Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilə



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə42/48
tarix17.04.2018
ölçüsü2,91 Kb.
#38752
1   ...   38   39   40   41   42   43   44   45   ...   48

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
205 
205 
205 
İndi ondan gen gəzən oğul, ayaqlarına 
Yerişi anan verib. 
 
Qaytarsan o sözləri, sözsüz bir lal olarsan, 
Qaytarsan o yerişi, yerindəcə qalarsan. 
 
Qaytarsan o gülüşü hırıldamazsan daha. 
Qaytar, qaytar onları, qaytar qoyma sabaha! 
 
Sən ki dərd verdin, oğul, sənə gülüş verənə. 
Oğul demərəm sənə! 
 
Deyirəm ki, o boyu, buxunu qaytar geri! 
Deyirəm ki,  varını, yoxunu qaytar geri! 
Qaytar onun borcunu, 
Gülüşünü, adını, sözünü qaytar geri! 
Qaytar ana borcunu, 
O borc sənin özünsən,özünü qaytar geri 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
206 
MƏMMƏD ARAZ 
(1933-2004) 
 
Məmməd  Araz  (Məm-
məd  İbrahimov)  1933-cü  ildə 
Naxçıvanın  Nurs  kəndində 
anadan  olmuşdur.  İlk  və  orta 
təhsilini  burada  aldıqdan  son-
ra  Bakıya  gəlmiş  ADPU-nun 
coğrafiya fakültəsinə daxil ol-
muşdur. Elə bədii yaradıcılığa 
da  bu  dövrdə  başlamışdır. 
Məmməd  Arazı  bütün  ömrü 
boyu  düşündürən  ən  mühüm 
məsələ  vətənin  azadlığı,  xal-
qının mübarizəsi, əsl vətəndaş olmaq və s. idi. 
Məmməd  Arazın  «Sevgi  nəğməsi»,  «Araz  axır», 
«Ömür  karvanı»,  «Qanadlı  qayalar»,  «Dünya  sənin, 
dünya mənim», «Dünya düzəlmir» və s. şeir kitablarının 
da  əsas  mövzusu  vətəndir.  Şair  2004-cü  ildə  vəfat 
etmişdir. 
 
 
AYAĞA DUR, AZƏRBAYCAN! 
(ixtisarla) 
 
Nə yatmısan qoca vulkan, səninləyəm! 
Ayağa dur Azərbaycan, səninləyəm! 
Səndən qeyri, 
biz hər şeyi bölə billik. 
Səndən qeyri, 
biz hamımız ölə billik. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
207 
207 
207 
Bu Şəhriyar harayıdır, 
Bu Bəxtiyar harayıdır. 
Ayağa dur, Azərbaycan!  
Bunu bizə zaman deyir, 
Məzarından baş qaldıran baban deyir: 
- Nər oğlu nər, səninləyəm! 
Səninləyəm silah tutan, 
kulung tutan, yaba tutan, 
Kösöy tutan nişanlı ər səninləyəm!  
Səninləyəm, qız atası, 
Hanı nərən, hanı səsin?  
Hanı andın? 
Yoxsa sən də yatmışlara, batmışlara, 
Qeyrətini satmışlara xırdalandın?  
Gözünü sil, vətən oğlu, 
Ayağa qalx!  
Üfüqünə bir yaxşı bax, 
Sərhədinə bir yaxşı bax, 
Sərhədinin kəməndinə bir yaxşı bax!  
Dur içindən qorxunu boğ, 
Ölümünlə qalımını ayırd elə. 
                 *** 
…Yıxın məni söz atından, 
Atın məni tank altına, 
Əzin məni xıncım-xıncım  
Kəsmir əgər söz qılıncım. 
Didin məni didim - didim, 
Atın məni tank altına. 
Qundaqdakı bir körpəni xilas edim
…Oyat bizi, ey yaradan, səninləyəm! 
Ya birmərrə yatırt bizi, 
Ya birmərrə oyat bizi. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
208 
Ya yenidən yarat bizi!  
Ey yaradan, səninləyəm!  
Səninləyəm, yatmış vulkan. 
Səninləyəm!  
Ayağa dur, Azərbaycan, 
Səninləyəm!  
 
 
DÜNYA SƏNĠN, DÜNYA MƏNĠM 
 
Bir taleyin oyununda cütlənmiş zərik, 
Yüz il qoşa atılsaq da, qoşa düşmərik. 
Bir zərrənin işığına milyonlar şərik, 
Dünya sənin,  
Dünya mənim, 
Dünya heç kimin... 
 
Çevrəsindən çıxsa əgər sevda fırfıran, 
Bir ümidin ətəyindən tutub da fırlan, 
Eşidərsən: pıçıldayır yıxılan, duran, 
Dünya sənin,  
Dünya mənim, 
Dünya heç kimin... 
 
Bu get-gəllər bazarına dəvədi dünya,  
Bu ömür-gün naxışına həvədi dünya.  
Əbədiyə qəh-qəh çəkər əbədi dünya, 
Dünya sənin,  
Dünya mənim, 
Dünya heç kimin... 
 
Ayaq saxla, dövrənə bax ötəri belə


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
209 
209 
209 
Min illərdir Araz belə, Həkəri belə. 
Axşamların, səhərlərin təkəri belə, 
Dünya sənin,  
Dünya mənim, 
Dünya heç kimin... 
 
Gülünclərə gülünc gələn bu ada güldüm, 
Yüyəninə hər əl yetən bu ata güldüm
Mən özümlə oynadığım şahmata güldüm... 
Dünya sənin,  
Dünya mənim, 
Dünya heç kimin... 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
210 
FĠKRƏT QOCA 
(1935) 
 
1935-ci ildə Ağdaş rayonu-
nun  Kotanar  kəndində  doğul-
muşdur.  Moskvada  Ədəbiyyat 
İnstitutunu bitirib. 1998-ci ildən 
AYB-nin katibidir. 
«Qağayı»,  «Hamıya  borc-
luyam»,  «Ömürdən  səhifələr», 
«Taleyin  ağır  taleyi»,  «Eldən-
elə, dildən-dilə», «Sükutun səsi» 
və s. kitabların müəllifidir. 
Fikrət Qoca Azərbaycanın xalq şairi (1999), Əmək-
dar  incəsənət  xadimi  (1978)  fəxri  adlarına  layiq 
görülmüş,  1995-ci  ildə  «Şöhrət»  ordeni  ilə  təltif 
edilmişdir. 
 
      ÇƏTĠN YOL 
 
Bu dünya bir bilməcədi, 
Gah gündüzdü, gah gecədi. 
Bilmədim nədi? Necədi? 
Gələndən gedənə kimi. 
 
Bir bədəndə sağ var, sol var, 
Qul qəlbində şah var, qul var. 
Öz canımda çətin yol var 
Ağıldan gödənə kimi.  
 
Pis işi xəlvət görürük, 
Yaxşını çölə səpirik. 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə