www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Həcər Hüseynova "Nitqin inkişafına dair praktik məşğələlər"
116
Tufan
Günbatan tərəfdən gurultu ilə gələn qara bulud xa-
tasız deyildi. Çoban Qulam o biri çobanlara xəbərdarlıq
etdi ki, ayıq olsunlar.
Bir azdan ətrafa vahiməli bir qaranlıq çökdü.
Hərdən göydə şimşək çaxırdı. Birdən mərmi kimi
partlayan ildırım yeri titrətdi. Dəhşətli səsdən atlar
kişnəyir, itlər ulayırdılar. Qoyun sürüsünü yerində
saxlamaq mümkün olmurdu. Elə bu vaxt güclü yağış
başladı. Yağış şəlalə kimi tökdükcə dərəni su basırdı.
Ferma
işçiləri bilirdilər ki, belə gecələr çox qorxulu keçir.
Çünki qoyun sürüsü arxacdan çıxsa, selə qərq ola bilər.
Yağış get-gedə şiddətlənirdi. Hamı səhərə qədər ayaq
üstə sürünün keşiyində durdu.
Səhərə yaxın yağış kəsildi. Günəş üfüqdə güləndə
çobanlar sürünü yavaş-yavaş otlağa tərəf sürməyə
başladılar (B.Bayramovdan).
Kəklik
Bahar ağacı çiyninə qoyub fit verə-verə yeriyir,
hərdən dərəyə daş atır, quş axtarırdı. Birdən qabaqdakı
kolluqların arasında onun gözü bir şeyə sataşdı. Diqqətlə
oraya baxdı. Daşın altında çil-çil qanad görünürdü.