi də səninkitək yaralıdır, 
Azadlıqdır sənə məlhəm, mənə dərman, Azərbaycan! 
 
TÜRKÜN DĠLĠ 
 
 
Türkün dili tək sevgili, istəkli dil olmaz
Özgə dilə qatsan, bu əsil dil əsil olmaz. 
 
Öz şeirini farsa, ərəbə qatmasa şair, 
Şeiri eşidənlər, oxuyanlar kəsil olmaz. 
 
Pişmiş kimi, şeirin də gərək dad-duzu olsun
Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz. 
 
Sözlər də cəvahir kimidir, əsli bədəldən 
Təşxis verən olsa, bu qədər zir-zibil olmaz. 
 
Şair ola bilməzsən, anan doğmasa şair, 
Missən, a balam, hər sarı köynək qızıl olmaz. 
 
Ötməz, oxumaz bülbülü salsan qəfəs içrə, 
Dağ-daşda doğulmuş dəli ceyran həmil olmaz. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
179 
179 
179 
 
İnsan odu tutsun bu zəlil xalqın əlindən, 
Allahı sevərsən, belə insan zəlil olmaz. 
 
Hərçənd Sərabın südü çox, yağ-balı çoxdur 
Baş ərşə də çatdırsa, Sərab Ərdəbil olmaz. 
 
Millət qəmi olsa, bu cocuqlar çöpə dönməz, 
Ərbablarımızdan da qarınlar təbil olmaz. 
 
Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı, 
Bir dəfə bunu qan ki, ipəkdən qəzil olmaz. 
 
Düz vaxtda dolar taxta-tabaq ədviyyə ilə, 
Onda ki, nənəm sancılanar, zəncəfil olmaz. 
 
Fars şairi çox sözlərini bizdən aparmış, 
Sabir kimi bir süfrəli şair pəxil olmaz. 
 
Türkün məsəli, folkloru da dünyada təkdir, 
Xan yorğanı, kənd içrə məsəldir, mitil olmaz. 
 
Azər qoşunu qeysəri-Rumi əsir etmiş
Kəsra sözüdü, bir belə tarix nağıl olmaz. 
 
Bu Şəhriyarın təbi kimi çimməli çeşmə, 
Kövsər ola bilsə, demirəm, Səlsəbil olmaz. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
180 
SƏMƏD VURĞUN  
(1906-1956) 
 
Azərbaycan  ədəbiyyatın-
da  yeni  –  müasir  şeirin  bani-
sidir. 
S.Vurğun  1906-cı  ildə 
Qazaxda  anadan  olmuş,  ilk 
təhsilini  Qazaxdakı  rus-tatar 
məktəbində  almış,  sonra  Qa-
zax  Müəllimlər  Seminariya-
sında  oxumuşdur.  Qazaxda, 
Qubada,  Gəncədə  müəllimlik 
etmişdir.  1929-cu  ildə  Mos-
kva 
Universitetinin 
dünya 
ədəbiyyatı  fakültəsinə  daxil 
olmuş  və  Moskva  mühiti  də 
onun dünyagörüşünə təsir etmişdir. Azərbaycanda «Xalq 
şairi»  (1956)  fəxri  adı  ilk  dəfə  Səməd  Vurğuna  veril-
mişdir. 
1956-cı  ildə  vəfat  etmiş,  Bakıda  Fəxri  Xiyabanda 
dəfn edilmişdir. Səməd Vurğun bir çox şeirlərin, «Kom-
somol poeması», «Ölüm kürsüsü», «Qız qayası», «Talıs-
tan», «Üsyan», «Zəncinin arzuları», «Bakının dastanı» və 
s.  poemaların;  «Vaqif»,  «Xanlar»,  «Fərhad  və  Şirin», 
«İnsan» adlı dörd mənzum dramın müəllifidir.  
 
 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə