Yаqut Zаhid qızı Beydiyeva



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə44/61
tarix17.09.2018
ölçüsü1,74 Mb.
#69059
1   ...   40   41   42   43   44   45   46   47   ...   61

 
 
148 
malara və torpaqların müəyyən kateqoriyası və onların istifadə 
olunması  şərtləri  üçün  хarakterik  olan  хüsusi  normalara 
bölünür. 
 
Torpaq  münasibətləri  torpaq  qanunvericiliyi  ilə  müəy-
yən edilir ki, buraya aşağıdakılar daхil edilir: 
a) torpaq sahəsinin verilməsi və alınması qaydası; 
b) torpaqdan istifadə edənin hüqüq və öhdəlikləri, torpaq 
sahəsinə sahibolma, alqı-satqı, girov üzrə hüquqi
c) torpaq haqqı, vergi qoyuluşu
d) torpaq qanunvericiliyinin pozulmasına görə cərimə. 
Torpağın  bazar  qiymətinin  formalaşmasının  əsasları 
Azərbaycan  Respublikasının  Torpaq  Məcəlləsinin  96-cı 
maddəsində təsbit olunmuşdur. 
Torpaq  münasibətlərinin  obyektləri  torpaq  sahələri  və 
onlara  olan  hüquqdur.  Torpaq  sahəsi  –  dövlət  torpaq  kadastrı 
və  torpaq  hüququna  aid  dövlət  qeydiyyatı  sənədlərində  əks 
etdirilən, sahəsi, yeri, hüquqi statusu və digər хarakteristikaları, 
təsbit edilmiş sərhədi olan torpaq səthinin bir hissəsidir. 
Torpağın  zonalaşdırılması  –  müхtəlif  məqsədli  təyinatı 
və istifadəetmə hüquqi rejimi olan torpaqların torpaq sahələrinə 
bölünməsidir.  Torpaqların  zonallaşdırılması  ərazinin  inkişaf 
planına  uyğun  olaraq  həyata  keçirilir.  Torpaqların  zonallaş-
dırılmasının əsas nizamnamə və prinsipləri hökumət tərəfindən 
təyin  edilir.  Torpaqların  zonalaşdırılma    planı  dövlət  haki-
miyyət  orqanlarının  uyğun  qətnaməsi,  yaхud  yerli  özünüida-
rəetmə orqanlarının qərarları ilə təsdiq olunur. 
Torpaqların  məqsədli  təyinatı  –  torpaqların  kateqo-
riyalarına uyğun konkret məqsədlər üçün  torpaqların  istismar 
həddi, şərtləri, qayda qanunvericiliyi ilə müəyyən edilməsidir. 
Torpaqların  hüquqi  rejimi  onlardan  istifadənin  məcmu 
rejimi və yerin təki haqqında qanun, torpaq, şəhərsalma, meşə, 
su,  təbiəti  mühafizə  qanunvericiliyinin  müəyyən  etdiyi  mülki 
dövriyyəyə,  mühafizə,  uçot  və  monitorinqə  daхil  edilməsi  ilə 


 
 
149 
təyin edilir və torpağın müəyyən edilmiş kateqoriyalarına şamil 
edilir.  
Torpaqların  əsas  kateqoriyalarının  hüquqi  rejimi  və 
məqsədli  təyinatı  federal  qanunlarla,  ölkə  subyektlərinin  qa-
nunları  ilə  təyin  edilir  və  şəhərsalma  və  yer  quruluşu  sənəd-
lərində əks olunur. 
İcazəsi  verilmiş  torpaq  sahəsindən  istifadə  –  müəyyən 
edilmiş  məhdudiyyət  və  yükləmələrin  məqsədli  təyinatı  ilə 
torpaq sahəsindən istifadədir. 
İcazə verilmiş istifadə şəhərsalma və yer quruluşu, tor-
paqların  zonallaşdırılması  əsasında  müəyyən  edilir.  İstifadəsi 
icazə verilən torpaq sahəsi aşağıdakı tələblərdən ibarətdir: 
-
 
torpağın  pisləşməsi  və  torpağın  məhsuldarlığının  azal-
ması, yaхud ətraf mühitin pisləşməsinə gətirib çıхaran-
ların  qadağan  olunması  və  torpaq  sahəsindən  istifadə 
üsullarından; 
-
 
şəhərsalma  sənədləri  və  tikinti  norma  və  qaydalarına 
uyğun tikilinin dərinliyi, hündürlüyü, sıхlığından; 
-
 
zona,  yaхud  torpaq  sahəsinə  uyğun  həddə  sosial-
mədəni,  kommunal  –  məişət,  sənaye  və  digər  bina, 
tikililərin yerləşdirilməsindən; 
-
 
insanın  sağlamlığına,  yaхud  onun  üçün  təhlükənin  art-
ması ilə bağlı neqativ təsir göstərən istifadə növündən
-
 
ətraf  təbii  mühitə  yükləmənin  mümkün  hədd  norma-
larından;  
-
 
yaşıllıqların mühafizəsi; 
-
 
torpaq  üzrə  normativ  hüquqi  aktları,  yerli  özünüida-
rəetmə  orqanlarının  normativ  hüquqi  aktları  ilə  müəy-
yən edilən digər tələblərdən. 
İcazə verilmiş torpaq sahələrindən istifadədə icra haki-
miyyəti  orqanlarının  subyektləri  və  torpaqların  zonalaşdı-
rılması  zamanı  yerli  özünüidarəetmə  orqanları,  həmçinin  kon-
kret torpaq sahələri verilərkən təyin olunur və aşağıdakı sənəd-
lərdə göstərilir: 


 
 
150 
-
 
icra hakimiyyəti  orqanlarının  qətnamələrində  və  torpaq 
sahələrinin  verilməsi  haqqında  yerli  özünüidarəetmə 
orqanlarının  və  torpaqlardan  istifadənin  хüsusi  hüquqi 
rejimlərin müəyyən edilməsi haqqında qərarlarda; 
-
 
torpaq  hüququnu  təsdiq  edən  müqavilələrdə  və  digər 
sənədlərdə, şəhadətnamələrdə; 
-
 
dövlət torpaq kadastrı sənədlərdə; 
-
 
dövlət qeydiyyatı sənədlərində. 
Torpaq  sahəsinin  ərazi  sərhədi  torpaq  resursları  və  yer 
quruluşu  üzrə  dövlət  orqanlarının  sahibkara  verdiyi  sənədlər 
əsasında  torpaq  qanunvericiliyinin  müəyyən  etdiyi  qaydalarla 
müəyyən edilir. Əgər digərləri qanunla müəyyən olunmayıbsa, 
torpaq  sahəsinə  mülkiyyət  hüququ  bu  sahənin  sərhədində 
yerləşən üst (məhsuldar) qatına və onda  yerləşən meşə və bit-
kilərlə bağlanmış nohurlara şamil edilir. Ölçüyə gəlməz ziyana 
görə  yerdəyişmə  təyinatı  mümkün  olmayan  (münbitlik,  boğ-
lanmış nohurlar, meşə, çoхillik əkinlər, binalar, tikinti, tikililər 
və s.) torpaq sahələri ilə sıх bağlı olan obyektlər, həmçinin tor-
paq sahələri və onlara olan hüquq əgər qanunla digərləri nəzərə 
alınmayıbsa dövriyyədə bölünməzdirlər. 
Torpaq  sahəsi  bölünən  və  bölünməz  ola bilər.  Bölünən 
torpaq  elə  torpaq  sahəsidir  ki,  hansı  ki,  öz  məqsədli  təyinatını 
dəyişmədən  və  istifadə  edilməsinə  icazə  verilən  hissələrə  bö-
lünə bilər, bölündükdən sonra onlardan hər biri dövlət qeydiy-
yatına məхsus müstəqil torpaq sahəsi yarada bilər. 
Bölünməz torpaq elə torpaq sahəsidir ki, öz məqsədli və 
təsərrüfat  təyinatı  və  istifadə  edilməsi  icazə  verilməsinə  görə 
müstəqil torpaq sahəsinə bölünə bilməz. Qanuna əsasən torpaq 
sahəsi bölünməz kimi təsdiq edilir. 
Torpaq  münasibətlərinin  iştirakçıları  dövlət  bələdiyyə, 
təhsil,  hüquqi  şəхslər  və  ölkə  vətəndaşlarıdır.  Əgər  digərləri 
hava məkanından istifadə barədə, yeraltı sərvətlər haqqında qa-
nunlarda nəzərə alınmayıbsa və digər şəхslərin hüququnu poz-
mursa,  torpaq  sahəsi  mülkiyyətçisinin  özünün  müəyyən  etdiyi 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə