Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilə



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə41/48
tarix17.04.2018
ölçüsü2,91 Kb.
#38752
1   ...   37   38   39   40   41   42   43   44   ...   48

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
200 
 
Bu dil – bizim ruhumuz, eşqimiz, canımızdır, 
Bu dil  – bir-birimizlə əhdi-peymanımızdır. 
Bu dil, – tanıtmış bizə bu dünyada hər şeyi
Bu dil əcdadımızın bizə miras verdiyi 
Ən qiymətli xəzinədir, onu gözlərimiz tək 
Qoruyub, nəsillərə biz də hədiyyə verək. 
 
Bizim uca dağların sonsuz əzəmətindən, 
Yatağına sığmayan çayların hiddətindən, 
                             Bu torpaqdan, bu yerdən, 
Elin bağrından qopan yanıqlı nəğmələrdən, 
Güllərin rənglərindən, çiçəklərin iyindən, 
Mil düzünün, Muğanın sonsuz genişliyindən, 
Ağsaçlı babaların əqlindən, kamalından, 
Düşmən üstünə cuman o Qıratın nalından 
Qopan səsdən yarandın. 
Sən xalqımın aldığı ilk nəfəsdən yarandın. 
Ana dilim, səndədir xalqın əqli, hikməti, 
Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış. 
Ürəklərə yol açan Füzulinin sənəti
Ey dilim, qüdrətinlə dünyalara yol açmış. 
Səndə mənim xalqımın qəhrəmanlıqla dolu 
Tarixi varaqlanır, 
Səndə neçə min illik mənim mədəniyyətim, 
Şan-şöhrətim saxlanır. 
Mənim adım-sanımsan, 
Namusum, vicdanımsan! 
 
Millətlərə, xalqlara xalqımızın adından 
Məhəbbət dastanları yaradıldı bu dildə. 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
201 
201 
201 
 
Moskvada Puşkinə heykəl qoyulan zaman, 
Ona abidə qoydu bu dildə Şirvani də 
 
Bu dil, –  tanıtmış bizə bu dünyada hər şeyi, 
Bu dil, – əcdadımızın bizə qoyub getdiyi 
Ən qiymətli mirasdır, onu gözlərimiz tək 
Qoruyub, nəsillərə biz də hədiyyə verək! 
 
Ey öz doğma dilində danışmağı ar bilən 
fasonlu ədabazlar, 
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar. 
Bunlar qoy mənim olsun, 
Ancaq Vətən çörəyi, 
Bir də ana ürəyi, 
Sizlərə qənim olsun. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
202 
ƏLĠ KƏRĠM 
(1931-1969) 
 
İstedadlı  Azərbaycan  şairi  Əli 
Paşa  oğlu  Kərimov  (Əli  Kərim) 
1931-ci  il  martın  22-də  Göyçay  şə-
hərində anadan olmuşdur. 
Əli  Kərim  şeir  yazmağa  hələ 
orta məktəbdə oxuduğu illərdən baş-
lamışdır.  Onun  1948-ci  ildə  ilk  nəşr 
olunan şeiri «Təzə müəllim» adlanır. 
Bundan sonra Ə.Kərimin şeirləri tez-
tez çap olunmağa başlayır. 
Əli  Kərimin  «İlk  simfoniya» 
poeması  1957-ci  ildə  gənclərin  və  tələbələrin  Moskvada 
keçirilən VI Ümumdünya festivalında mükafata layiq gö-
rülüb. 
Əli  Kərim  az  ömür  yaşamasına  baxmayaraq,  çoxlu 
şeirlər və tələbələrin həyatından bəhs edən «Pillələr» adlı 
roman yazmışdır. 
Əli  Kərim  1969-cu  il  iyunun  30-da  vəfat  etmiş  və 
doğulduğu Göyçay şəhərində dəfn olunmuşdur. 
 
QAYTAR ANA BORCUNU 
 
Bir gözəl, bir sevimli oğul böyütdü ana. 
O bəd, uğursuz günü-ərinin öldüyünü 
Bildirmədi heç ona. 
 
Kədəri dalğa-dalğa doldusa da ürəyə 
Lakin nə saç yolaraq verdi əsən küləyə, 
Nə şivən etdi ana. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
203 
203 
203 
 
Ürəyində ağlayıb, gülmək öyrətdi ona, 
Dözərək davanın da dərdinə,bəlasına, 
Öz boğazından kəsib yedirdi balasına.... 
 
Bir oğul böyütdü ki, gur, çatmaqaş, gensinə. 
Bir oğul böyütdü ki, oğul deyirəm sənə: 
 
Atlını atdan salıb, küləklərlə ötüşür. 
Baxışından qızların ürəyinə od düşür. 
 
Bir oğul böyütdü ki, oğul məktəb bitirdi, 
Oğul instituta qızıl medalla girdi. 
 
Ana fikirləşdi ki: "Gör neçə aya getdi?!" 
Ana yuxularında tez -tez Bakıya getdi, 
 
Ana məktub yazdı ki:"Yanıltma gümanımı, 
Pul nədir, pul deyirsən, göndərərəm canımı". 
 
Nə zaman ki, oğlunun getdiyi dörd il oldu, 
Məktubları kəsildi, gəlmədi tətil oldu
 
Ananı fikir aldı, ananın əsdi dizi 
Ana müqəssir etdi tramvayı, dənizi. 
 
O yenə dözdü,durdu... O yolmadı saçını, 
Səslədi qonşuları Əsmər, Çiçək bacını. 
 
Yenə də azalmadı ürəkdən bala dərdi 
Onlar oğul vermədi, onlar təsəlli verdi. 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
204 
Məktub məktub dalınca axdı, Bakıya axdı 
Ana da məktubların dalınca baxdı, baxdı.... 
 
Məktublarsa Bakını dolandı, gəzdi, gəldi, 
Məktublar əzik-üzük, məktublar bezdi gəldi, 
 
Ana yenə də baxdı gah dolama yollara, 
Gah da oğul boyuna həsrət qalan qollara. 
 
Ana oğul böyütdü gur, çatmaqaş, gensinə, 
Ana oğul böyütdü, özgəyə qismət oldu. 
 
Ana fikirləşdi ki, mən neyləmişəm sənə? 
Bu nə oğulluq oldu, bu nə məhəbbət oldu? 
 
Oğul böyütdümü o, büzmədodaq bir qıza? 
Oğul böyütdümü o min işvəyə, min naza? 
 
Ana bilsəydi əgər böyütməzdi oğlunu
Yox,bunu yandım dedim, yenə atmazdı onu. 
 
Bir gözəl, bir sevimli oğul böyütdü ana, 
Ürəyində ağlayıb, gülmək öyrətdi ona. 
 
Oğul! Nədir etdiyin bəs bu haq-say üçün? 
Qaytar onun ömrünə neçə gecə, neçə gün! 
 
Qaytar onun saçının qaralığın geri. 
Qaytar o dilindəki şirin -şirin sözləri! 
 
O sözü, o söhbəti, gülüşü anan verib, 
Ana dodaqlarından bala dodaqlarına. 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə