Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilə



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə40/48
tarix17.04.2018
ölçüsü2,91 Kb.
#38752
1   ...   36   37   38   39   40   41   42   43   ...   48

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
195 
195 
195 
Cənablar, bir anlıq düşündünüzmü? 
Verdiyiniz hökmün ağırlığını? 
Bu hökmün dəhşəti əllimi, yüzmü? 
Biz necə götürək bu göz dağını?.. 
 
Başı kəsiləndə bu məğrur elin 
Qəlbin ağrısını hiss etdinizmi - 
Qoca Füzulinin, igid Babəkin 
Etiraz səsini eşitdinizmi? 
Cənablar, bir damcı mürəkkəblə siz 
Düsünün, nələrə qol çəkmişsiniz? 
 
Bir damcı mürəkkəb, bir vətəndaşı 
Qanına bulayıb ikiyə böldü. 
Bir damcı mürəkkəb olub göz yaşı 
İllərlə gözlərdən axdı, töküldü. 
Min ləkə vurdular şərəfimizə 
Verdik, sahibimiz yenə "ver" - dedi. 
Lap yaxsı eləyib, doğrudan, bizə 
Biri "baran" - dedi, biri "xər" - dedi. 
 
Bizi həm yedilər, həm də mindilər, 
Amma dalımızca gileyləndilər. 
Hökmü gör nə qədər böyükmüş anın 
Möhür də basdılar varağa təkrar. 
Yox, varağın deyil, Azərbaycanın 
Köksünə dağ boyda dağ basdı onlar. 
 
İmzalı, möhürlü ey cansız varaq, 
Nə qədər böyükmüs qüvvətin, gücün. 
Əsrlər boyunca vuruşduq, ancaq 
Sarsıda bilmədik hökmünü bir gün. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
196 
 
Ey kağız parçası, əvvəl heç ikən
Yazılıb, qollanıb yoxdan var oldun. 
Böyük bir millətin başını kəsən, 
Qolunu bağlayan hökmdar oldun. 
 
Bir eli ikiyə paraladın sən 
Özün kağız İkən paralanmadın. 
Köksünə yazılan qəlb atəşindən, 
Niyə alışmadın, niyə yanmadın? 
 
Araz sərhəd oldu, əsdi küləklər, 
Sular yatağında qalxdı, köpürdü. 
Üstü dama-dama taxta dirəklər, 
Çayın kənarında səf çəkib durdu. 
 
Sular, sizdən təmiz nə var dünyada? 
Ləkədən xalidir axı qəlbiniz. 
Bağrınız alışıb niyə yanmadı 
Bu çirkin əmələ qol qoyanda siz? 
 
Ey Araz, səpirsən göz yaşı sən də, 
Keçdikcə üstündən çölün, çəmənin. 
Səni arzulara sədd eyləyəndə, 
Niyə qurumadı suların sənin? 
 
Dayanıb Arazın bu tayında mən 
"Can qardaş" deyirəm, o da "can" deyir. 
Ey zaman, sorğuma cavab ver, nədən 
Səsim yetən yerə, əlim yetməyir?.. 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
197 
197 
197 
Qarışıb gözümdə, qarışıb aləm 
Dərd-dərdi doğrayır, qəm-qəmdən keçir. 
Arazın üstündən keçə bilmirəm, 
Araz dərdim olub sinəmdən keçir. 
 
Taxta dirəkləri torpağa deyil, 
Qoydular Füzuli divanı üstə. 
Yarıya bölündü yüz, yüz əlli il 
Gəraylı, bayatı, muğam, şikəstə. 
 
Dəmir çəpərləri eşqim, diləyim, 
Tarixim, ənənəm üstə qoydular. 
Yarıya bölündü canım, ürəyim, 
Yarıya bölündü Arazda sular. 
 
Taxta dirəkləri qoydular ax, ax! 
Qəlbimin, ruhumun, dilimin üstə. 
Biz güldük, ağladıq, yenə də ancaq 
Bir sazın, bir telin, bir simin üstə. 
 
Ürəkdən ürəyə körpü? Bir dayan! 
Dərdimiz dinirsə, bir sazın üstə 
Şəhriyar yaralı misralarından 
Körpü salmadımı Arazın üstə?! 
 
Bu taydan o taya axışdı sel tək 
Gözə görünməyən könül telləri. 
Bu selin önünü nə çay, nə dirək 
Kəsə bilməmişdir yüz ildən bəri. 
 
Ağalar bilmədi birdir bu torpaq 
Təbriz də, Bakı da Azərbaycandır. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
198 
Bir elin ruhunu, dilini ancaq 
Kağızlar üstündə bölmək asandır. 
 
Böl, kağız üstündə, böl, gecə-gündüz
Torpağın üstünə dirəklər də düz, 
Gücünü, əzmini tök də meydana, 
Qosundan, silahdan sədd çək hər yana. 
Torpağı ikiyə bölərsən, ancaq 
Çətindir bədəni candan ayırmaq! 
 
Ayırmaq kimsəyə gəlməsin asan 
Bir xalqın bir olan dərdi-sərini. 
O taydan bu taya Mustafa Payan 
Oxuyur Vahidin qəzəllərini. 
 
Dolandı zəmanə, döndü qərinə, 
Şairlər od tökdü yenə dilindən. 
Vurğunun o həsrət nəğmələrinə 
Şəhriyar səs verdi Təbriz elindən: 
 
"Heydər baba, göylər qara dumandı, 
Günlərimiz bir-birindən yamandı. 
Bir-birindən ayrılmayın, amandır, 
Yaxşılığı əlimizdən aldılar, 
Yaxşı bizi yaman günə saldılar. 
 
Bir uçaydım bu çırpınan yelinən, 
Qovuşaydım dağdan aşan selinən, 
Ağlaşaydım uzaq düşən elinən. 
Bir görəydim ayrılığı kim saldı, 
Ölkəmizdə kim qırıldı, kim qaldı". 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
199 
199 
199 
      MUĞAM 
 
Daş ürəklərdə yanıb daşları sındırdı muğam, 
Haqqa düşmən olanı haqqa tanıtdırdı muğam. 
  
Nə güman eyləmisən ondakı tilsimləri sən
"Kürü ahıyla qurutdu", "Salı yandırdı" muğam. 
  
Onun hər guşəsi bir xatirə, bir canlı kitab, 
Keçilən yolları hərdən bizə andırdı muğam. 
  
Su çilər kinli ürəklərdə qəzəb tonqalına, 
Neçə qəsdin önünü kəsdi, dayandırdı muğam. 
 
O, ürək yanğısı, göz yaşları, bir çəngə bulud, 
Oyadıb yaddaşı, vicdanı utandırdı muğam. 
  
Dəfn edin siz məni Zabul segahın mayəsinə, 
Deyirəm, bəlkə, məni bir gün oyandırdı  
muğam. 
  
Çox kitablar oxudum, zənn elədim,  
Bəxtiyaram, 
Mənə çox mətləbi ahəstəcə qandırdı muğam. 
 
 
ANA DĠLĠ 
 
 
Dil açanda ilk dəfə “ ana “ söyləyirik biz, 
“Ana dili “ adlanır bizim ilk dərsliyimiz. 
İlk mahnımız laylanı anamız öz südüylə 
İçirir ruhumuza bu dildə gilə-gilə. 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə