Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilə



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə23/48
tarix17.04.2018
ölçüsü2,91 Kb.
#38752
1   ...   19   20   21   22   23   24   25   26   ...   48

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
114 
Səhv küpdədir 
 
Keçmiş  zamanda  bir  kəndli  qazıdan  xahiş  edir  ki, 
ona  bir  arayış  yazsın.  Qazı  deyir:  «Vaxtım  yoxdur,  get 
sonra gələrsən». 
Kəndli naəlac evə qayıdır. Bir azdan ağlına bir fikir 
gəlir. O, bir küpə torpaq doldurub, üstünə də azca yağ qo-
yur və qazının yanına qayıdır. Qazı küpü görüb kəndliyə 
arayış yazır. 
Kəndli  gedəndən  sonra  qazı  bir  qaşıq  yağ  götürüb 
çörəyin  üstünə  yaxmaq  istəyir.  Görür  ki,  qaşığa  yağ 
əvəzinə  torpaq  gəldi.  Qazı  hirslənir  və  tez  küçəyə  qaçıb 
kəndlinin  dalınca  çağırır:  «A  kişi,  dayan!  Arayışı  səhv 
yazmışam,  gətir  düzəldim».  Kəndli  uzaqdan  səsini 
ucaldıb  deyir:  «Qazı  qardaş,  arayışda  səhv  yoxdur,  səhv 
küpdədir». 
 
 
Körpü
 
 
Səlim kəndə çatanda hava qaralmışdı. Dağların üzə-
rində  toplaşan  buludlar  onu  narahat  etməyə  başladı.  O, 
havanın qarışdığını bayaqdan görmüşdü. 
Səlim evə yenicə gəlmişdi ki, birdən-birə göy gurul-
dadı.  İldırım  işığı  ətrafı  bürüdü.  Elə  bil  göy  nərə  çəkir, 
alov püskürürdü. Səlim dəhlizə qaçdı. Göyün hər nöqtə-
sindən  yerə  bir  şəlalə  tökülürdü.  Səlimin  həyəcanı 
getdikcə artmağa başladı. Ona elə gəlirdi ki, hər cığırdan 
bir  çay  axır.  İldırımlar  sanki  onun  beynində  çaxırdı. 
Səlim  gecəni  səhərə  kimi  yata  bilmədi.  O,  verdiyi  vədi 
xatırladıqca  dəhşətə  gəlirdi.  Səlim  bilirdi  ki,  tikintisinə 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
115 
115 
115 
yenicə  başladıqları  körpü  bu  selin  gücünə  tab  gətir-
məyəcək.  
MeĢədə
 
 
Nurəddin  meşədə  iki  saata  qədər  yol  getdikdən 
sonra bir çaya rast gəldi. Uzun bir ağac sınıb körpü kimi 
çayın  üstünə  düşmüşdü.  Nurəddin  bu  ağacın  üstü  ilə 
çayın o biri sahilinə keçmək  istədi.  Lakin ayağı sürüşüb 
çaya düşdü. Bura çayın dərin yerlərindən biri idi. Ağacın 
əyilmiş şaxı Nurəddinin əlinə keçdi. O, bu şaxdan tutub, 
bir  təhər  kənara  çıxdı.  Bir  az  rahat  olduqdan  sonra 
paltarını  soyunub  sıxdı  və  qurutmaq  üçün  günün 
qabağına sərdi. 
Hava  yavaş-yavaş  qaralırdı.  Nuraddin  hələ  də  yolu 
tapa bilməmişdi. Çarəsizlikdən bir ağacın üstünə çıxıb sə-
hərə qədər orada yatmağı qərara aldı.  (S.S.Axundovdan) 
 
 
Göy göl 
 
Min yüz otuz doqquzuncu ildə güclü zəlzələ nəticə-
sində Kəpəz dağı uçmuşdu. Dağın uçması nəticəsində bir 
çox  göllər  əmələ  gəlmişdi.  Bunlardan  ən  böyüyü  Göy 
göldür.  Göy  göl  Gəncə  şəhərinin  qırx  dörd 
kilometrliyindədir.  Bu  göl  dəniz  səviyyəsindən  min  beş 
yüz  yetmiş altı metr hündürlükdə  yerləşir. Orta dərinliyi 
otuz  metr,  ən  dərin  yeri  yüz  metrə  yaxındır.  Suyu təmiz 
və şəffafdır. 
Göy göl dövlət qoruğudur. Göldə xallı balıqlar yaşa-
yır.  Bu  gölün  ətrafını  qalın  fıstıq,  palıd  meşələri  və 
qarışıq meşələr bürümüşdür. Bu meşələrdə porsuq, cüyür, 
dağkeçisi və başqa heyvanlar vardır. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
116 
 
 
 
Tufan
 
 
Günbatan  tərəfdən  gurultu  ilə  gələn  qara  bulud  xa-
tasız  deyildi.  Çoban  Qulam  o  biri  çobanlara  xəbərdarlıq 
etdi ki, ayıq olsunlar. 
Bir  azdan  ətrafa  vahiməli  bir  qaranlıq  çökdü. 
Hərdən  göydə  şimşək  çaxırdı.  Birdən  mərmi  kimi 
partlayan  ildırım  yeri  titrətdi.  Dəhşətli  səsdən  atlar 
kişnəyir,  itlər  ulayırdılar.  Qoyun  sürüsünü  yerində 
saxlamaq  mümkün  olmurdu.  Elə  bu  vaxt  güclü  yağış 
başladı.  Yağış  şəlalə  kimi  tökdükcə  dərəni  su  basırdı. 
Ferma işçiləri bilirdilər ki, belə gecələr çox qorxulu keçir. 
Çünki  qoyun  sürüsü  arxacdan  çıxsa,  selə  qərq  ola  bilər. 
Yağış  get-gedə  şiddətlənirdi.  Hamı  səhərə  qədər  ayaq 
üstə sürünün keşiyində durdu. 
Səhərə  yaxın  yağış  kəsildi.  Günəş  üfüqdə  güləndə 
çobanlar  sürünü  yavaş-yavaş  otlağa  tərəf  sürməyə 
başladılar (B.Bayramovdan). 
 
 
 
 
Kəklik
  
 
Bahar  ağacı  çiyninə  qoyub  fit  verə-verə  yeriyir, 
hərdən  dərəyə  daş  atır,  quş  axtarırdı.  Birdən  qabaqdakı 
kolluqların arasında onun gözü bir şeyə sataşdı. Diqqətlə 
oraya  baxdı.  Daşın  altında  çil-çil  qanad  görünürdü. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
117 
117 
117 
Əyiləndə  kəkliyin  başını  gördü.  Kəklik  tərpənmirdi. 
Bahar yavaşca irəli yeridi. Motal papağını yuvanın ağzına 
basıb  kəkliyi  tutdu.  Quş  dartınıb  əldən  çıxmaq  istədi. 
Bahar onu iki əli ilə qucağına basdı.  Yuvasına baxanda 
boz  və  balaca  yumurtalar  gördü.  Ovuclayıb  cibinə 
doldurdu.  Sevincək  quzuları  qabağına  qatıb  ağzıyuxarı 
yeridi.  Gün  hələ  yenicə  əyilmişdi.  Bahar  quzuların 
dalınca  gedir,  kəkliyin  balaca,  yumşaq,  yaraşıqlı  başını 
tumarlayıdı.  Birdən  ürəyindən  bir  pırıltı  qopdu.  Sanki 
ürəyi köksündən uçub getdi. Bahar  dayandı. Dərəyə sarı 
uçan,  iti  qanadları  ilə  havanı  yarıb  gedən  kəkliyə  baxdı. 
(Mir Cəlal). 
 
 
Günahlar bağıĢlanmır 
 
Üç  yaşlı  Ruslan  və  iki  yaşlı  Səlimə  iki  saata  yaxın 
idi  ki,  səs-səsə  verib  ağlayır,  analarını  istəyirdilər. 
Leytenant  Əliyev  isə  göz  yaşları  ürəyinə  axa-axa 
çarpayıda uzanıqlı vəziyyətdə bu mənzərəni ürəyi ağrıya-
ağrıya seyr edirdi. 
Maşın qəzasından sonra  onun qolu və  ayaqları sın-
mış,  başından  aldığı  kəskin  zərbədən  dili  tutulmuşdu. 
Arvadı  isə  həmin  qəzada  ölmüşdü.  Bu  hadisəyə  qədər 
özünü  güclü  hesab  edən  leytenant  indi  anlayırdı  ki, 
insanın  gücü  ondan  daha  güclü  olan  ixtiyar  sahibinin 
əlindədir.  İxtiyar  sahibi  isə  həmişə  haqqın  tərəfindədir. 
(Vahid Aslan) 
 
 
Səssizlik
 
 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə