139
mişə konkret tarixi dövrün ictimai şəraitini, siyasi qüvvə-
lərin, hakim dairələrin bu və ya digər mövqeləri ilə sıx
bağlı şəkildə verilir. Çox zaman dərsliyin bu yerlərini
oxuyarkən diqqətli oxucuda istər-istəməz öz dövrünün
“dahi” şəxsiyyətləri ilə assosiasiyalar yaranır. Bu assosia-
siyaların hansı dövrün – keçmişin, yoxsa müasirliyin xey-
rinə olması nəticəsinə gəlməyi isə müəllif, əlbəttə, oxucu-
nun öz ixtiyarına buraxır. Təkcə belə məqamların möv-
cudluğuna görə iddia etmək mümkündür ki, İ.M. Tronski-
nin dərsliyi ordakı sitatların xarakterindən və hansı klas-
sikə mənsubluğundan asılı olmayaraq, hələ uzun müddət
öz müasirliyini qoruyub saxlayacaqdır.
***
Son olaraq İ.M. Tronskinin “Antik ədəbiyyat tarixi”
dərsliyinin Azərbaycan dilinə tərcümə edilməsi zərurəti
haqqında qısaca fikrimizi bildirmək istərdik. Belə ki, öl-
kəmizdə bir qrup insanlar xarici dildən dərslik tərcümə-
sinə heç bir ehtiyac olmadığını, əvəzində məhz ana dilin-
də yeni dərslik yazmağın vacibliyini qeyd edrilər. Əvvəla,
biz xarici dillərdə mövcud mükəmməl dərsliklərlə yanaşı
dura biləcək yeni dərsliyin yaradılmasının necə məsuliy-
yətli iş olduğunu bir kənara qoyuruq. Bu işi adətən o za-
man edirlər ki, mövcud dərsliklərdən fərqli olan hansısa
yeni elmi-metodoloji prinsipləri elm ictimaiyyətinə təq-
dim etməyə hazır olursan.
İkinci tərəfdən, məsələnin özü-özlüyündə belə qoyu-
luşu – “mükəmməl dərslik istəyirsənsə, tərcümə etmə,
140
ana dilində yenisi yarat” – kökündən yanlışdır. Klassik fi-
lologiyanın çox yüksək səviyyədə inkişaf etdiyi ölkələrdə
(Rusiya, Yunanıstan, Almaniya, B. Britaniya və d.) belə bu
sahədə digər ölkələrdə mövcud olan diqqətəlayiq tədqi-
qatları və xüsusilə, dərslikləri həmin ölkə üçün doğma di-
lə tərcümə etmək qayğısına qalır, bu sahəyə böyük vəsait
cəlb edirlər. Elmin inkişafında bu işin nə dərəcədə əhə-
miyyətli olması haqqında saatlarla danışmaq mümkün-
dür. Amma güman edirik ki, bizdə belə uzun-uzadı izah-
lara ehtiyacı olan insanlar yoxdur. Fəqət bizdə yeri gəldi-
gəlmədi sinəsini irəli verib həddən artıq məğrur poza nü-
mayiş etdirən insanlar təəssüf ki, kifayət qədərdir. O za-
man bizlərə nə etmək qalır? Həmin insanların dedikləri-
nə qulaq asmaq, oturub gözləmək ki, nə zaman qərb klas-
sik filologiyası ilə kifayər qədər yüksək səviyyədə məşğul
olan yerli tədqiqatçımız yetişəcək və o, bizim üçün nəha-
yət Azərbaycan dilində yeni, mükəmməl dərslik yarada-
caq? O zamana qədər isə ana dilində mövcud olan qüsur-
lu və bəsit dərsliklərdən istifadə edək?
Lakin ikinci yol da mövcuddur. Süni, populist pozanı
bir kənara qoyub, bu sahədə artıq nə zamandan bəridir
inkişaf etmiş ölkələr tərəfindən tətbiq olunan praktikaya
– tərcümə dərsliklərdən istifadə praktikasına üz çevir-
mək. Fikrimizcə ən doğru və beynəlxalq təcrübədə sıx-
sıx istifadə olunan yol elə budur.
İ.M. Tronski dərsliyinin Azərbaycan dilinə tərcümə-
sində əməyi keçən bütün insanlar bu problemin həllinə
141
real işləri ilə töhvə vermişlər və biz onlara dərin minnət-
dalığımızı bildiririk.
Prof. C.Q. Nağıyev
E.X. Kərimli
142
ANTİK MİFOLOGİYA VƏ ANTİK OBRAZ
Yunan xalqının canlı mifologiyası incəsənətinin əsasını
və məzmununu təşkil edir.
G.V.F. Hegel
İlk növbədə “antik mifologiya” anlayışına aydınlıq gə-
tirək. Latınca “antiguus” – “qədim” mənasını versə də, bu
qədimlik şərtidir. “Antik” termini qərb klassik filologiya-
sında adətən sırf yunan-Roma quldarlıq dövrü ədəbiyya-
tını adlandırmaq üçün istifadə olunur. Bu ədəbiyyat isə
yalnız Avropa məkanında ən qədim sayıla bilər, belə ki,
qədim şərqin Şumer-Akkad, Babil, Hett-Hurrit, Misir ədə-
bi nümunələri onlardan daha qədimdir. Lakin ümumi
ənənəyə əsasən, “antik mifologiya” dedikdə məhz qədim
yunan və Roma mifologiyası nəzərdə tutulur. “Mif” sözü-
nə gəldikdə, o, yunan mənşəli olub, allahlar, müxtəlif
sehrli qüvvələr, ilk əcdadlar, tayfa-nəsil qəhrəmanları
haqqında əsatir-hekayət mənasını verir. Mifologiya isə
müxtəlif qrupa aid miflərin ümumi məcmusu, eyni za-
manda mifləri öyrənən xüsusi filoloji elm sahəsidir.
Hər hansı mif ilk növbədə konkret mifoloji təfəkkü-
rün məhsuludur, bu tip təfəkkür isə inkişafının hələ ilk
pillələrini yaşayan şüurlu insanın ətraf aləmi, təbiətdə,
143
kosmosda baş verən anlaşılmaz hadisələri dərk etmək
cəhdlərinin nəticəsidir. İlk mədəni insan mif vasitəsilə
həm yaşadığı dünyanı anlayır, həm də özünü anladırdı.
Ibtidai insan hələ ki özünü təbiətdən və ictimai-sosial
mühitdən ayırmırdı. Buna görədir ki, gördüyü və mənası-
nı anlamadığı hər şeyi insaniləşdirir, bütün varlıq növlə-
rini (təbii, bioloji, sosial, mədəni və s.) özünə uyğun cə-
hətlərlə dolğunlaşdırırdı. İctimai şüur formaları, hələ ki,
differensasiyaya uğramadığından, qədim insan mif vasi-
təsilə düşünür, araşdırır, pərəstiş edir və yaradırdı. Odur
ki, ibtidai-icma quruluşunun məhsulu kimi mif bədii ədə-
biyyatı, fəlsəfəni, dini və bütünlükdə elmi özündə birləş-
dirən yaradıcılıq növüdür.
Antik mifologiya dövrümüzədək nisbətən bütöv hal-
da gəlib çatmış, şaxələnmiş tematikaya, obrazlar aləminə
malik ən qədim mifologiyalardandır. Yüzilliklər boyu ya-
randığı ərazidə yaşayan insanların ictimai-siyasi tarixini,
məişətini, mədəniyyətini, inanc sistemini əks etdirməklə
bu mifologiya müxtəlif dövrlərin bir-birindən fərqli qat-
larını özündə daşıyır. Biz burada qrup nikahının, matri-
arxatın bəzi elementlərini də, daha sonrakı dövrlərdə
meydana gəlmiş yunan və qeyri-yunan tayfa birliklərinin
sosial həyatını da, təbiət hadisələrinin, maddi mədəniy-
yət abidələrinin, hətta ayrı-ayrı qanun və davranış nor-
malarının personifikasiyasını da müşahidə edə bilərik.
Antik mifologiyada demək olar bütün mif kateqoriyaları-
na aid nümunələr tapmaq olar. Allahların və kainatın
mənşəyi (teoqoniya və kosmoqoniya) haqqında, etioloji
Dostları ilə paylaş: |