117
nüfuzuna, qərb klassik filologiyasına marağın yüksəl-
məsinə müsbət təsir göstərməklə yanaşı, qəti olaraq bu
fikirdəyik ki, tək Azərbaycan ziyalısının deyil, eyni
zamanda bütün xalqın inkişafa doğru inamlı bir addım
atmasına yardımçı olmuşdur. Odur ki, bizim 30 il bundan
əvvəlki nəşr üçün belə böyük, həm də gecikmiş mədhiyyə
yazmağımız yəqin oxucuda heç bir etiraz doğurmayacaq.
Əgər həmin dövrdə gur səslənməli olan, lakin hansı
səbəblərdənsə səslənməyən bu fikirlər gec də olsa ifadə
olunursa, bunun özü də günahın yarısından qayıtmaq
kimi dəyərləndirilə bilər.
§2. Azərbaycan Respublikasında klassik
filologiyanın inkişaf perspektivləri.
18 oktyabr 1991-ci ildə “Dövlət müstəqilliyi haq-
qında Konstitusiya aktı” qəbul etməklə Azərbaycan xalqı
XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmuşdur. 70 illik
sovetlər dövründə Azərbaycan elminin bəzi sahələri
(məs., neft-kimya sahəsi) xeyli inkişaf etmiş, İttifaq
səviyyəsində ən qabaqcıl yerlərə yüksələ bilmişdi. Bu cür
icazə verilmiş və daim nəzarət altında saxlanan inkişaf o
cümlədən milli filologiyamızın da bəzi sahələrinə
toxunmuşdu. Xüsusilə, 70 illik dövrün son onilliklərində -
1960-80-ci illərdə Azərbaycan dili, ədəbiyyatı (əsasən,
XI-XII əsrlərdən tutmuş üzü bəri) üzrə aparılan maraqlı
118
tədqiqat işlərini nümunə göstərmək olar. Şübhəsiz ki,
Moskvanın bütün SSRİ ərazisində “vahid sovet xalqı”
yaratmaq arzusu ilə yaşadığı dövrdə milli dilə və
ədəbiyyata belə marağın o illərin respublika rəhbərliyi
səviyyəsində dəstəklənməsi asan iş deyildi. Lakin bu
faktın özü də xalqın həmin illərdə necə ağır mənəvi işğal
altında olmasını göstəricisidir. Xalq milli dilini və
ədəbiyyatını tədqiq etmək kimi ilk baxışdan adi, normal
hüququndan istifadə edirdi, lakin bu sahədə görülən
bütün işlər qəhrəmanlıq sayılırdı. Deməli, həmin illərdə
xalq öz mövcudluğunun təhlükə altında olduğu dövrünü
yaşayırdı, çünki milli mənsubiyyətini bildirən son
dəyərləri – dili və ədəbiyyatı uğrunda mübarizə aparırdı.
Əlbəttə, belə ictimai-siyası şərait daxilində Azərbay-
can elminin və konkret olaraq filologiyamızın dünya
miqyasına çıxması çətinləşırdi. Filologiyamız əsasən özü
çalıb, özü oynayırdı. Yəni, milli ədəbi problemlərimizi öz
aramızda aydınlaşdırır və buna görə rəhbərlikdən
“molodes” – elmi dərəcələr, mükafatlar alırdıq.
Lakin o zaman ki, filologiyamız (o cümlədən, tarixi-
miz, etnoqrafiyamız və s.) daha qədim dövrlərə baş
vurur, öz köklərini, Şərqin və Qərbin qonşu regionları ilə
qarşılıqlı əlaqələrini araşdırmaq istəyirdi, bu yerdə
alimlərimizin qarşısına ciddi məhdudiyyətlər və qada-
ğalar qoyulurdu. Azərbaycan alimi, eyni zamanda filoloq-
larımız üzlərini qədim keçmişdən, öz köklərindən başqa
istənilən tərəfə çevirə bilərdilər. Şübhə yoxdur ki,
respublikamızda antik dünyanı – qədim yunan və Roma
119
mədəniyyətini, tarixini, ədəbiyyatını, dilini, etnoqra-
fiyasını ciddi və dərindən öyrənilməsi işinə yaradılan
süni ənggəllər da məhz Moskvanın yürütdüyü siyasətin
tərkib hissəsi idi. Belə ki, bizə nəinki xalqın həqiqi
tarixini öyrənmək qadağan edilmişdi, eyni zamanda
qədim dövrlərdən regionumuzla qonşu olmuş, yaxın
ictimai-siyası, iqtisadi, mədəni əlaqələr saxlamış xalq-
ların da keçmişini öyrənmək işində də ciddi problemlər
vardı. Bu mənada antik dünya Yaxın və Orta Şərq,
həmçinin Qafqaz regionu ilə zaman və ərazicə ən yaxın
təmasa girdiyi mədəniyyət hadisəsi olduğundan,
Moskvanın bu sahə ilə bağlı Azərbaycanda yürütdüyü
siyasət tamamilə aydın idi. Ona görə biz yuxarıda
“Azərbaycan elminə, təhsil sisteminə SSRİ dövründən
çox ağır miras qalmışdır” deyərkən, daha çox bu məsələ-
ləri nəzərdə tuturduq. Azərbaycan elminin, konkret
olaraq, filologiyamızın bu vaxtadək məşğul olduğu bütün
problemlər, o cümlədən təhsil sistemimiz bütünlükdə
yuxarıda açıqladığımız siyasətin yetişdirməsi idi.
Lakin bu o demək deyil ki, vəziyyət çıxılmazdır. Bu
yerdə yenə fəslin əvvəlinə qayıtmalı oluruq. Azərbaycan
1991-ci ildən öz dövlət müstəqilliyinə qovuşmuşdur.
Artıq həyatımızın bütün sahələri kimi elmimiz də əsarət
altından, alçaldıcı tabeçilikdən qurtulmuşdur. Hazırda
biz elmimizi, təhsilimizi hansı istiqamətə yönəltməyi
özümüz müəyyənləşdirə bilirik. Bunun üçün gərəkli olan
ən vacub şərt - sabit ictimai-siyasi mühit və elmin,
təhsilin hər hansı “böyük qardaş”dan müstəqilliyi möv-
120
cuddur. Indi yalnız bu əlverişli şəritdən elmimizin inki-
şafı və dünya miqyasına çıxarılması üçün maksimum
istifadə etmək qalır. Bu sahədə öncə hansı addımlar
atılmalıdır?
Fikrimizcə, əvvəla filologiyamızın istiqamətini
düzgün müəyyənləşdirməliyik. Azərbaycan öz dövlət
müstəqilliyinə nisbətən yeni qovuşduğuna görə, hazırda
bütün elmi ictimaiyyət, ziyalılar qarşısında bir əsas
məsələ durur: keçən müddətdə mənəviyyat sahəsində
xalqın itirdiklərini özünə qaytarmaq. Müasir tariximizin
ən yeni siyasi hadisələri bu işin zəruriliyini bir daha
sübut etdi. Xalqın parçalanması, vətəndaş müharibəsi
təhlükəsinin tamamilə real olduğu bir şəraitdə biz ən
düzgün çıxış yolunu keçmişimizə müraciət etməklə tapa
bilərik. Bu xalqın qədim tarixini, köklərini, mədəniyyətini
araşdırıb onun özünə, qonşularımıza və bütün dünyaya
tanıtmaq ən mühüm vəzifələrimizdəndir. Bu vəzifəni
həyata keçirmək üçün filologiyamız da əlbəttə öz töh-
vəsini verməlidir.
Filologiyamızın əsas istiqamətlərini müəyyənləşdir-
məkdə Azərbaycanın yerləşdiyi coğrafi ərazi də bizə çox
kömək edə bilər. Avropa ilə Asiyanın qovuşağında
yerləşən Azərbaycan bu iki qitənin ən mütərəqqi təcrü-
bəsindən istifadə etməlidir. Lakin keçmişimiz, soykö-
kümüz şərqlə bağlı olduğundan, elm də təbii olaraq
müasir mərhələdə üzünü şərq dünyasına çevirməlidir.
Bu zaman biz qərb elminin (tarix, filologiya, etnoqrafiya.
arxeologiya və s.) ən uğurlu nailiyyətlərindən bəhrə-
Dostları ilə paylaş: |