Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilə



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə43/48
tarix17.04.2018
ölçüsü2,91 Kb.
#38752
1   ...   40   41   42   43   44   45   46   47   48

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
211 
211 
211 
Hamımız ömür sürürük 
Dinsizlikdən dinə kimi. 
 
Yaxşı adamların baxtı,  
Yumurtadı, o da laxdı. 
Şairlər hamsı bədbaxtdı, 
Füzulidən mənə kimi. 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
212 
ANAR
 
(1938) 
 
1938-ci  ildə  Bakıda 
anadan  olmuşdur.  Ədə-
biyyata  50-ci  illərin  so-
nunda  gəlmişdir.  Dövlət 
müstəqilliyi 
illərindən, 
1991-ci  ilin  martından 
Azərbaycan 
Yazıçılar 
Birliynə  rəhbərlik  edir. 
«Ağ  liman»,  «Macal», 
«Beşmərtəbəli  evin  altıncı  mərtəbəsi»  əsərləri  müasir 
nəsrin dəyərli nümunələrindəndir. 
Yazıçının  «Ağ  qoç,  qara  qoç»  povesti  son  illərin 
qiymətli əsərlərindəndir. Bu əsər janrına, üslubuna, prob-
lematikasına  görə  Azərbaycan  ədəbiyyatında  tamamilə 
yeni, orijinal əsərdir. Anar dramaturgiya sahəsində də bö-
yük  uğurlar  qazanmış,  onun  «Şəhərin  yay  günləri», 
«Adamın  adamı»,  «Təhminə  və  Zaur»,  «Keçən  ilin  son 
gecəsi» və s. əsərləri dəfələrlə tamaşaya qoymuşdur. 
Anar  on  bir  senarinin  müəllifidir:  «Torpaq,  dəniz, 
od, səma», «Gün keçdi», «Dədə Qorqud», «Dantenin yu-
bileyi»,  «Üzeyir  ömrü»,  «Ötən  ilin  son  gecəsi»,  «Otel 
otağı» və s. 
Anarın  yaradıcılığında  şeirin  xüsusi  yeri  var.  Bu 
şeirlər öz orijinallığı və mövzu rəngarəngliyi ilə fərqlənir. 
 
 
                            NĠKBĠN ġEĠR 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
213 
213 
213 
Keçib getdi,
 
min il, yüz il;
 
Keçib getdi,
 
on il, son il.
 
Keçib gedir
 
son ay, son gün,
 
son dəqiqə, son saniyə.
 
Əsim-əsim əsir səsim, 
Axı əsir səsim niyə?
 
Mən əsrimin əsiriyəm,
 
Mən əsrimin əsəriyəm. 
Yaxşım, pisim -
 
Fikirlərim, duyğum, hissim,
 
Ömrüm-günüm, əsərlərim,
 
əsəblərim,
 
Ağrılı-acılı sirlərim, -
 
Nəyim yoxdur, nəyim vardır -
 
Bu yüz ildən yadigardır.
 
Tərk edirəm diri-diri 
İyirmini -
 
İki mini.
 
Tərk edirəm vətən kimi
 
Ümidimi, diləyimi
 
yeni əsrə daşıyıram, -
 
Düşmənlərin acığına
 
yaşamışam, yaşayıram.
 
İyirmi bir – yeni vətən,
 
Min illərin sərhəddini mən aşacam.
 
Yaşamışam, yaşayıram,
 
yaşayacam. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
214 
RÜSTƏM BEHRUDĠ 
(1957) 
 
      Şair,  filosof  Rüstəm 
Behrudi  1957-ci  ildə  Or-
dubad  rayonunun  Behrud 
kəndində  müəllim  ailə-
sində  anadan  olmuşdur. 
1988-ci  ildən  Yazıçılar 
Birliyinin üzvüdür. 2008-
ci ildə Makedoniyada ke-
çirilən Türk Dünyası Uluslararası şeir festivalında ”Altun 
medala”  layiq  görülmüşdür.  Dünya  Azərbaycanlıları 
Konqresinin  Mədəniyyət  Akademiyasının  fəxri  üzvüdür. 
“Şaman duası”, “Salam dar ağacı”, “Göz yaşlarından ba-
xan Allah”, ”Din sevdim din üstünə”, ”Ruhu sözlərimdə 
çırpınan ölkə”, “Boz qurd ” və s. şeir  kitablarının müəl-
lifidir. 
 
    SALAM, DAR AĞACI 
 
Yolumu gözlədin hər səhər-axşam,  
Salam, Dar ağacı! 
Əleyküm-salam. 
Əcəllə ölməyə doğulmamışam, 
Salam, Dar ağacı! 
        Əleyküm salam. 
 
O hansı millətdir, taleyi sirdir? 
Yüz adla bölündü, yenə də birdir! 
Məni hüzuruna bu dərd gətirdi


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
215 
215 
215 
Salam, Dar ağacı! 
           Əleyküm salam. 
 
Xəzəri, Baykalı, Aralı gördüm, 
Gördüm can üstədir, yaralı gördüm. 
Tanrını bəndədən aralı gördüm, 
Salam, Dar ağacı! 
            Əleyküm salam. 
 
Çarxı tərs fırlanır fələk qarının, 
Turan kölgəsində budaqlarının. 
Rəngi bayrağımda yarpaqlarının, 
Salam, Dar ağacı! 
            Əleyküm salam. 
 
Əvvəlin axırı, sonun əvvəli 
Buymuş, bilməmişəm bunu mən dəli. 
Qorxum yox! Nə olsun boyun göy dəlir?! 
Salam, Dar ağacı! 
           Əleyküm salam. 
 
Danış, Əmir Teymur, bu son nəydi bə? 
Boynumda ağ kəfən, dilimdə tövbə... 
Dərsini tərs bilən, mənimdi tövbə! 
Salam, Dar ağacı! 
           Əleyküm salam! 
 
Səni mən əkmişəm...Mənə sən qənim
Səni suvarmağa halaldı qanım; 
Yarpağın rəng alsın qanımdan mənim, 
Salam, Dar ağacı! 
Əleyküm salam! 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə