Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilə



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə30/48
tarix17.04.2018
ölçüsü2,91 Kb.
#38752
1   ...   26   27   28   29   30   31   32   33   ...   48

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
148 
Eldə rüsvay eləmə
Dağda günüm xoş elə. 
Daşlara yoldaş elə. 
 
Qız  bunu  deyən  kimi  dönüb  kəklik  olur,  pırıltı  ilə 
uçub qayalığa düşür. 
Qızın əl-ayağı xınalı olduğu üçün, kəkliyin də ayağı 
xınalı olur. 
 
 
Turac quĢu 
 
Bir  gün  qulluqçu  qız  xanımın  darağını  alıb  başını 
darayır. Darağı boxçaya, paltarın arasında taxçaya qoyur. 
Aradan xeyli keçir. Xanım başını yuyurmuş, darağı 
istəyir. Qulluqçu qız darağın yerini unudubmuş. 
Nə qədər çalışırsa darağın yerini yadına sala bilmir. 
– Xanım, vallah darağın yerini unutmuşam. 
Xanım qulluqçu qızdan şübhələnir. 
– Darağı oğurlamısan! – deyir. 
Qız xəcalətindən tər tökür. 
– Xanım, mənim əlim əyri deyil, daraq buralardadır. 
Hara qoyduğumu yadıma sala bilmirəm. 
Xanım hirslənir: 
– Onda qonşuya, ya qohuma vermisən. 
Qız  görür  xanımı  inandıra  bilmir.  Əliəyri  qulluqçu 
kimi  bu  evdə  yaşamaq,  ya  da  qovulmaq  ona  ağır  gəlir. 
Deyir: 
– İlahi, xəcalət məni öldürər, ya məni daş elə, ya da 
quş. 
Qız quş olur, Turac quşu. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
149 
149 
149 
Qız  quş  olandan  sonra  darağın  yeri  yadına  düşür. 
Bağçaya qonub oxuyur, darağın yerini xanıma bildirir: 
 
Taxçadadır, 
boxçadadır. 
Boxçadadır, 
taxçadadır. 
Qu quĢu 
 
Ananın  çox  da  körpə  olmayan  dörd  uşağı  var  idi. 
Ana  uşaqlarını  qayğısız  böyüdür,  onlara  hər  cür  qulluq 
edirdi.  Günlərin  bir  günü  ana  bərk  xəstələnir.  Ananın 
hərarəti  artır.  O,  su  deyə  yanır,  ancaq  ananın  durub  su 
içməyə imkanı olmur. O, böyük övladını çağırır ki, gəlib 
ona su versin. Uşaq anasına su verməyib oynamağa gedir. 
Su deyə dili, dodağı yanan ana o biri övladlarını çağırır. 
Etibarsız,  fərsiz  övladların  heç  biri  su  deyə  yanan  xəstə 
anaya su vermir. Bunu görən ana bərk qüssələnir. O belə 
övladların  üzünə  baxmaq  istəmir.  Arzu  edir  ki,  göylər 
onu  bir  quşa  çevirsin.  Zümrüd  sulardan  içsin,  azad 
göylərdə qanad çalsın. 
Ana öz arzusuna çatır, o, bir qu quşu olur. Uçmağa 
başlayır.  Uşaqlar  ananı  uçan  görüb  onun  dalınca  qaçır, 
ağlayırlar. Ana uşaqlarını istəsə də, onlar üçün ürəyi yan-
sa  da  uça-uça  uzaqlaşmağa  başlayır.  Uşaqları  daşlara, 
yerə  dəyə-dəyə,  kola-kosa  çırpıla-çırpıla  bir  müddət 
ananın  dalınca  qaçırlar.  Lakin  artıq  gec  olur,  ana  çox 
uzaqlara  uçub  gedir.  Anadan  ümidləri  üzülən  uşaqlar 
anasız  buz  kimi  soyuq  olmuş  evə  qayıdırlar.  O  gündən 
övladından bir etibar görməmiş qu quşu yuva qurub bala 
çıxarmır. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
150 
Ancaq özgə quşların yuvasında  yumurtalayır. Onun 
balasını da özgə quşlar çıxardıb bəsləyir. 
 
 
 
 
 
Xarı-bülbül 
 
Azərbaycanın qədim şəhərlərindən biri olan Şuşada 
belə bir gül var ki, hamı onun adına xarı-bülbül deyir. 
Rəvayətə görə, bir gün bülbül öz sevgilisi gülün gö-
rüşünə    getmək  istədiyi  vaxt  bərk  külək  əsir.  Küləyin 
məqsədi gülü bülbülün gözləri qarşısında alçaltmaq imiş. 
Külək öz gücünə, qüvvəsinə həddindən artıq inanır-
mış.  O  əsəndə,  hərəkətə  gələndə,  aləmi  tozanağa  bürü-
yəndə bütün canlılar onun qarşısında əyilərmiş. Müqavi-
mət  göstərmək  istəyənləri  şaxbudaq  eləyib  yerlə-yeskan 
edərmiş. 
Bir  gün  külək  var  qüvvəsilə  əsirmiş,  nəhəng  çinar-
lar,  uca  sərvlər,  salxım  söyüdlər  onun  qarşısında  dönə-
dönə əyilirdilər. Yalnız zərif, gözəl, ətirli gül küləyin ağ-
zınlığına,  yekəxanalığına  tabe  olmurdu.  Bunu  görən 
külək heyrətə gəldi: 
– Ay zərif gül, sən hansı cəsarətlə mənə baş əymir-
sən? Sən bu gücü hardan alırsan? 
Gül inamla cavab verdi: 
–  Məhəbbətdən!  Məhəbbətin  gücü  yenilməz  olur. 
Sevən  vüqarlı  olur,  o  heç  kəsə  baş  əymək  istəmir.  Mən 
bülbülü  sevirəm.  Onun  saf  məhəbbəti  məni  baş  əyməyə 
qoymaz. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
151 
151 
151 
Baxarıq!.. Sən məhəbbətini sına, mən də gücümü… 
Külək  bu sözləri  deyib kükrədi.  Elə bu vaxt bülbül 
sevgilisi  gülün  görüşünə  gedirdi.  Küləyin  qəzəbi  yerə, 
göyə sığmırdı. Zərif otlardan tutmuş fil gövdəli ağaclara 
qədər ona hər şey baş əyirdi. Gül isə onun zorakılığı qar-
şısında əyilmir. Artıq gül son qüvvəsini toplayırdı. Onun 
müqaviməti tükənməyə başlayırdı. Çünki o tək qalmışdı. 
Əgər bülbül yanında olsaydı… 
Gül bir yarpaq əyildi. Külək qələbəsindən sevinərək 
daha bərkdən uğuldadı. Bir az da keçəcək, külək gülü öz 
gücü qarşısında iki qat edəcəkdi. Bülbül özünü vaxtında 
gülün  harayına  çatdırır.  O,  sinəsini  yavaş-yavaş  əyilən 
gülün  köksünə  söykəyir.  Külək  daha  da  hiddətlənir. 
Bülbül  gülün  azacıq  əyilən  qamətini  düzəldir.  Ancaq 
gülün  xarı  (yəni  tikanı)  onun  sinəsinə  sancılır.  Bülbül 
məhv olur, bir addım geri çəkilib gülü əyilməyə qoymur. 
Elə  həmin  vaxtdan  özünü  məhəbbəti  uğrunda  fəda  edən 
bülbülün  adı  xarı-bülbül  qalır.  Gül  xarı-bülbül 
görkəmində  güllər  açır.  Həmin  xarı-bülbül  gülü  heç  bir 
qızılgül koluna və gülünə bənzəmir. 
 
Bülbül və qaratikan kolu 
 
Bir xan qəfəsdə bir bülbül saxlayarmış. Bülbül üçün 
hər cür şərait yaradılmışdı. Hər cür güldən onun qəfəsinin 
ətrafında varmış. Ancaq o, bahar fəslinin gəlməsinə bax-
mayaraq,  bir  dəfə  də  gözəl  səsi  ilə  oxumurmuş.  Elə  mə-
yus-məyus durub baxırmış. 
Xan deyir, mən onu o cür bəsləyirəm, yenə oxumur. 
Buraxın onu, çıxıb getsin. Ancaq izləyin, görün hara ge-
dir. Xanın adamları görürlər ki, bülbül uça-uça qaratikan 
kolunun  üstündə  qurumuş  bir  bülbül  yuvasının  yanına 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə