www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Həcər Hüseynova "Nitqin inkişafına dair praktik məşğələlər"
118
Həmişə olduğu kimi, bu gün də işdən yorğun çıx-
mışdı. Bir tərəfdən də maaşların bu gün verilməməsi
kefini tamam pozmuşdu. Deməli, uşaqlara meyvə ala
bilməyəcəkdi. Arvadı iki aydan çoxdur, ərinin maaş
alacağını gözləyir ki, özünə təzə ayaqqabı alsın…
Yolu parkdan keçirdi. Boş bir skamyada oturdu.
Pariros götürüb ağır-ağır yandırdı… Gözü yaxınlıqdakı
zavoddan burula-burula çıxan qara tüstü topasına ilişdi.
Beləcə təmiz havamızı da korlayırlar, – deyib ürəyində
deyindi. Yan tərəfə baxdı. Tikintisi yarımçıq qalmış bina-
ya yazığı gəldi. Parirosunu söndürüb ayağa qalxdı…
(Vahid Aslan)
Pis adət
Bu hekayəni nağıl etməmişdən qabaq bunu
istəyirəm deyəm ki, bir para uşaqlarda bir pis xasiyyət
olur ki, əllərinə karandaş düşən kimi başlayırlar evlərin
divarlarını yazmağa. Bəziləri kömürlə, tabaşirlə də
yazır… Eləsi var ki, əlinə düşən mismarla, bıçaqla
divarları cızıb xarab edir.
Nədənsə divar yazan uşaqlarla mənim aram yoxdu.
Çünki əgər sən yaxşı uşaqsan, məşq etmək istəyirsən,
götür kağızı, qələmi, bir yerdə otur və nə qədər kefin
istəyir yaz! (C.M)
Ayının hiyləsi
Qasım əmi meşənin içi ilə evlərinə qayıdırdı. O,
meşədən kiçik gölün sahilinə çıxmaq istəyəndə qəribə bir
hadisə ilə rastlaşdı. Böyük bir ayı arxa pəncələri üstündə
yavaş-yavaş suya girirdi. Qabaq pəncəsində bir çəngə ot
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Həcər Hüseynova "Nitqin inkişafına dair praktik məşğələlər"
119
119
119
tutmuşdu. O, suyun dərinliyinə girdikdə ot çəngəsini yu-
xarı qaldırırdı. Ayı özünü tamam suya batırandan sonra
ot çəngəsini kənara tullayıb sürətlə sudan çıxdı. Qasım
əmi başa düşmüşdü ki, ayı bu oyunu ilə bədənindəki
birələrdən xilas olmaq istəyirmiş. O, suya girdkdə
bədənindəki birələr yuxarı qalxıb ot çəngəsinin üstünə
toplaşır, beləliklə ayı canını birələrdən qurtarırmış.
Yaz gələndə
Qışla yaz vuruşurdu – günün istisi torpağa nüfuz
etsə də, yerdən hələ də qışın soyuq nəfəsi kəsilmirdi.
Amma günəşin şüaları güclənir, boz torpağın üstündə
yavaş-yavaş otlar göyəyir, qışın yerə vurduğu yaralar
sağalmağa başlayırdı. Hər tərəf oyanır, boz sərçələrin
civiltisi artırdı. Dəstə-dəstə uçuşan dolaşalar, mavi dənizi
andıran tarlalara qara bulud kimi qonur, ellər-obalar cana
gəlir, qışın insafsız pəncəsindən qurtulan mal-qara ağır-
ağır yamaclara qalxır, orada-burada naxırçıların hay-
harayı eşidilirdi. Uzaqlarda kiminsə şikayət dolu bir səslə
oxuduğu mahnı Ayıbasar kəndi üzərində qanad gərmiş
kədəri daha da artırırdı. (M.Hüseyn)
Minarənin kədəri
Bayramdan məktub gəldiyini anasından eşidən Minarə-
nin qaş-qabağı yenə də açılmamışdı. Pəri nənə də, Bahadır da
bunu aydın hiss edirdi. Onlar gecə yatağa uzanandan sonra
qaranlıq daxmanın qəmgin sükutu içində Minarənin tez-tez
köksünü ötürməyindən, dumanlı şəkildə olsa da, bəzi şeylər
duymağa başlayan Pəri nənə, Bahadırın yuxuladığını yəqin
edib, qızından ərinin kefini-əhvalını soruşanda, Minarə bir
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Həcər Hüseynova "Nitqin inkişafına dair praktik məşğələlər"
120
xeyli dinmədi; anası səsini eşitməsin deyə hıcqırmamağa
çalışdı. Amma bu dəqiqə onun bütün varlığı elə bil kədər və
qüssədən yoğrulmuşdu. Ağlamaqdan gözləri acışır, başı
ağrıyırdı. Dərdini açıb anasına söyləməkdə də çətinlik çəkirdi.
Pəri nənə isə yorğan-döşəyinə qor dolmuş kimi yerindən o yan
bu yana çevrildi, qızının nə səbəbə belə qəmgin olduğunu
öyrənməmiş gözünə yuxu getməyəcəyini bilirdi. (M.Hüseyn)
Atalar sözləri
Qəm də, sevinc də əkizdir. Sözü düz olanın özü də
düz olar. Allaha ağ olan ailəsinə də ağ olar. Qızıl
palçıqda da parıldar. Sürfədə əlini saxla, məclisdə dilini.
Toyda oynamaz, vayda ağlamaz. Qonşuda bişər, bizə də
düşər. Sərtlik olan yerdə pərtlik də olar, tərslik də.
Dövlətdə dəvə, övladda nəvə. Kölgədə bitən ağacın
meyvəsi olmaz. Özü yeməz, özgəyə də verməz. Ev-
eşiyini sevməyən obasını da sevməz. Armudun yaxşısını
meşədə ayı yeyər.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Həcər Hüseynova "Nitqin inkişafına dair praktik məşğələlər"
121
121
121
VerilmiĢ mətnlərin davam etdirilməsi
Nümunə
№3. Ахшамдан башлайан эцълц йаьыш кясмяк
билмирди.
Тез-тез
шимшяк
чахыр,
илдырым
ятрафы
ишыгландырыырды. Сялим балаъа баъылары иля пянъяря
габаьында отуруб йаьыша бахыр, щяля ишдян евя
дюнмяйян атасыны дцшцнцрдц. Атасы Мярдан ями
дяниздя „ Нефт дашларында ишляйирди. Нефтчи иди. Бу ъцр
щавалар дяниз нефтчиляри цчцн чох ялверишсиз вя тящлцкяли
иди. Сялимя хала ися ушаглары горхутмаг истямяся дя,
фикри Мярданын йанында галмышды. Щей Аллаща дуа едир-
ди. Туфанын дайанмасыны, яриндян бир хябяр чыхмасыны
чох истяйирди.
Бир нечя саатдан сонра кцляк йаваш-йаваш зяифляди,
йаьыш дайанды. Лакин аилянин наращатлыьы давам едирди.
Балаъа Нярэиз анасынын гуъаьында йухуйа эетмишди. Еля
бу вахт телефон сяслянди. Сялим анасынын цзцня баха-
баха дястяйи эютцрдц. Дястяйин о бири башындан атасынын
йорьун сясини ешитди. Севинъдян эюзляриндян йаш ахды.
***
1. Bir dəfə Adil dostları ilə meşəyə getdi…
2. Qaranlıq bir qış gecəsi idi…
3. Axşamdan başlayan güclü yağış kəsmək bilmir-
di…
4. Səhər yuxudan durub pəncərədən baxanda hər
tərəf ağappaq idi, lopa-lopa qar yağırdı… Belə bir
gündə…
Dostları ilə paylaş: |