Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilə



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə38/48
tarix17.04.2018
ölçüsü2,91 Kb.
#38752
1   ...   34   35   36   37   38   39   40   41   ...   48

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
186 
O, bir dəfə qət etmişdir ki, iclas üçün yaranmışıq, başımız 
qərar  hazırlamaq,  barmaqlarımız  protokol  yazmaq, 
əllərimiz çəpik çalmaq, səsimiz çıxış etmək üçün bizə ve-
rilmişdir.  Onun  fikrincə,  bütün  kainat  da  mühüm  bir  ic-
lasdan  sonra  yaranmış  və  imzalanmış  bir  qərar  üstündə 
dayanır. İnanmırsan, başını qaldır göyə bax-gör neçə mil-
yonlarla  ulduzlar  sədrlik  edən  ayın  başına  toplanmışdır. 
Min  illərdən  bəri  göydə  elə  qızğın  iclas  gedir  ki,  bəzən 
gurultusu yerdə qulaqlara düşür.  
İclas qurusu arvadı Meyransa ilə belə danışır: 
- Yoldaş Meyransa, təklif var ki, mənim corablarımı 
yuyub qurudasınız! 
Meyransa  dinməyəndə  o  ayağa  qalxır,  qələmin  küt 
uçunu stola döyüb danışır: 
- Cavab üçün söz verilir yoldaş Meyransaya! 
İclas  qurusunun  iclaslar,  qərarlar,  nitqlər  içində 
keçən  və  asanlıqla  keçməyən  həyatı  neçə  dəfə  ailədə  də 
silkələnmişdir. 
On səkkiz il əvvəl Quru, axşam, iclasdan qayıdanda 
arvadını  evdə  görmədi.  «Bu  hansı  iclasdadır  kecənin  bu 
vaxtında,  -deyə  ürəyində  fikirləşdi.  Çox  keçmədi  qonşu 
qadın gəlib Qurunu təbrik etdi: 
- Quru qardaş, gözünüz aydın, bir yaxşı qızınız oldu. 
Meyransa xanım xəstəxanada sizi gözləyir. 
Quru, qadına nə muştuluq verdi, nə də cavab. Qəzəb 
və dəhşət yağan üzü bir az da qaraldı, gözündə ildırımlar 
oynadı:  «Bu  nəyə  lazımdır.  Görəsən  bu  barədə  nə  qərar 
olacaq. Eşidənlər nə deyəcəklər». 
Uşağı bələyib evə gətirdilər. Quru, kağızlar aləmin-
dən baş qaldırıb baxmadı da. Meyransa ərindən xahiş etdi 
ki,  bir  yaxşı  ad  tapsın.  İclas  qurusu  məsələni  klubda-


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
187 
187 
187 
iclasda  həll  etdi.  Orada  çox  ad  təklif  olundu,  ata  razı 
olmadı, öz təklifində təkid etdi. 
- Məruzə! 
İclasdakılar  qəhqəhə  çəkib  gülüşdülər,  çəpik 
çaldılar.  
Qızın adı qaldı Məruzə.  
Məruzə  bəsləndi,  Məruzə  böyüdü.  Məruzə 
oxumağa, nəhayət diqqətləri cəlb etməyə başladı. 
Məruzəyə  kitab,  dəftər  almaq  lazım  gələndə  İclas 
qurusu bütün rəsmiyyəti gözləyirdi. Əvvəlcə qız, atasına 
ərizə  yazırdı.  Sonra  ərizə  məktəbə,  müəllimin  təsdiqinə 
göndərilirdi.  Daha  sonra  Meyransa  qol  çəkirdi.  Nəhayət 
İclas qurusu mağazindən kitab, dəftər alıb gətirir, qıza qol 
çəkdirəndən  sonra-siyahı  ilə  verir  və  vaxt  qoyurdu. 
«Gələn  ayın  ikinci  həftəsinin  sonuna  qədər»  həmin 
siyahının  bir  surətini  idarəyə,  «nəzarət  üçün»  müdirə 
göndərir,  bir  üzünü  də-öz  arxivində  ehtiyat  üçün 
saxlayırdı. Gələcəkdə yoxlasalar lazım olar.  
Məktəb müdiri bir neçə dəfə Məruzəyə demişdi: 
- Qızım, atanı çağır, vacib söz deyəcəyəm! 
Quru cavab vermişdi: 
- Mənim iclasım var, gələ bilmərəm. 
Qız  böyüyəndən  sonra  İclas  qurusunun  başağrısı 
daha da artdı. Qızı çox yerdən istədilər.  
Elçilərin hamısına bir cavab verilirdi: 
- Anket doldurun, yoxlayıb baxarıq. 
Elçilər  anket  adını  eşidib  dağılışırdılar.  Ancaq  mə-
həbbətində sadiq olan Əsgər adlı bir şofer İclas qurusun-
dan  əl  çəkmədi.  Meyransa  Əsgərlə  qohum  olmağa  razı 
idi. Kişinin qılığına girmək istədi: 
- Kişi, Məruzəni istəyirlər axı. 
- Konkret danış, kim istəyir və hansı şərtlərlə. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
188 
- Şofer Əsgər! 
- Ərizəsi hanı. 
- Ərizəsi yoxdur 
-  Bəs  niyə  havayı  danışırsan.  Meydanda  nə  ərizə 
var,  nə  anket,  nə  zəmanət.  Niyə  bəs  gəlib  başımı 
ağrıdırsan. 
Meyransa xahiş ədası ilə dedi: 
-  Bəlkə  vaxt  verəsən,  iclasın  olmayanda  elçilər 
gəlsin danışasınız. 
-  Elçiləri  neyləyirəm.  Qız  istəyən  adam  şəxsi  işini, 
şəklini göndərsin, tanış olum, sonra müzakirə edib baxa-
rıq. 
İclas  qurusu  oğlanın  adını  bir-iki  dəfə  təkrar  edib 
Meyransaya baxdı, başını buladı: 
- Adı köhnədir, çox köhnədir. Məruzəni almaq istə-
yənin adı Məruzəyə layiq olsun gərək! 
- Sən deyərsən dəyişər! 
İclas qurusu öz qərarını təkrar etdi: 
-  Dedim  şəxsi  işini  göndərsin,  baxıb  müzakirə 
edərik, artıq danışmaq lazım deyil! 
Meyransa bir söz deməyib çıxdı.  
İclas  qurusunun  sözlərini  Əsgərə  çatdırdılar,  Əsgər 
dedi: 
-  Anketimi  getsin  idarədən  öyrənsin,  ancaq  mən  bu 
işin daha asan yolla həllini bilirəm. O özünü belə zəhmət-
lərə nahaq salıb. 
Bu axşam İclas qurusu oturub protokolları sahmana 
salırdı. Meyransa da şkafı açıb təzə paltarlarını geyinirdi. 
Kişi başını qaldıranda arvadını ayrı bir həvəs, ayrı bir se-
vinclə, tələsə-tələsə geyinib-kecinən gördü. 
- Hara belə ay arvad,-deyə təəccüblə soruşdu. 
- Heç, balaca iclasımız var! 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
189 
189 
189 
- Bəs Məruzə haradadır. 
- O da öz iclasına gedib, sənə də kağız göndərib. 
Meyransa stolun üstündəki kitabın altından əl boyda 
bir kağız çıxarıb ərinə verdi: 
- Deyəsən, uşaqların qərarı var. Oxu gör necədir. 
İclas qurusu kağızı oxuyanda gözü kəlləsinə çıxdı:-
«Ata, biz çox müzakirə elədik, düşündük, daşındıq. Sizə 
zəhmət  vermədən  ZAQS-a  getdik.  Sabah  toyumuzdur, 
oğlan evində  olacaq,  iclasdan  sonra  vaxtın olsa  buyurub 
gələrsən. Qızın Məruzə.» 
İclas  qurusu  daha  da  qurudu.  Quru  uzandı,  dik 
ayağa qalxdı. 
-  Necə?  Özbaşına  qərar  çıxarıblar...Bu  qərarı  kim 
təsdiq edib? 
Meyransa  təmkinini  və  mülayimliyini  pozmadan 
cavab verdi: 
- Gərək sən təsdiq edəsən də 
İclas qurusu özündən çıxdı: 
-  Mən  onun  anketini  oxumamış,  işini  yoxlamamış, 
müzakirə  etməmiş,  belə  qərarı  necə  təsdiq  edə  bilərəm, 
bu nə intizamsızlıqdır... 
Meyransa çəkməsini ayağına çəkib son sözünü dedi: 
- Edərsən, etməzsən özün bilərsən.  Mən Əsgərgildə 
toyda  olacağam,  evdən  muğayat  ol.  Qapı-bacanı  açıq 
qoyma!-Meyransa bunu dedi, qapını çırpıb çıxdı. 
Ev, dəyirman daşı kimi İclas  qurusunun başına  do-
landı. 
 
                       1954 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə