Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilə



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə39/48
tarix17.04.2018
ölçüsü2,91 Kb.
#38752
1   ...   35   36   37   38   39   40   41   42   ...   48

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
190 
BƏXTĠYAR VAHABZADƏ  
(1925-2009) 
 
Azərbaycan  poeziyasında  xal-
qın  milli  oyanışına  xidmət  edən 
əsərlər  müəllifi  olan  Bəxtiyar  Va-
habzadə 1925-ci ildə Şəkidə dünya-
ya  gəlmiş,  ilk  təhsilini  burada  al-
mış,  Bakı  Dövlət  Universitetində 
oxumuşdur.  1974-cü  ildə  «Əmək-
dar incəsənət xadimi», 1984-cü ildə 
isə «Xalq şairi» fəxri adını almışdır. 
Bəxtiyar  Vahabzadə  yüzlərlə 
şeirin, dram əsərlərinin və poemala-
rın müəllifidir. 
Azərbaycanın ikiyə bölünməsinə həsr olunmuş «Gü-
lüstan» poeması, 20 Yanvar qırğınlarını əks etdirən «Şə-
hidlər»  poeması  el  muğamlarını  tərənnüm  edən 
«Muğam» əsəri,  milli  dəyər kimi qiymətləndirdiyi  «Ana 
dili» şeirləri dillərdən düşmür. 
Bəxtiyar  Vahabzadə  2009-cu  ildə  Bakıda  vəfat 
etmiş, fəxri xiyabanda dəfn edilmişdir. 
 
«GÜLÜSTAN» POEMASI 
 
Azərbaycanın birliyi və istiqlaliyyəti  
uğrunda çarpışan Səttar xan, Şeyx Məhəmməd  
Xiyabani və Pişvərinin əziz  xatirəsinə  
 
İpək yaylığıyla o, asta-asta 
Silib eynəyini gözünə taxdı. 
Əyilib yavaşca masanın üstə 
Bir möhürə baxdı, bir qola baxdı. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
191 
191 
191 
Kağıza həvəslə o da qol atdı, 
Dodağı altından gülümsəyərək. 
Bir qələm əsrlik hicran yaratdı, 
Bir xalqı yarıya böldü qılınc tək. 
 
Öz sivri ucuyla bu lələk qələm 
Dəldi sinəsini Azərbaycanın. 
Başını qaldırdı, 
Ancaq dəmbədəm 
Kəsdilər səsini Azərbaycanın. 
 
O güldü kağıza qol çəkən zaman
Qıydı ürəklərin hicran səsinə. 
O güldü haqq üçün daim çarpışan 
Bir xalqın tarixi faciəsinə. 
 
Əyləşib kənarda topsaqqal ağa, 
Hərdən mütərcimə suallar verir. 
Çevrilir gah sola, baxır gah sağa, 
Başını yellədib təsbeh çevirir. 
Qoyulan sərtlərə razıyıq deyə, 
Tərəflər qol çəkdi müahidəyə... 
Tərəflər kim idi? Hər ikisi yad! 
Yadlarmı edəcək bu xalqa imdad?! 
 
Qoy qalxsın ayağa ruhu Tomrisin, 
Babəkin qılıncı parlasın yenə. 
Onlar bu şərtlərə sözünü desin, 
Zənciri kim vurdu şir biləyinə? 
 
Hanı bu ellərin mərd oğulları? 
Açın bərələri, açın yolları. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
192 
 
Bəs hanı bu əsrin öz Koroğlusu- 
Qılınc Koroğlusu, söz Koroğlusu? 
 
Babaların şəni, şərəfi, əlbət, 
Bizə əmanətdir, böyük əmanət... 
Yoxmu qanımızda xalqın qeyrəti? 
Belə saxlayarlar bəs əmanəti? 
Qoy ildırım çaxsın, titrəsin cahan!  
Ürəklər qəzəbdən 
coşsun, partlasın. 
Daim haqq yolunda qılınc qaldıran 
İgid babaların goru çatlasın. 
 
Qoy əysin başını vüqarlı dağlar, 
Matəmi başlandı böyük bir elin. 
Mərsiyə söyləsin axar bulaqlar, 
Ağılar çağırsın bu gün qız, gəlin!.. 
 
Tərəflər sakitdir, qəzəbli deyil
Məhv olan qoy olsun, onlara nə var. 
İmzalar atılır bir-bir, elə bil, 
Sevgi məktubuna qol çəkir onlar. 
 
Atıb imzasını hər kəs varağa, 
Əyləşir sakitcə keçib yerinə. 
Eynəkli cənabla, təsbehli ağa, 
Qalxıb əl də verir biri-birinə. 
 
Onların birləşən bu əllərilə 
Ayrılır ikiyə bir el, bir Vətən. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
193 
193 
193 
 
Axıdıb gözündən yaş gilə-gilə, 
Bu dəhşətli hala nə deyir Vətən? 
 
Bir deyən olmadı, durun, ağalar! 
Axı, bu ölkənin öz sahibi var. 
Siz nə yazırsınız bayaqdan bəri,- 
Bəs hanı bu yurdun öz sahibləri? 
 
Bəs hanı həqiqət, bəs hanı qanun? 
Qocadır bu yurdun tarixi, yaşı. 
Bəs hanı köksünə sərhəd qoyduğun, 
Bir vahid ölkənin iki qardaşı? 
 
Görək bu hicrana, bu müsibətə, 
Onların sözü nə, qərəzi nədir? 
Bu xalq əzəl gündən düşüb zillətə
Öz dogma yurdunda yoxsa kölədir? 
 
Necə ayırdınız dırnağı ətdən- 
Ürəyi bədəndən, canı cəsəddən? 
Axı, kim bu haqqı vermişdir Sizə, 
Sizi kim çağırmış Vətənimizə? 
 
Neçə vaxt səngərdə hey ulaşdılar, 
Gülüstan kəndində sövdalaşdılar. 
Bir ölkə ikiyə 
Ayrılsın deyə!.. 
 
Göy də guruldamış deyirlər o gün, 
Çölləri, düzləri buludlar sarmış. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
194 
O göy gurultusu ulu Babəkin Ruhuymuş, 
hönkürüb fəryad qoparmış. 
 
Gülüstan kəndinin gül-çiçəkləri 
Bir günün içində soldu-saraldı. 
"Gülüstan" bağlandı, o gündən bəri
Bu kəndin alnında bir ləkə qaldı. 
 
Bağrı köz-köz oldu "Yanıq Kərəmin" 
Tellər inildədi, yandı, nə yandı. 
Aşığın sazında daha bir həzin, 
Daha bir yanıqlı pərdə yarandı. 
 
Həmin gün ölkəni apardı sel, su, 
Tutuldu çöhrəsi günün, ayın da. 
Qoca Nəbatinin eşqi, arzusu, 
O gün batmadımı Arpa çayında? 
 
Ağlayıb dağlardan əsən küləklər
Bu məşum xəbəri aləmə yaydı. 
Sanki dilə gəldi güllər, çiçəklər: 
"Bu isə qol qoyan qollar sınaydı". 
 
Arazın suları qəzəbli, daşqın, 
Sirin nəğmələri ahdır, haraydır. 
Vətən quşa bənzər, qanadlarının 
Biri bu taydırsa, biri o taydır. 
 
Quş iki qanadla uçar, yüksələr, 
Mən necə yüksəlim tək qanadımla? 
Ürəklər bu dərddən tüğyana gələr, 
Axar gözümüzdən yaş damla-damla. 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə