Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilə



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə24/48
tarix17.04.2018
ölçüsü2,91 Kb.
#38752
1   ...   20   21   22   23   24   25   26   27   ...   48

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
118 
Həmişə  olduğu  kimi,  bu  gün  də  işdən  yorğun  çıx-
mışdı.  Bir  tərəfdən  də  maaşların  bu  gün  verilməməsi 
kefini  tamam  pozmuşdu.  Deməli,  uşaqlara  meyvə  ala 
bilməyəcəkdi.  Arvadı  iki  aydan  çoxdur,  ərinin  maaş 
alacağını gözləyir ki, özünə təzə ayaqqabı alsın… 
Yolu  parkdan  keçirdi.  Boş  bir  skamyada  oturdu. 
Pariros  götürüb  ağır-ağır  yandırdı…  Gözü  yaxınlıqdakı 
zavoddan  burula-burula  çıxan  qara  tüstü  topasına  ilişdi. 
Beləcə  təmiz  havamızı  da  korlayırlar,  –  deyib  ürəyində 
deyindi. Yan tərəfə baxdı. Tikintisi yarımçıq qalmış bina-
ya  yazığı  gəldi.  Parirosunu  söndürüb  ayağa  qalxdı… 
(Vahid Aslan) 
 
Pis adət 
 
Bu  hekayəni  nağıl  etməmişdən  qabaq  bunu 
istəyirəm  deyəm  ki,  bir  para  uşaqlarda  bir  pis  xasiyyət 
olur  ki,  əllərinə  karandaş  düşən  kimi  başlayırlar  evlərin 
divarlarını  yazmağa.  Bəziləri  kömürlə,  tabaşirlə  də 
yazır…  Eləsi  var  ki,  əlinə  düşən  mismarla,  bıçaqla 
divarları cızıb xarab edir. 
Nədənsə divar  yazan uşaqlarla  mənim aram yoxdu. 
Çünki  əgər  sən  yaxşı  uşaqsan,  məşq  etmək  istəyirsən, 
götür  kağızı,  qələmi,  bir  yerdə  otur  və  nə  qədər  kefin 
istəyir yaz! (C.M) 
 
Ayının hiyləsi 
 
Qasım  əmi  meşənin  içi  ilə  evlərinə  qayıdırdı.  O, 
meşədən kiçik gölün sahilinə çıxmaq istəyəndə qəribə bir 
hadisə ilə rastlaşdı. Böyük bir ayı arxa pəncələri üstündə 
yavaş-yavaş  suya  girirdi.  Qabaq  pəncəsində  bir  çəngə  ot 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
119 
119 
119 
tutmuşdu. O, suyun dərinliyinə girdikdə ot çəngəsini  yu-
xarı  qaldırırdı.  Ayı  özünü  tamam  suya  batırandan  sonra 
ot  çəngəsini  kənara  tullayıb  sürətlə  sudan  çıxdı.  Qasım 
əmi  başa  düşmüşdü  ki,  ayı  bu  oyunu  ilə  bədənindəki 
birələrdən  xilas  olmaq  istəyirmiş.  O,  suya  girdkdə 
bədənindəki  birələr  yuxarı  qalxıb  ot  çəngəsinin  üstünə 
toplaşır, beləliklə ayı canını birələrdən qurtarırmış. 
 
 
Yaz gələndə 
 
Qışla  yaz  vuruşurdu  –  günün  istisi  torpağa  nüfuz 
etsə  də,  yerdən  hələ  də  qışın  soyuq  nəfəsi  kəsilmirdi. 
Amma  günəşin  şüaları  güclənir,  boz  torpağın  üstündə 
yavaş-yavaş  otlar  göyəyir,  qışın  yerə  vurduğu  yaralar 
sağalmağa  başlayırdı.  Hər  tərəf  oyanır,  boz  sərçələrin  
civiltisi artırdı. Dəstə-dəstə uçuşan dolaşalar, mavi dənizi 
andıran tarlalara qara bulud kimi qonur, ellər-obalar cana 
gəlir,  qışın  insafsız  pəncəsindən  qurtulan  mal-qara  ağır-
ağır  yamaclara  qalxır,  orada-burada  naxırçıların  hay-
harayı eşidilirdi. Uzaqlarda kiminsə şikayət dolu bir səslə 
oxuduğu  mahnı  Ayıbasar  kəndi  üzərində  qanad  gərmiş 
kədəri daha da artırırdı. (M.Hüseyn) 
Minarənin kədəri 
 
Bayramdan  məktub  gəldiyini  anasından  eşidən  Minarə-
nin qaş-qabağı yenə də açılmamışdı. Pəri nənə də, Bahadır da 
bunu  aydın  hiss  edirdi.  Onlar  gecə  yatağa  uzanandan  sonra 
qaranlıq  daxmanın  qəmgin  sükutu  içində  Minarənin  tez-tez 
köksünü  ötürməyindən,  dumanlı  şəkildə  olsa  da,  bəzi  şeylər 
duymağa  başlayan  Pəri  nənə,  Bahadırın  yuxuladığını  yəqin 
edib,  qızından  ərinin  kefini-əhvalını  soruşanda,  Minarə  bir 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
120 
xeyli  dinmədi;  anası  səsini  eşitməsin  deyə  hıcqırmamağa 
çalışdı.  Amma bu dəqiqə onun bütün  varlığı  elə bil kədər və 
qüssədən  yoğrulmuşdu.  Ağlamaqdan  gözləri  acışır,  başı 
ağrıyırdı. Dərdini açıb anasına söyləməkdə də çətinlik çəkirdi. 
Pəri nənə isə yorğan-döşəyinə qor dolmuş kimi yerindən o yan 
bu  yana  çevrildi,  qızının  nə  səbəbə  belə  qəmgin  olduğunu 
öyrənməmiş gözünə yuxu getməyəcəyini bilirdi. (M.Hüseyn) 
 
Atalar sözləri 
 
Qəm də, sevinc də əkizdir. Sözü düz olanın özü də 
düz  olar.  Allaha  ağ  olan  ailəsinə  də  ağ  olar.  Qızıl 
palçıqda da parıldar. Sürfədə əlini saxla, məclisdə dilini. 
Toyda  oynamaz,  vayda  ağlamaz.  Qonşuda  bişər,  bizə  də 
düşər.  Sərtlik  olan  yerdə  pərtlik  də  olar,  tərslik  də. 
Dövlətdə  dəvə,  övladda  nəvə.  Kölgədə  bitən  ağacın 
meyvəsi  olmaz.  Özü  yeməz,  özgəyə  də  verməz.  Ev-
eşiyini  sevməyən obasını da sevməz. Armudun yaxşısını 
meşədə ayı yeyər. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
121 
121 
121 
VerilmiĢ mətnlərin davam etdirilməsi  
 
Nümunə  
 
№3.  Ахшамдан  башлайан  эцълц  йаьыш  кясмяк 
билмирди.
 
Тез-тез 
шимшяк 
чахыр, 
илдырым 
ятрафы 
ишыгландырыырды.  Сялим  балаъа  баъылары  иля  пянъяря 
габаьында  отуруб  йаьыша  бахыр,  щяля  ишдян  евя 
дюнмяйян  атасыны  дцшцнцрдц.  Атасы  Мярдан  ями 
дяниздя  „  Нефт  дашларында  ишляйирди.  Нефтчи  иди.  Бу  ъцр 
щавалар дяниз нефтчиляри цчцн чох ялверишсиз вя тящлцкяли 
иди.  Сялимя  хала  ися  ушаглары  горхутмаг  истямяся  дя, 
фикри Мярданын йанында галмышды. Щей Аллаща дуа едир-
ди.  Туфанын  дайанмасыны,  яриндян  бир  хябяр  чыхмасыны 
чох истяйирди. 
Бир нечя саатдан сонра кцляк йаваш-йаваш зяифляди, 
йаьыш  дайанды.  Лакин  аилянин  наращатлыьы  давам  едирди. 
Балаъа Нярэиз анасынын гуъаьында йухуйа эетмишди. Еля 
бу  вахт  телефон  сяслянди.  Сялим  анасынын  цзцня  баха-
баха дястяйи эютцрдц. Дястяйин о бири башындан атасынын 
йорьун сясини ешитди. Севинъдян эюзляриндян йаш ахды. 
 
*** 
 
1. Bir dəfə Adil dostları ilə meşəyə getdi… 
2. Qaranlıq bir qış gecəsi idi… 
3.  Axşamdan  başlayan  güclü  yağış  kəsmək  bilmir-
di… 
4.  Səhər  yuxudan  durub  pəncərədən  baxanda  hər 
tərəf  ağappaq  idi,  lopa-lopa  qar  yağırdı…  Belə  bir 
gündə… 
 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə