Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilə



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə26/48
tarix17.04.2018
ölçüsü2,91 Kb.
#38752
1   ...   22   23   24   25   26   27   28   29   ...   48

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
128 
XASĠYYƏTNAMƏ 
 
Xasiyyətnamə şəxsə mənsub olduğu idarə, təşkilat və ya 
tələbədirsə,  həmin  ali  məktəb,  orta  məktəb  və  s.  tərəfindən 
verilir.  Xasiyyətnaməni  idarə  rəhbəri  verir,  imza  və  möhürlə 
təsdiqlənir. 
Xasiyyətnamədə  şəxsin  ictimai  fəaliyyəti,  əxlaqi-  siyasi 
keyfiyyətləri  əks  olunur.  Kimə,  kimdən  və  haraya  təqdim 
olunması  göstərilir,  həcmi  1-2  səhifədən  artıq  olmur. 
Xasiyyətnamənin sonunda ən azı iki məsul şəxsin imzası olur

 
Nümunə: 
 
XASĠYYƏTNAMƏ 
 
Verilir Məmmədova Sənəm Vaqif qızına. 
Salmanova  Sənəm  Vaqif  qızı  V  sinifdən  bizim  20  saylı 
tam orta məktəbdə oxuyur. Mən onun sinif rəhbəriyəm. Burada 
oxuduğu 5 il ərzində Sənəm özünü çox yaxşı aparmış, bacarıqlı, 
məsuliyyətli şagird kimi tanınmışdır. Qiymətləri dörd və beşdir. 
İntizamlı  tələbədir.  Xarici  dillərə  marağı  güclüdür.  Məktəbin 
divar  qəzetinin  rəssamıdır.  Tənbəl  şagirdlər  haqqında  çəkdiyi 
karikaturalar  hamının  diqqət  və  marağına  səbəb  olmuşdur. 
Olimpiadalarda iştirak edir. 
Xasiyyətnamə  rəsm  dərnəyinə  təqdim  təqdim  etmək 
üçün verilir. 
 
Məktəbin direktoru:   
 
Qadirov V 
Sinif rəhbəri:   
 
 
Hüseynov A 
   
 
 
 
 
 
 
 
 
 
 
 
 
15.01.2012 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
129 
129 
129 
HESABAT  
 
Hesabat  ərəb  sözüdür,  hesab  sözünün  cəmidir, 
görülmüş  işlərin  nəticəsi  haqqında  yazılı  və  ya  şifahi 
şəkildə verilən rəsmi məlumatdır. 
Hesabatda  dəqiq  faktlar,  rəqəmlər  verilir.  Yersiz 
sitatlara,  yorucu  fikirlərə  yer  verilmir.  Hesabatın 
əvvəlində  şəxsin  adı,  soyadı,  atasının  adı  yazılır,  sonda 
imza və tarix qeyd olunur. 
 
Nümunə: 
 
Hazırlıq fakültəsinin tələbəsi Ayxan Sevərin illik  
 
HESABATI 
 
Qrupumuzda üç tələbə var. Onların hamısı Türkiyə-
nin  ayrı-ayrı  bölgələrindən  gəlmişlər.  Bütün  tələbələr 
dərslərə  məsuliyyətlə  yanaşmış,  imtahanlarda  uğurlu 
nəticələr göstərmişlər.   
Tələbələrimizdən  ikisi  –  Əhməd,  Alpər  və  Buşra 
Ağdəmir  riyaziyyat  olimpiadasında  iştirak  etmiş  və  II 
yerə sahib olmuşlar. 
Tez-tez muzeylərə getmiş, təəssüratlarımız haqqında 
inşa  yazılar  yazmışıq.  Tədbirlərdə  iştirak  etmiş,  iclaslar 
keçirmişik. Təhsilimizdən çox razıyıq. 
 
 
   
İmza:   
 
Ayxan S 
   
 
 
 
20.03.2012 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
130 
RƏY 
 
Rəy də ərəb sözüdür, fikir, mülahizə mənasındadır. 
Rəy  bir  insan  haqqında,  kitab,  əsər,  tamaşa,  film  və  s. 
haqqında ola bilər. 
Rəyin  əvvəlində  kimə,  nəyə  verilməsi  göstərilir. 
Səhifənin ortasında  «rəy» sönü  yazılır. Onun altında rəy 
verilən  faktın  müsbət  və  mənfi  cəhətləri  təhlil  olunur, 
tövsiyələr,  təkliflər  qeyd  olunur.  Sonda  səhifənin  aşağı 
sağ  tərəfində  rəyçinin  adı,  soyadı,  imzası  verilir,  daha 
sonra tarix göstərilir. 
 
Nümunə: 
ADU-nun  I  kurs  tələbəsi 
Hüseynova  Bahar  Əli  qızının 
«Rəsul Rzanın yaradıcılığına bir 
baxıĢ» məqaləsinə 
 
RƏY 
 
Hüseynova  Bahar  «Müəllim  sözü»  qəzetində  çap 
olunmaq  üçün  «R.Rra  yaradıcılığına  bir  baxış»  adlı  mə-
qalə  təqdim  etmişdir.  Məqalədə  böyük  şairin  həyatı, 
ictimai-siyasi  fəaliyyəti  haqqında  qısa  məlumat  verilmiş, 
əsərlərindən  nümunələr  göstərilmişdir.  Şairin  80  illik 
yubileyinin keçirildiyi bir vaxtda məqalənin nəşri məqsə-
dəuyğundur. 
 
   
İmza:   
 
 
         V.Aslan 
«Müəllim sözü»  
qəzetinin redaktoru 
                                                          20.XI.2012 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
131 
131 
131 
PROTOKOL 
 
Protokol yunan sözü olub ilk, birinci vərəq və yapış-
dırmaq sözlərindən (protok+kolos) düzəlmişdir. 
Hər hansı bir iclasda, konfransda çıxışları, qərarı əks 
etdirmək üçün (yazılı şəkildə) tərtib edilir. 
Protokol  və  onun  nömrəsi  vərəqin  ortasında  böyük 
hərflə  yazılır.  İclasın  keçirildiyi  təşkilatın  adı  və  yeri 
qeyd olunur. İştirak edənlərin sayı göstərilir, sədr və katib 
seçilir.  Gündəlik  məsələlər  qeyd  olunur.  «Eşidildi» 
sözündən  sonra  müzakirə  edilən  məsələ  qeyd  edilir. 
«Çıxışlar» sözündən sonra isə bir-bir çıxışçıların adı qeyd 
olunur, çıxışlar öz əksini tapır. Sonda sədr və katib imza 
edir. 
 
 
Nümunə: 
 
PROTOKOL №1 
 
2006-cı il aprelin 30-da Gəncə şəhəri 5 saylı məktə-
bin  X  sinif  şagirdlərinin  ümumi  iclası  keçirildi.  İclasda 
25 şagirddən  23-ü və  sinif rəhbəri Ağayev  Vahid  iştirak 
etdi. 
Ġclasın gündəliyi: 
Şagirdlərdən 
Əli 
Məmmədov 
və 
Sevinc 
Qarayevanın Respublika olimpiadasında iştirakı barədə. 
EĢidildi: Məsələ barədə sinif rəhbəri Ağayev Vahid 
ətraflı məlumat verdi. 
ÇıxıĢlar: Şagirdlərdən S.Kərimova, Q.Həsənova və 
İ.Kərimov çıxış edərək uşaqların məsuliyyətlərini, təqdim 
edilmiş bütün suallara ətraflı cavablarını qeyd etdilər. 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə