113
hüm məsələlərdən biri də məhz Aristotel poetikasının
orta əsr Şərq poetikalarına təsiri məsələsidir. Problemin
əvvəlki tədqiqatçıları demək olar ki, eyni mövqelərdə da-
yanırlar. Onlar mahiyyətcə məsələnin bir tərəfini nəzər-
də tutaraq – Aristotel və Şərq poetikalarının tam müstə-
qilliyi və qeyri-asılılığı ideyasını ön plana çəkirlər”
29
. Mü-
əllif bu alimlərə misal kimi Kraçkovskinin fikirlərini gös-
tərir. Lakin A. Aslanov bu alimlərin fikirlərini rədd etmə-
dən, məsələyə öz nöqteyi-nəzərini ifadə edir: “Bizcə,
Aristotel və şərq poetikalarının, Aristotel və Şərq esteti-
kasının əlaqə və münasibəti məsələsini digər müxtəlif
materiallar üzrə öyrənilməsini davam etdirmək, şübhə-
siz ki, əhəmiyyətsiz olmazdı”
30
. Müəllif üç mühüm məsə-
ləni aydınlaşdırmaq üçün bu sahədə tədqiqatları davam
etməyin zəruriliyini bildirir: 1) Hər iki poetika arasında
oxşar məqamların nədən ibarət olduğunu aydınlaşdır-
maq; 2) Orta əsr şərq xalqları poetikalarına Aristotel
“Poetika”sının təsir dairəsini müəyyənləşdirmək; 3) Şərq
və Yunan estetikasının (Demokrit, Platon, Aristotel) mü-
qayisəli təhlili əsasında şərqin daha qədim estetik ideya-
larının dəyişikliyə uğramasını göstərmək. Daha sonra A.
Aslanov göstərilən hər üç problemə aid öz araşdırmaları-
nı təqdim edir. 1-ci məsələ ilə əlaqədar Fərabinin musiqi
haqqında, onun təmizləyici, “tibbi-müalicə əhəmiyyəti”
haqqında yazdığı fikirlərin Aristoteldə musiqi haqqında
söylənilən fikirlərə oxşarlığı göstərilir. 2-ci məsələ ilə
29
Aristotel. Poeziya sənəti haqqında. B., 1974, səh. 76
30
Yenə orda, səh. 78
114
əlaqədar Nizaminin bədii söz haqqında fikirlərinə, İbn
Düreyd və İbn Xəldunun poeziya haqqında nəzəriyyələri-
nə Aristotel “Portika”sının müvafiq yerlərinin təsir gös-
tərdiyi bildirilir.
Nəhayət, məqalənin ən maraqlı hissəsi fikrimizcə
müəllifin 3-cü məsələ ilə əlaqədar apardığı araşdırmalar-
la bağlı gəldiyi nəticələrdir. “İndiyədək tədqiq olunma-
mış məsələlərdən biri Şərqin daha qədim estetik ideyala-
rının Aristotel poetikasına bəzi zənn edilən təsiri məsələ-
sidir”
31
. Bu məsələ həqiqətən çox az tədqiq olunmuş
(bəlkə də heç tədqiq olunmamış) sahədir və Azərbaycan
filologiyası bu məsələnin araşdırılması yükünü öz üzəri-
nə götürsə, bütövlükdə klassik filologiyada irəliyə doğru
böyük addım atmış olar. Bu sahədə mövcud olan çox say-
da problemlərdən üçünü A. Aslanov hələ 1972-ci ildə
qeyd edirdi: 1) Aristotelin ədəbiyyat nəzəriyyəsi və este-
tikaya dair yazdığı bir çox əsərlərinin dövrümüzə gəlib
çatmaması; 2) yunan müəlliflərinin və o cümlədən Aris-
totelin bizə gəlib çatmış əsərlərinin natamam olması; 3)
Qədim Şərqin ən erkən fəlsəfi-ədəbi abidələrindən olan
“Avesta”nın bu günədək kifayət qədər öyrənilməməsi.
Hazırda, XXI əsrin əvvəllərində bu problemlər bir
qədər də artmışdır: 1) Yüksək ixtisaslı filoloqların qıtlığı;
2) Şərq və Qərb dillərinə yiyələnmə və Qədim Şərq, Qərb
ədəbi abidələrini birbaşa orijinaldan oxunmasında
problemlər və s. Lakin problemlər nə qədər çox olursa-
31
Aristotel. Poeziya sənəti haqqında. B., 1974, səh. 79
115
olsun biz onları sadalamaqla qalmamalı, mümkün olan
araşdırmalara başlamalıyıq. Belə araşdırmanın ən gözəl
nümunəsini A. Aslanov öz məqaləsində vermişdir. O,
“təmizlənmə” – katarsis kateqoriyasının “Avesta”da çox
mühüm mövqeyə malik olmasını göstərir. “Məlumdur ki,
“təmizlik və təmizlənmə” kateqoriyası “Avesta”nın es-
tetik prinsiplərində mühüm yer tutur... Zərdüştiliyin
əxlaqi triadası üç şeyin – fikrin, danışığın və əməlin
paklığını, təmizliyini nəzərdə tutur... Demokrit öz
estetikasında Avestanın həmin triadasını eynilə təkrar
edərək, üç şeyə əməl etməyi: yaxşı düşünmək, yaxşı
danışmaq, yaxşı iş görməyi öyrədir”
32
. Fikrimizcə, A.
Aslanovun 70-ci illərdə başladığı araşdırmalar davam
etdirilməli, bu sahədə daha dərin tədqiqatlar aparılmalı,
işə daha böyük material cəlb olunmalıdır.
***
1986-cı ildə “Dünya ədəbiyyatı kitabxanası” seriyası
ilə Homerin “İlliada” və “Odisseya” poemaları ilk dəfə
Azərbaycan dilində kitab halında nəşr edildi. Bu seriya
üçün Azərbaycanın görkəmli ədibləri və filoloqlarından
ibarət Redaksiya heyəti seçilmiş, onun üzvlərindən biri
olan Ə. Ağayevin “Homer və onun dastanları” məqaləsi
də kitaba daxil edilmişdi. Məqalə “ön söz” tiplidir və
Homer, onun poemaları haqqında məlumatverici
xarakter daşıyır. Yazının bu keyfiyyəti ümumiyyətlə ön
32
Aristotel. Poeziya sənəti haqqında. B., 1974, səh 81
116
sözlərə xasdır və burada hər hansı nöqsan axtarmaq
doğru olmazdı. Biz daha çox kitabın Azərbaycan oxucusu
üçün nə dərəcədə əhəmiyyətli olmasını qeyd etmək
istərdik. Belə ki, inkişaf etmiş xalqların ədəb-mədəni
həyatında Homer poemalarının nəşri bir qayda olaraq
böyük mədəni hadisəyə çevrilir. Məsələn, XIX əsrin
birinci yarısında Rusiyada Qnediçin tərcüməsində
Homer poemalarının nəşrini xatırlamaq olar. O dövrdə
az qala bütün Rusiya mədəniyyət aləmi ayağa qalxıb
Homerə və poemaları rus dilinin “gözəl libası”nda təq-
dim edən Qnediçə baş əymişdi. Antik dünya ilə, filologiya
ilə, ədəbiyyatla az-çox bağlılığı olan hər bir rus bu nəşr
haqqında fikirlərini bildirməyi özünə borc hesab edirdi.
Burada təəccüblü heç nə yox idi. Özünü mədəni hesab
edən hər hansı ölkədə Homerə və onun poemalarına
bundan başqa münasibət gözləmək mümkün deyil. Bu
poemalar düşünməyi və yaşamağı sevən hər insan üçün
böyük həyat, bitib-tükənməz zövq mənbəyidir. Homer
poemaları klassik filologiya ilə məşğul olanlar üçün
yalnız tədqiqat obyekti olmaqla qalmır. Onlar bütün
zamanlarda və elmin bütün sahələrində fəaliyyət
göstərən düşüncə sahibləri üçün zəruridir. Bu poemalar
bütün dövrlər üçün əzəli-əbədi olan həyat normalarını
göstərir, insanlara öyüd-nəsihət vermir, bizləri özümüzə
tanıdır, qarşımızda böyük və pak mənəviyyat güzgüsü
tutur.
Bu mənada Azərbaycan dilində “İlliada” və
“Odisseya” nın nəşri respublikada antik ədəbiyyatın
Dostları ilə paylaş: |