121
lənməliyik. Deməli, müasir qərbin nailiyyətlərindən isti-
fadə etməklə qədim şərqi öyrənmək və bu zaman şərqin
bir vaxtlar qərb dünyasına verdiyi töhvələri aşkarlamaq,
qarşılıqlı təmasları, əlaqələri üzə çıxarmaq. Əminik ki,
filologiyamızın bir elm kimi yaxın onilliklər ərzində
məhz bu istiqamətdə irəliləməlidir. Bunun üçün konkret
hansı addımlar atılmalıdır?
Ilk addım atılmışdır – müstəqillik illərinin ən
başlanğıcında ali məktəblərə qəbul imtahanları test
sisteminə keçirilmişdir. Fikrimizcə, gələcək elmi poten-
sialın formalaşmasında bu addımın əhəmiyyəti misil-
sizdir. Fəqət, ali təhsil sistemində ciddi islahatlar davam
etdirilməlidir. Xüsusilə, humanitar fakültələrin struktu-
runa yenidən baxmaq ehtiyacı duyulur . Bu sahədə BDU-
nun müəyyən təcrübəsi vardır (1920-30-cu illərdə baş
vermiş dəyişikliklər). Fikrimizcə, filologiya fakültəsini ya
Şərqşünaslıq fakültəsi ilə birləşdirmək, ya da filologiyada
oxuyan tələbələrə şərq dillərini daha dərindən öyrənmək
imkanı yaratmaq lazımdır. Burada iki yol ola bilər: ya
məcburi qayda tətbiq etmək – məsələn, gələcək ixtisasını
seçmiş filoloqlar əgər qədim dövrlərlə məşğul
olacaqlarsa, mütləq şərq dillərindən birini (ərəb, fars)
mükəmməl surətdə öyrənməlidirlər. İkinci yol isə bir çox
müasir qərb universitetlərində tətbiq olunan üsuldur:
tələbələrə tam sərbəstlik vermək. Tələbə ixtisas və xarici
dil seçimində özü qərara verməlidir. Hansı tələbəyə
lazımdısa, onun üçün Şərqşünaslıq fakültəsinin tələbələri
ilə bərabər səviyyədə şərq dillərindən birini mükəmməl
122
öyrənmək imkanı yaradılmalıdır (hazırda filologiya
fakültəsində şərq dillərindən keçilən bir neçə semestrlik
xarici dil dərslərinin effekti çox azdır).
Universitetdə mütləq “Klassik filologiya kafedrası”
yaradılmalıdır. Ilk dövrdə dərs demək üçün keçmiş
İttifaqın mərkəzlərindən (məs., qonşu Gürcüstandan)
peşəkar mütəxəssislər dəvət etmək, eyni zamanda öz
məzunlarımızı
həmin
mərkəzlərə
aspiranturaya
göndərmək lazımdır. Biz qədim yunan dünyasını Yaxın
və Orta Şərqlə əlaqəli şəkildə öyrənmək istəyiriksə, bu
sahədə fəaliyyət göstərəcək mütəxəssislərimiz ana
dilindən başqa, bu regionda daim yanaşı yaşamış iki dil
ailəsinin hərəsindən heç olmasa bir dil öyrənməlidir:
Sami dillər qrupundan ərəb dilini, hind-Avropa
dillərindən rus, yaxud fars dillərini (yaxşı olar ki, hər
ikisini), dünyada ən geniş yayılmış beynəlxalq dil kimi
isə ingilis dilini bilmək zəruridir. Bütün bu dillərin
öyrənilməsi orta məktəbdən başlanmalıdır. Hələ SSRİ
dövründən orta məktəblərdə rus və ingilis dilləri kifayət
qədər yaxşı səviyyədə tədris olunurdu. Bu tədrisin
səviyyəsini saxlamaq və mümkün qədər daha da
gücləndirmək lazımdır. İngilis dili kursu yuxarı siniflərdə
(IX-XI siniflər) artıq tamamlandığından, bu siniflərdə
ərəb dilinin ibtidai kurs səviyyəsində tədrisinə başlamaq
mümkündür. Bu ibtidai kurs təhsilini başa vuranlar üçün
universitet səviyyəsində ərəb dilini mükəmməl öyrən-
mək daha asan olar (özünəməxsus hazırlıq dövrü).
123
O ki qaldı qədim yunan dilinə, universiteti bitirərək
klassik filologiya sahəsində tədqiqat aparmaq istəyən
gənc filoloqlar təbii olaraq bu dilə böyük ehtiyac hiss
edəcəklər. Fikrimizcə, onların bu ehtiyaclarını ödəmək
üçün Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Dil
mərkəzi yaratmaq mümkündür. Yalnız bu yolla biz
Azərbaycanda elm və təhsil səviyyəsini müasir dövrün
ən yüksək dünya standartlarına yaxınlaşdıra bilərik.
Unutmayaq ki, qədim dillər üzrə mütəxəssislər yetiş-
dirmədən qədim mənbələri orijinaldan öyrənmək
arzumuz bizlər üçün yalnız arzu olaraq qala bilər.
124
SON SÖZ
Başa düşürük ki, “Azərbaycanda antik ədəbiyyatın
tədqiqi tarixi və problemləri” adını daşıyan tədqiqat
böyük material toplusunu ehtiva etməlidir. Biz əlimizdə
olan imkanlar daxilində bu materialları əhatələməyə
çalışdıq. Toxunmalı olduğumuz, lakin toxuna bilmədiyi-
miz problemləri isə bütün tədqiqat boyu vurğulayırdıq
ki, gələcəkdə özümüz, yaxud bir başqası onları tədqiq
edərkən yardımçı ola bilək. Odur ki, burada tədqiqata
cəlb etdiyimiz mövzunun konkret elmi problemlərini bir
daha xüsusi olaraq göstərməyi lazım bilirik:
1.
Yunan mifologiyasında Yaxın Şərq motivləri;
2.
Yaxın və Orta Şərq regionunda e.ə. III-II
minilliklərdə dil ailələri;
3.
Qədim Yunan dilində alınma sözlər;
4.
İoniya mədəniyyəti Yaxın və Orta Şərq
sivilizasiyasının tərkib hissəsi kimi;
5.
Qədim Yunanıstanda, Kiçik Asiya və Qafqaz
regionunda məhsuldarlıq və bahar bayramları;
6.
Yunan mifologoyası və Yaxın Şərq xalqlarının
epos motivləri;
7.
Homer yaradıcılığı İoniya mədəniyyətinin parlaq
nümunəsi kimi;
8.
”İlliada” poemasında Troyanın müttəfiqləri;
125
9.
”Odisseya” poemasında Odisseyin səyahət etdiyi
Yaxın Şərq əraziləri;
10.
Hesiod yaradıcılığında Yaxın Şərq xalqlarının
mifoloji görüşləri;
11.
E.ə. VI əsr yunan nəsrinin yaranmasında Şərq
təsiri;
12.
Yunan naturfəlsəfəsi və Yaxın, Orta Şərq
regionunda dini-fəlsəfi cərəyanlar;
13.
Antik ictimai fikirdə “Demokratiya” ideyası ilə
Şərqin “Ədalət” prinsipi arasında oxşarlıq və fərqlər;
14.
Qədim yunan fəlsəfə məktəbləri və “Avesta”;
15.
İslam peripatetizimində estetik düşüncə və antik
fəlsəfi fikir;
16.
Azərbaycan
peripatetiklərinin
Aristotelə
yanaşma metiodları;
17.
XVII-XVIII əsrlərdə Azərbaycan elmində antik
dünya ilə bağlı məlumatlar: təzkirələr, tarixi
salnamələr.,coğrafi əsərlər;
18.
XIX əsrin ikinci yarısında Azərbaycan ədibləri və
antik mədəniyyət;
19.
XX əsrin demokratik mətbuatı (1900-1920) və
antik mədəniyyət;
20.
Sovet Azərbaycanında antik mədəniyyətə dair
tədqiqatlar (1930-cu illər);
21.
1930-60-cı illər ərzində Azərbaycanda antik
ədəbiyyata dair yaranmış dərs vəsaitlər;
22.
A.M.
Mudrovun
antik
ədəbiyyata
dair
tədqiqatları;
Dostları ilə paylaş: |