Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilə



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə27/48
tarix17.04.2018
ölçüsü2,91 Kb.
#38752
1   ...   23   24   25   26   27   28   29   30   ...   48

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
132 
 
 
Qərar: 
1.  Ə.Məmmədov  və  S.Qarayevanın  olimpiadada 
iştirakı barədə hesabat nəzərə alınsın. 
2.  Şagirdlərin  mükafatlandırılması  üçün  məktəb 
direktoru qarşısında məsələ qaldırılsın. 
 
   
Sədr:   
 
 
Ağayev V. 
   
Katib:  
 
 
Şirinov Ş. 
 
 
 
 
MƏKTUB 
 
Məktub  ən  geniş  yayılmış  əməli  yazı  növlərindən 
biridir.  Buna  görə  hər  bir  şagird,  tələbə,  hər  bir  şəxs 
məktub  yazmağı  bacarmalıdır.  Məktublar  adi  və  dövlət 
səviyyəli ola bilir və  özünəməxsus tərtib edilmə  qaydası 
var. 
Məktublar dörd hissədən ibarət olur: 
1.  Müraciət  hissəsi:  burada  məktubun  ünvanlandığı 
şəxsin adı (bəzən soyadı da) göstərilir və görüşmə etiket-
lərinə əməl olunur. 
2.  Ümumi  hissə:  burada  şəxslərin  ümumi  vəziyyəti 
haqqında məlumat verilir. 
3.  Fərqləndirici  hissə:  Bu  hissədə  məktub  yazanın 
əsas fikri öz əksini tapmalıdır. 
4.  Yekunlaşdırıcı  hissə:  Bu  hissədə  məktubu  yazan 
məktubu ünvanladığı şəxslə sağollaşır, məktubun yazılma 
tarixi göstərilir. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
133 
133 
133 
Məktub konvertə qoyulur, dəqiq ünvan göstərilir və 
yola salınır. 
 
Nümunə: 
 
MƏKTUB 
 
Əziz anam! Mən artıq üç aydır ki, Bakıdayam. Tələ-
bə  həyatının  ilk  aylarıdır.  Çox  çalışırıq.  Ən  mühüm 
işimiz  Azərbaycan  dilini  öyrənməkdir.  Darıxmağa  çox 
vaxtımız olmur. Lakin dərslərdən sonra, axşamlar doğma 
Türkiyəm,  doğulduğum  İzmir,  sən,  atam  və  qardaşlarım 
yadıma düşür. Sizləri görməyi çox istərdim. 
Universitetimizdən,  müəllimlərdən  çox  razıyam. 
Dərslərimiz də çox yaxşıdır. Biz bəzən Bakını gəzir, mu-
zeylərə  gedirik.  Bayram  tətilində  sizləri  görmək  üçün 
Türkiyəyə gəlməyi planlaşdırıram.  
 
 
   
 
 
 
 
 
 
 
 
Sizin Mete!   
 
10.03.2012 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
134 
 
 
 
Şeir əzbərləyin, çünki şeir dilinizi düzəldir,  
danışığınızı, nitqinizi gözəlləşdirir. 
 
Həzrəti Məhəmməd Peyğəmbər (s.) 
 
 
 
 
 
ĠFADƏLĠ OXU VƏ  
ƏZBƏR ÜÇÜN MƏTNLƏR 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
135 
135 
135 
AZƏRBAYCAN FOLKLORU 
 
I Bayatılar 
 
Əzizim vətən yaxşı, 
Geyməyə kətan yaxşı. 
Gəzməyə qərib ölkə 
Ölməyə vətən yaxşı. 
 
            ***  
 
Əziziyəm bir də mən, 
Doldur içim bir də mən. 
Ömür keçdi, gün keçdi 
Cavan olmam bir də mən. 
 
            *** 
 
Əzizim, ay incəli, 
Xoş gəldin, ay İncəli. 
Dərdini çəkən ölməz, 
Günbəgün ay incəli. 
 
          ***  
 
Əzizim, bala qaçdı, 
Çeşmindən bala qaçdı. 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
136 
Bulud tikən yuvadan, 
On iki bala qaçdı. 
 
            ***  
 
Əzizim, mən dəlidən, 
Mən Məcnun, mən dəlidən. 
Ay ellər, Leylimə bax
Küsübdür, mən dəlidən. 
 
            ***  
 
Əzizim, gül yanağa, 
Ağ buxaq, gül yanağa. 
Fələk də həsrət qoydu
Yar deyə, gül yanağa. 
 
            ***  
 
Mən aşıq, duran ada, 
Axan su, duran ada. 
Sənə qurban, ay nənə 
Yanında durana da. 
 
            ***  
 
Eləmi, ya saraylar
Ürəyim yaz haraylar. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
137 
137 
137 
Üstümə hücum çəkdi 
Pis günlər, yassar aylar. 
 
            ***  
 
Əzizinəm, qaş-daşı, 
Xançalıyın qaş-daşı. 
Ərəbin üzün görmə 
Taladı, o, qaş-daşı. 
 
            ***  
 
Əzizim, dam arzular, 
El köçüb, dam arzular. 
Dur sallan, sərv qamətlim, 
Qoy baxsın tamarzılar. 
 
            ***  
 
Əzizinəm, yüz dərdim, 
Dərmansızdı yüz dərdim. 
Ərəb gəldi, öc oldu 
Birkən, artdı yüz dərdim. 
 
           
           ***  
 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə