130
20-ci illərindən başlayan alim
34
bu sahədə son dərsliyini
1965-ci ildə nəşr etdirmişdir.
35
Alimin fəaliyyətində əsas
özəlliklərdən biri kimi antik ədəbiyyat dərsliklərinin is-
tər nəzəriyyə, istərsə də müntəxəbat formasına eyni də-
rəcədə diqqət ayırmasını göstərmək mümkündür. Onun
rəhbərliyi altında müəlliflər kollektivi tərəfindən 1965-ci
ildə tərtib olunmuş iki cildlik “Antik ədəbiyyat müntəxə-
batı” bizim günlərə qədər rus dilində mövcud olan ən
mükəmməl müntəxəbat sayılır. Ədəbiyyatın nəzəri hissə-
sinə gəldikdə, onun müxtəlif illərdə işıq üzü görmüş
dərslikləri (məs., “Античная литература”, М., 1938)
əsasən qısa icmal xarakteri daşıyır; adı çəkilən kitabda
ümumi ədəbiyyat siyahısı göstərilməklə yanaşı, hər fəs-
lin sonunda həmin fəsldə bəhs olunan mövzuya dair ədə-
biyyat siyahısı da verilir və daha geniş məlumat əldə et-
mək üçün həmin ədəbiyyatlara müraciət etmək məsləhət
görülür.
N.F. Derataninin M.Y. Lomonosov adına Moskva Döv-
lət Univesitetində (MDU) elmi-pedoqoji fəaliyyəti
də yük-
sək qiymətləndirilməyə layiqdir. “Klassik filologiya” ka-
fedrasının professoru kimi o, antik ədəbiyyatın tədrisi və
təbliği, eləcə də klassik filologiyanın müxtəlif sahələri ilə
məşğul olan gənc alimlərin yetişdirliməsi üçün uzun illər
boyunca misilsiz xidmətlər göstərmişdir.
34
Н.Ф. Дератани. История древнеримской литературы, М., 1928
35
Н.Ф. Дератани, С.П. Кондратев, Н.А. Тимофеева. Антология античной
литературы, М., 1965