Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilə



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə33/48
tarix17.04.2018
ölçüsü2,91 Kb.
#38752
1   ...   29   30   31   32   33   34   35   36   ...   48

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
161 
161 
161 
Et, ancaq özünə, adına nisbət». 
Xeyir bu nöqtəni eyləyincə yad, 
Tez onu ölümdən eylədi azad. 
Elə ki, qılıncdan Şər azad oldu, 
Uçdu yol uzunu, qəlbi şad oldu. 
Qəzəbli kürd isə dalınca getdi, 
Vurdu qılınc ilə tez həlak etdi. 
Xeyir düşündüsə xeyirli işlər, 
«Şərsən, - dedi, - çıxar qabağına şər». 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
162 
YUNUS ƏMRƏ  
(1228-1320) 
 
Yunus  Əmrə  Porsuq  ça-
yının  Sakarya  çayına  töküldüyü 
yerdə  –  Sərfi  kəndində  1238-ci 
ildə doğulmuşdur. Mədrəsə  təh-
sili  görmüş,  Tapdıq  Əmrə  adın-
da  şeyxə  şəyirdlik  etmişdir. 
 Mövlana  Cəlaləddin  Ruminin 
 məclislərinin  iştirakçısı  olmuşdur. Anadolunun bir  çox 
kəndlərini  gəzmiş, Azərbaycana və Şama da  səfər  etmiş-
dir.  Yunus  Əmrə  Qax  rayonunun  Oncallı  kəndindəki 
oğuz  qəbiristanlığında  dəfn  olunmuşdur.  Hər  il  may 
ayında 
Türkiyənin 
ən 
gözəl 
şəhərlərindən 
olan Əskişəhərdə Yunus Əmrə günləri keçirilir. 
Yunus Əmrənin özü və yaradıcılığı haqqında bir çox 
əsərlər  yazılıb.  Bunlardan  "Yunus  Əmrə,  Həyatı,  sənəti 
və  şerləri"  (Əbdülbakı  Cəlpinarlı,  1952-ci  il)  "Yunus 
Əmrə  və  Tasavvur"  (Əbdülbakı  Cəlpinarlı,  1961-ci  il), 
"Dərdli  dolab  və  Yunus  Əmrənin  həyat  hekayəsi" 
(Nəzihə  Araz,  1961-ci  il),  "Anadolunun  iç  aydınlığı, 
Yunus  Əmrə"  (Köyxan  Övliya  oğlu,  1963)  və  s.  adını 
qeyd etmək olar. 
Türk şairi Yunis Əmrə 1320-ci ildə vəfat etmişdir. 
 
 
 
 
 
SALAM OLSUN 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
163 
163 
163 
Biz dünyadan gedər olduq 
Qalanlara səlam olsun. 
Bizim üçün xeyir-dua 
Qılanlara səlam olsun. 
 
Əcəl bükə belimizi 
Söylətməyə dilimizi 
Xəstə ikən halımızı 
Soranlara səlam olsun. 
 
Tənim ortaya açıla 
Yaxasız kömlək biçilə 
Bizi bir asan vəch ilə 
Yuyanlara səlam olsun. 
 
Kimsə durmaz qəsdimizə 
Gedər olduq dostumuza 
Namaz üçün üstümüzə 
Duranlara səlam olsun. 
 
Bu qaydadı, gələn gedər
Əcəl ki var bizi güdər. 
Bizim halımızdan xəbər 
Soranlara salam olsun! 
 
Dərviş Yunus söylər sözü 
Yaş dolmuşdur iki gözü 
Bilməyən nə bilsin bizi 
Bilənlərə səlam olsun. 
 
 
ĠMADƏDDĠN NƏSĠMĠ 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
164 
(1369-1417) 
 
Anadilli  poeziyamızda 
fəlsəfi-lirik şeirin banisi, hü-
rufiliyin ilk mücahidlərindən 
biri olmuşdur. 
Nəsimi  1369-cu  ildə 
Şamaxıda  doğulmuş,  mü-
kəmməl  mədrəsə  təhsili  al-
mış, dini və dünyəvi elmləri, 
Yaxın və Orta Şərq poeziya-
sını dərindən öyrənmişdir. 
Hürufiliyi  təbliğ  etdiyi-
nə görə doğma vətənində təqib edilmiş, Türkiyəyə – Ana-
doluya, sonra isə Hələbə getmiş və 1417-ci ildə Hələbdə 
edam edilmişdir. 
 
 
                                 AYRILIR  
 
Ey müsəlmanlar, məndən ol, yari-pünhan ayrılır, 
Ağlamayım neyləyim, çün gövdədən can ayrılır. 
 
Ey sənəm, hicran əlində naleyi-zar eylərəm, 
Gözlərimdən sanasan dəryayi-ümman ayrılır. 
 
Ol səbəbdəndir ki, mən bimarü rəncur olmuşam, 
Xəstə könlüm məlhəmi şol dərdə dərman ayrılır. 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
165 
165 
165 
Rəngi-çöhrəm zərd olubdur, qamətim həm çün hilal, 
Ol günəş üzlü həbibim, ləli xəndan ayrılır. 
 
Taqətim, səbrim tükəndi, yarsız mən neylərəm? 
Əqlimi şeyda qılan ol çeşmi fəttan ayrılır. 
 
Məhşəri-yovmül-hesab qopdu qiyamət başıma, 
Ey Yusif surətli, məndən piri-Kənan ayrılır. 
 
Ey cigərsuz nari-firqətdən Nəsimi çarə nə? 
Hər kimə "nəhnü qəsəmna" çün əzəldən ayrılır. 
 
 
 
MƏNDƏ SIĞAR ĠKĠ CAHAN 
 
Məndə sığar iki cahan, mən bu cahanə sığmazam, 
Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam. 
 
Ərşlə fərşu kafü nun məndə bulundu cümlə çün, 
Kəs sözunü və əbsəm ol, şərhu bəyanə sığmazam. 
 
Kövnü məkandır ayətim, zati dürür bidayətim
Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam. 
 
Kimsə gümanə zənn ilə olmadı həqq ilə biliş, 
Həqqi bilən bilir ki mən, zənnü gümanə sığmazam. 
 
Surətə baxu mənini surət içində tanı kim, 
Cism ilə can mənəm, vəli cism ilə canə sığmazam. 
 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə