Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilə



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə28/48
tarix17.04.2018
ölçüsü2,91 Kb.
#38752
1   ...   24   25   26   27   28   29   30   31   ...   48

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
138 
Əzizinəm, yar dağı, 
Külüng ilə yar dağı. 
Getməz candan acısı, 
İllaha ki, yar dağı. 
 
            ***  
 
Mən aşiqəm, ay üzünə
Bulud gələr ay üzünə. 
Bivəfa yarıma bax, 
Niqab çəkib ay üzünə. 
 
            ***  
 
Əzizim, bala dağı, 
Bağ dağı, bala dağı. 
Hər dərddən betər olar, 
Anaya bala dağı. 
 
            ***  
 
Əzizim, Kərəm bağlar. 
Qapımı kərəm bağlar. 
Ruzigar belə getsə
Ürəyim vərəm bağlar. 
 
            ***  
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
139 
139 
139 
Əzizim, yolum budur, 
Dərd budur, zülüm budur. 
Mən ağlaram, yad gülər, 
Ölümlü günüm budur. 
 
            ***  
Əziziyəm, al götür. 
Sac üstündən çal götür. 
Bişdi, bişməz olaydı, 
Acı sözdən bal götür. 
 
            ***  
Əziziyəm sev, bəslə, 
Körpə ikən sev, bəslə. 
Evlənsə ayrı olsun, 
Hərdən süfrəyə səslə. 
 
            ***  
Əzizim, bahar olsun
Qış keçsin, bahar olsun. 
Hər evdə, hər ocaqda 
Şam olsun, nahar olsun. 
  
AZƏRBAYCAN ATALAR SÖZLƏRĠ 
 
Vətənə gəldim, imana gəldim. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
140 
Gözsüz yaşamaq olar, vətənsiz yox. 
El igidləri ilə tanınar. 
Eli olmayanın dili də olmaz. 
Birlik harada, dirilik orada. 
Güc birlikdədir. 
Qələm yazanı qılınc poza bilməz. 
Yüz ölç, bir biç. 
İşləməyən dəmir pas atar. 
Haqq söz axan suları saxlar. 
Ağıl yaşda deyil, başdadır. 
Ağıllı düşmən nadan dostdan yaxşıdır. 
Arifə bir işarə kifayətdir. 
Bilməmək eyib deyil, soruşmamaq eyibdir. 
Elmsiz adam meyvəsiz ağac kimidir. 
Sürüdən ayrılan qoyunu qurd yeyər. 
Cahil ilə bal yemə, aqil ilə daş daşı. 
Çıraq dibinə işıq salmaz. 
Tamahkarı yalançı aldadar. 
Dost dar gündə tanınar. 
Yalan ayaq tutar yeriməz. 
Yalançının evi yandı, heç kəs inanmadı. 
Xain xoflu olar. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
141 
141 
141 
Yol böyüyün, su kiçiyindir. 
Böyüksüz evdə xeyir-bərəkət olmaz. 
Uşağı buyur, dalınca yüyür. 
Dost başa baxar, düşmən ayağa. 
Yaman günün ömrü az olar. 
Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yax-
şılıq nər kişinin işidir. 
Yaxşılıq elə at dəryaya, balıq bilməsə də, xaliq bilər. 
Dəmiri nəm çürüdər, insanı qəm. 
Sonrakı peşmançılıq fayda verməz.  
Cəfa çəkməsən, səfa görməzsən. 
İş insanın cövhəridir. 
Artıq tamah baş yarar. 
Acıqlı başda ağıl olmaz. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
142 
ƏFSANƏLƏR
 
 
Koroğlu daĢı 
 
Deyirlər  ki,  Koroğlu  hara  gedir  getsin, Çənlibeldən 
özü  ilə  bir  daş  apararmış.  Yatanda  başının  altına 
qoyarmış. Bu daş Koroğlunun həyanı, vətən daşı, yoldaşı 
olarmış. 
Bundan başqa Koroğlu dəliləri bir yerə göndərəndə 
özü gizlənərmiş, amma harada olduğunu bu daşla bildir-
ərmiş.  Dəlilər  üstü  nişanlı  olan  bu  daşı  yaxşı 
tanıyarmışlar. 
Deyilənə görə, Koroğlu öz dəliləri ilə Zəngəzur dağ-
larına ova çıxır. Hərə bir tərəfə dağılır, hamı bir-birindən 
aralı  düşür.  Koroğlu  dəliləri  bir  yerə  yığmaq  üçün 
Çənlibel  daşını  Zəngəzur  dağının  arasından  keçən  yola 
qoyur. Bunu görən dəlilər bir yerə toplaşırlar. 
Koroğlu  daşı  yerindən  tərpətmir.  Deyir:  –  Qoy  bu 
daş bizdən yadigar qalsın. 
O vaxtdan bu daşa «Koroğlu daşı» deyirlər. 
 
 
Ağca qala 
 
Bu qala Şəkinin Aydın bulaq kəndi yaxınlığındadır. 
Aşağı Daşağıl kəndi isə qalanın gündoğan tərəfindədir. 
Bu möhtəşəm qala Ağca adlı bir qəhrəman qızın si-
farişi ilə tikilibdir. Əfsanəyə görə, Ağca elin gözəl və cə-


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
143 
143 
143 
sur bir qızı olubdur. Yaşlı bir xan qıza aşiq olur. Qız sifa-
riş göndərir: 
– Xan bir dağın başında möhtəşəm bir qala tikdirsin. 
Məni və elin qırx gözəl qızını o qalaya köçürsün, bir neçə 
müddət oxutdursun, ədəb-ərkandan dərs alaq. 
Bu  təklif  xanın  çox  xoşuna  gəlir.  Çay  daşından 
möhkəm  bir  qala  tikdirir.  Ağcanı  və  daha  qırx  qızı  ora 
köçürdür. Molla seçib göndərir ki, bu qızlara dərs desin. 
Xan  çox  zülmkar  adam  imiş.  Xalq  ağır  vergilər 
altında inləyirmiş. Qızların da xana nifrəti varmış. 
Bir  gün  xan  qalaya  gəlir.  Ağca  qala  bürcünə  çıxıb 
deyir: 
–  Xan,  düşmənlərindən  qorunmaq  üçün  bizə  silah 
ver,  qılınc  oynatmaq,  tüfəng  atmaq  öyrət.  Biz  bu  ellərə 
arxa ola bilərik. 
Ağcanın bu təklifi də xanın xoşuna gəlir. 
Qızlar bir müddət silahları necə işlətməyi öyrənirlər. 
Axırda qırx cariyə də başında Ağca üsyana başlayır. 
Xanın  qarşısında  tələb  qoyur  ki,  kəndlilərin  vergisini 
azalt, qızlara isə bu qalada tam azadlıq ver. Xan bununla 
razılaşmır.  Qoşun  çəkib  qalaya  hücum  edir.  Qırx  qız  və 
Ağca  mərdliklə vuruşurlar. Qala bürcləri dağıdılır. Ağca 
və qırx qız xanın adamları tərəfindən edam edilir. 
Qala  da  qəhrəman  qızın  –  Ağcanın  adı  ilə  «Ağca 
qala» adlanır. 
 
 
 
 
 
Bülbül və gül 
 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə