Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilə



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə44/48
tarix17.04.2018
ölçüsü2,91 Kb.
#38752
1   ...   40   41   42   43   44   45   46   47   48

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
216 
Ey darın ağacı! Kimdən kəməm, kəm?! 
Ya səni yendirrəm, ya sənə yennəm. 
Ya da budağında yarpağa dönnəm, 
Salam, Dar ağacı! 
          Əleyküm salam. 
 
Qırğızam, özbəyəm, qazax, türkmənəm, 
Başqırdam, kərkükəm, elə görk mənəm. 
Sənin gözlədiyin qərib türk mənəm! 
Salam, Dar ağacı! 
            Əleyküm salam. 
 
Qəbul et, növbəti qurbanın mənəm, 
Mənim canım səndə, bil, canın mənəm. 
Elə qürrələnmə, hər yanın mənəm, 
Salam, Dar ağacı! 
            Əleyküm salam.  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
217 
217 
217 
HƏCƏR EMĠNQIZI – ÜMMANĠ 
 
Mənim borcum 
 
Vətən daşı olmayandan 
Olmaz ölkə vətəndaşı  
(M.Araz) 
 
Bu torpağın bir kiçicik daşıyamsa, 
Vətənin sadə bir vətəndaşıyamsa, 
Bu torpağa, bu millətə borcum vardır. 
Bu borc nədir?! 
Üz tutub Şimala, Şərqə, 
Üz tutub Cənuba, Qərbə 
Var gücümlə bağıraraq 
Öz sözümü söyləməkdir. 
Torpağıma, millətimə, 
Vətənim Azərbaycana 
Şəxsən sənə, Heydər babam, 
Sənə düşmən kəsilənə: 
-«Qana qandır! Budur meydan»- 
                                      söyləməkdir. 
 
                *** 
 
Kürüm coşub çağlayırsa, 
Arazım qan ağlayırsa, 
Qurban gedən oğlum varsa
Dörd bir yana hayqıraraq: 
-Düşmən, dayan! –söyləməkdir. 
Adım türkdür, dinim islam. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
218 
Ozanıma, şamanıma, 
İmanıma, inamıma 
Şəkk-şübhə edənlərə 
-Yoxdur aman! – söyləməkdir. 
 
               *** 
 
Uca dağlar duman olur 
Türk qəzəbi yaman olur. 
Bunu tarix də göstərdi. 
Tanrı özü türkü qorur. 
 
               *** 
 
Bu torpağın bircə ovuc torpağıyam, 
Bu ağacın bircə solmuş yarpağıyam. 
Mənim borcum, borcum nədir? 
-Mənim borcum od yandırıb,  
dağ başından 
Ellərimi səsləməkdir. 
Şərqdən Qərbə səpələnmiş
Neçə illər tapdalanmış, 
Parçalanmış, didələnmiş 
Ellərimə, günlərimə: 
Türkmənimə, qazağıma,  
Qırğızıma, oğuzuma, 
Qüdrətli  türk millətimə, 
Yeddi azad dövlətimə 
Oyan, oyan! – söyləməkdir. 
 
           
 
 
            *** 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
219 
219 
219 
Mən Günəşəm çıxacağam. 
Şimşək kimi çaxacağam. 
Tomris kimi düşmənlərin kəlləsini 
Qan gölündə boğacağam. 
 
             *** 
 
Mən dözərəm hər əzaba 
Təki mənim torpağıma, 
O müqəddəs bayrağıma 
Yad bir nəfəs toxunmasın. 
Qoy Məkkəmdə, Mədinəmdə, 
Cənnətimdə – Vətənimdə 
Yad bir nəğmə oxunmasın, 
Kimsə bizə toxunmasın. 
 
             *** 
 
Hər birimiz bir damlayıq. 
Damlalardan ümman olur. 
Ümman coşub çağlayanda 
Qayaları qoparması 
Yaman olur, yaman olur. 
 
            *** 
 
Elə onda muradımı alacağam, 
Elə onda Fərhad olub  
                   qayaları yaracağam. 
Xan Arazın sularından 
 
Bir doyunca içəcəyəm. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
220 
Xudafərin körpüsündən gah bu taya
 
 
gah o taya keçəcəyəm. 
Son sözümü deyəcəyəm: 
-Toxunmazdır sərhədimiz! 
-Bölünməzdir sərvətimiz! 
-Azadlıqdır məsləkimiz! 
-Duysun cahan! – deyəcəyəm. 
-Bilsin cahan!- deyəcəyəm. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
221 
221 
221 
MÜASĠR TƏMSĠLLƏR 
 
MƏNSUR 
                                       Tısbağa  
İmicini dəyişməyə 
Qərar verdi tısbağa 
Çıxıb qınından tamam 
Oldu çılpaq qurbağa. 
 
Xoruzun fonoqramması 
 
Xoruz gedib bazardan 
Zəngli bir saat aldı 
Sübh zamanı çatanda 
Saatı banlayardı. 
 
Çəpərdə otururdu 
Qanad çalıb dururdu 
Saatı banlayanda 
Ağzın açıb yumurdu. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
222 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
AZƏRBAYCANI  
TANIYAQ 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə