Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilə



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə35/48
tarix17.04.2018
ölçüsü2,91 Kb.
#38752
1   ...   31   32   33   34   35   36   37   38   ...   48

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
171 
171 
171 
MĠRZƏ ƏLƏKBƏR SABĠR  
(1864-1911) 
 
M.Ə.Sabir  Azərbaycan 
ədəbiyyatında yeni tipli satira-
nın  əsasını  qoymuşdur.  1862-
ci  ildə  Şamaxıda  doğulmuş-
dur.  Mollaxana  təhsili  almış, 
sonra Seyid Əzimin dərs dedi-
yi yeni üsullu quberniya mək-
təbində  oxumuş,  məktəb  illə-
rindən  şeirlər  yazmış,  Sədinin 
«Gülüstan» əsərinin bir parça-
sını  farscadan  Azərbaycan  di-
linə  tərcümə  etmişdir.  Bakıda 
və  Şamaxıda  müəllimlik  et-
miş, satirik şeirləri ilə məşhur-
laşmış,  «Molla  Nəsrəddin»  jurnalı  ilə  əməkdaşlıq  etmiş-
dir. 
1911-ci  ildə  Şamaxıda  vəfat  etmişdir.  Şeirləri  kitab 
şəklində «Hophopnamə» adı ilə dəfələrlə çap edilmişdir. 
                  
                    ÜRƏFA MARġI 
 
İntelligentik, gəzərik naz ilə
Ömr edərik nəşeyi-dəmsaz ilə, 
Həftədə bir dilbəri-tənnaz ilə, 
Həmdəm olub işləri sahmanlarıq, 
Ay bərəkallah, nə gözəl canlarıq! 
 
Xoşlamırıq bir para nadanları 
Şiveyi-nisvani-müsəlmanları, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
172 
Neyləyirik Fatma-Tükəzbanları?! 
Anyaları, Sonyaları yanlarıq, 
Ay bərəkallah, nə gözəl canlarıq! 
 
Bir para biəqlü fərasət bizə 
Eyləyir isnadi-qəbahət bizə, 
Eyləyir etsin də nəsihət bizə, 
Bir bunu qanmır ki, biz irfanlarıq, 
Ay bərəkallah, nə gözəl canlarıq! 
 
Kimsəyə yox dəxli ki, biz işrəti 
Xoşlayırıq, boşlayırıq külfəti. 
Güşeyi-qəstinde olan ləzzəti 
Xaneyi-viranda haçan anlarıq?! 
Ay bərəkallah, nə gözəl canlarıq! 
 
İntelligentik, bu ki, böhtan deyil, 
Türki danışmaq bizə şayan deyil, 
«Türk dili qabili-irfan deyil» 
Biz buna qail olan insanlarıq! 
Ay bərəkallah, nə gözəl canlarıq! 
 
Türk qəzeti versə də əqlə ziya, 
Mən onu almam əlimə mütləqa 
Çünki müsəlmanca qonuşmaq bana 
„Eybdir!“ Öz eybimizi anlarıq! 
Ay bərəkallah, nə gözəl canlarıq! 
 
Yox işimiz məcməi-islam ilə, 
Püxte nasıl söhbət edər xam ilə? 
Çünki klublarda sərəncam ilə 
Hər gecə bir mətləbi ünvanlarıq 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
173 
173 
173 
Ay bərəkallah, nə gözəl canlarıq! 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
174 
HÜSEYN CAVĠD  
(1882-1941) 
 
Azərbaycanın  görkəmli 
şairi  Hüseyn  Cavid  romantiz-
min  əsas  nümayəndələrindən 
biri,  milli  romantik  şeirin, 
mənzum  faciənin  banisi  ol-
muşdur. 
Hüseyn  Cavid  (Gülçin) 
1882-ci  ildə  Naxçıvanda  do-
ğulmuş,  mollaxana  təhsili  al-
mış,  ərəb,  fars  dillərini  mə-
nimsəmiş,  sonra  Təbrizdəki 
«Talıbiyyə» mədrəsəsində təh-
silini davam etdirmişdir. Daha sonra İstanbul Universite-
tində oxumuş, Naxçıvanda müəllim kimi fəaliyyət göstər-
mişdir. 
«Ana»  (190);  «Şeyx  Sənan»  (1914);  «Uçurum» 
(1919);  «Peyğəmbər»  (1923);  «Knyaz»  (1929); 
«Səyavuş»  (1933);  «Xəyyam»  (1935);  «İblis»  (1918) 
mənzum faciələrinin; «Maral», «Şeyda», «Afət», «Topal 
Teymur»,  «İblisin  intiqamı»  və  s.  (nəsrlə)  faciələrin  və 
bir  çox  şeirin,  poemanın  müəllifidir.  Ən  kamil  poeması 
«Azər» (1926-28) poemasıdır. 
Hüseyn  Cavid  1937-ci  ildə  həbs  edilib  «burjua 
yazıçısı»  kimi  Sibirə  sürgün  edilmiş  və  1941-ci  ildə  elə 
sürgündə  vəfat  etmişdir.  1956-cı  ildə  bəraət  almış, 
Heydər  Əliyevin  təşəbbüsü  ilə  cənazəsi  1982-ci  ildə 
Sibirdən gətirilərək Naxçıvanda dəfn edilmişdir. 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
175 
175 
175 
Qız məktəbində 
 
- Quzum, yavrum! Adın nədir? 
- Gülbahar. 
- Pəki, sənin anan, baban varmı? 
- Var. 
- Nasıl, zənginmidir baban? 
- Əvət, zəngin, bəyzadə... 
- Öylə isə, geydiyin geyim neçin böylə sadə? 
Yoxmu sənin incilərin, altun bilərziklərin? 
Söylə, yavrum! Heç sıxılma... 
- Var, əfəndim, var... lakin 
Müəlliməm hər gün söylər, onların yox qiyməti, 
Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti. 
-  Çox  doğru  söz...  Bu  dünyada  sənin  ən  çox 
sevdiyin 
Kimdir, quzum, söylərmisən? 
- Ən çox sevdiyim ilkin 
O Allah ki, yeri-göyü, insanları xəlq eylər. 
- Sonra kimlər? 
- Sonra onun göndərdiyi elçilər. 
- Başqa sevdiklərin nasıl, yoxmu? 
- Var. 
- Kimdir onlar? 
- Anam, babam, müəlliməm, bir də bütün insanlar 
 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə