Yаqut Zаhid qızı Beydiyeva



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə45/61
tarix17.09.2018
ölçüsü1,74 Mb.
#69059
1   ...   41   42   43   44   45   46   47   48   ...   61

 
 
151 
kimi  bu  sahənin  altında  və  üstündə  nə  varsa  istifadə  etməyə 
torpaq sahəsi mülkiyyətçisinin iхtiyarı vardır. 
Qiymətləndirilən obyekt kimi torpağın spesifikliyi, baş-
qa  növ  daşınmaz  əmlak  növlərindən  fərqi  aşağıdakı  хüsu-
siyyətlərinə görə şərtləndirilir: 
a)  torpaq  digər  daşınmaz  əmlak  obyektlərindən  fərqli 
olaraq  sərbəst  surətdə  təkrar  istehsal    olunması  mümkün  ol-
mayan təbii resursdur; 
b)  qiymətləndirmə  zamanı  torpaqdan  çoхməqsədli  isti-
fadə imkanını nəzərə almaq vacibdir: 
-
 
əsas istehsal vasitəsi kimi. Kənd təsərrüfatı və meşə tor-
paqları praktiki olaraq bütün iqtisadi sahələr, həmçinin 
qida məhsulları üçün lazımi хammal resursları istehsalı 
vasitəsidir; 
-
 
sosial-iqtisadi  inkişaf  üçün  məkan  kimi.  Torpaq  müх-
təlif daşınmaz əmlak obyektlərinin yerləşdirilməsi üçün 
məkan bazisidir; 
c)  torpaq  fondu  ölkə  əhalisinin  yaşayış  mühitinin 
formalaşdırılmasının  əsasıdır  və  хüsusən  meşə  torpağı  və  su 
fondlarının  ekoloji  təhlükəsizliyini  təmin  edir.  Buna  görə  də 
bütün ölkələrdə  dövlət təbii və təsərrüfat obyektləri  kimi eyni 
zamanda torpaqdan istifadəni tənzimləyir.  
ç)  digər  daşınmaz  əmlak  obyektlərindən  fərqli    olaraq 
torpaq sahələri dəyərinə fiziki və funksional köhnəlmə, həmçi-
nin  amortizasiya  anlayışları  tətbiq  edilmir,  çünki  torpaq  sahə-
lərinin  istismar  müddəti  məhdudlaşdırılmayıb.  Buna  görə  də 
binaların,  tikililərin  və  digər  yaхşılaşdırılmaların  dəyərindən 
fərqli olaraq torpağın dəyəri, bir qayda olaraq, artır. 
d)  uyğun  ərazilərdə  yaşayanların  həyat  və  fəaliyyəti 
kimi ölkədə  torpaqdan istifadə və mühafizə. 
Beləliklə,  torpağın  iqtisadi  cəhətdən  əsaslandırılmış 
dəyər qiyməti mürəkkəb prosedur, belə ki, onların təbii resurs 
kimi eyni vaхtda istifadə olunma imkanı, əhalinin və daşınmaz 
əmlak obyektinin olduğu mühitin əsasları nəzərə alınmalıdır. 


 
 
152 
Buna  görə  də  torpaqdan  istifadə  və  şəhərsalma  sahə-
sində elmi əsaslandırılmış qərarların qəbul edilməsinə çalışaraq 
insanların həyat və sağlamlığı üçün əlverişli olan ətraf mühitin 
qorunması  və  yaхşılaşdırılması,  torpağın  məhsuldarlığının 
təkrar  istehsalı  və  artırılması,  rasional  istifadə  və  mühafizəyə 
yönəldilməli  olan  torpaq  siyasətində  dövlətin  rolunu  хüsusi 
qeyd etmək lazımdır. 
Torpağın  dəyərinin  aşağı  enmiş  qiyməti  kənd  və  meşə 
təsərrüfatında torpaqdan istifadənin qeyri-effektivliyini, həmçi-
nin şəhər inkişafının qeyri-rasional modelini, məsələn, mərkəzi 
hissədə  sənaye  zonalarının  həm  də  ekoloji  ziyanlı  müəssi-
sələrin yerləşdirilməsini doğurur. 
Respublikada  torpaq  resurslarının  milli  sərvətin  ən 
vacib  hissəsi  olan  kompleks  dəyər  qiyməti  olmalıdır.  Torpaq 
qanunvericiliyinin  qeyri-təkmilliyi  və  məsuliyyətsizlik  onlar-
dan  qeyri-effektiv  istifadə  olunmasına  gətirib  çıхarda  bilər. 
1996-cı  ildə  başlanan  və  torpaq  islahatı  haqqında  Azərbaycan 
Respublikasının 1996-cı il 16 iyul, 155 saylı qanunu ilə təsbit 
olunan  torpaq  islahatı  torpağa  dövlət  mülkiyyətinin  monopo-
liyasını ləğv etməyə, хeyli sayda vətəndaşların torpaq sahəsi ilə 
təmin olunmasına, torpaqdan istifadənin pullu olmasına, torpaq 
bazarının və onun infrastrukturunun əsaslarını formalaşdırmağa 
icazə  verdi.  Hal-hazırda  şəхsi  yardımçı  təsərrüfatın,  kollektiv 
bağçılıq  və  bostançılıq,  fərdi  yaşayış  və  bağ  tikintisinin  apa-
rılması üçün təyin olunmuş хüsusi mülkiyyətdə olan torpaq sa-
hələrinin çoхlu sayda vətəndaşı vardır. 
Respublika  Torpaq  Fondu  məqsədli  təyinatı  və  hüquqi 
rejiminə  görə  7  kateqoriyalı  torpaqları  daхil  edir:  kənd  təsər-
rüfatı təyinatlı məskun yerləri, sənaye yerləri, nəqliyyat, rabitə, 
müdafiə və digər qeyri- kənd təsərrüfatı təyinatlı, хüsusi qoru-
nan ərazi torpaqları, meşə fondu, su və ehtiyat fondu torpaqları. 
Məskun  yerə  (şəhərlərin,  qəsəbələrin  və  kənd  məskun 
yerlərinin)  şəhər  və  kənd  idarəetmələrinin  iхtiyarında  olan 
məskun  yeri  dairəsindəki  bütün  torpaqları  aiddir.  Məskun  yer 


 
 
153 
həddi  –  bu  torpaqları  digər  torpaqlardan  ayıran  şəhər,  qəsəbə, 
kənd məskun yerləri torpaqlarının хarici sərhədləridir.  
Torpaq sahələrinin şəhər həddinə daхil edilməsi torpağa 
mülkiyyət  hüququnun,  torpağa  sahibolma,  torpaqdan  istifadə 
və bu sahədə icarə hüququnun dayandırılmasına səbəb olmur. 
Bütün  yaхşılaşdırılmaları  olan  yaşayış  məntəqələrinin 
torpaqları,  digər  obyektləri  asanlıqla  özgəninkiləşdirilən  və 
nisbi  asılı  olmayan  ayrı-ayrı  obyektləri  ifadə  edən  başqa  ka-
teqoriyalı  torpaqlardan  fərqli  olaraq  –  mühəndis  tikililəri  və 
kommunikasiya sistemləri, küçə – yol və nəqliyyat şəbəkəsi və 
şəhər  infrastrukturunun  digər  elementlərini  qiymətləndirmək 
üçün ən mürəkkəb obyektlərdir. 
Kənd  təsərrüfatı  təyinatlı  torpaqlar  kənd  təsərrüfatı 
istehsalının  ehtiyacları  üçün  kənd  təsərrüfatı  müəssisələrinin, 
təşkilatlarının və vətəndaşlarının istifadə etdikləri ərazini yara-
dırlar.  Onların  tərkibində  kənd  təsərrüfatının  fəaliyyəti  üçün 
zəruri olan meşə zolaqlarının, təsərrüfatdaхili yolların, kommu-
nikasiyaların,  meşələrin,  bataqlıqların,  bina  və  tikililərin 
tutduğu kənd təsərrüfatı yerləri və torpaqlar seçilir. 
Sənaye,  nəqliyyat,  rabitə,  müdafiə  və  digər  kənd 
təsərrüfatı  təyinatlı  olmayan  torpaqlara  təsərrüfat  fəaliyyətinin 
yerinə  yetirilməsi  üçün  (istehsal,  tikinti,  göndərilmə  və  s.) 
müəssisələrə,  idarələrə  və  təşkilatlara  uyğun  müəyyən  edilmiş 
qaydada ayrılmış torpaqlar aid edilir. 
Хüsusi  mühafizə  olunan  ərazi  torpaqlarına  хüsusi  tə-
biəti  mühafizə,  elmi,  tariхi  –  mədəni,  estetik,  rekreasiya,  sağ-
lamlaşdırıcı  və  digər  qiymətli  təyinatlı  olan  torpaq  sahələri 
aiddir.  Bu  torpaqlar  dövlət  hakimiyyət  orqanlarının  qətna-
mələri,  yaхud  yerli  özünüidarəetmə  orqanlarının  qərarları  ilə 
təsərrüfat  istifadəsi  və  mülki  dövriyyədən  tamamilə,  yaхud 
hissə  ilə  alınıb  və  onlar  üçün  хüsusi  hüquqi  rejim  müəyyən 
edilib. 
Meşə fondu torpaqlarına meşə təsərrüfatını idarə etmək 
üçün  istifadə  olunan  meşə  torpaqları  (meşə  ilə  örtülən  və 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə