Zengezur a5 Layout 1



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə29/42
tarix16.08.2018
ölçüsü0,95 Mb.
#63627
1   ...   25   26   27   28   29   30   31   32   ...   42

Türkiyəyə mühacirətə getmək qərarına gəldi. Anam Qarabağ xanlarının
nəslindən, şair Natəvanın nəslinin ziyalı qızlarından biri idi. Bugünkü Xan
kəndi mənim ana babalarımın torpaqlarıdır. Biz bir qədər Qarabağdakı
qohumlarımızın himayəsində yaşadıqdan sonra Bakıya köçməli olduq.
Anam ziyalı, qoçaq və bir qədər də diplomat qadın olduğundan xeyli vaxt
məsul vəzifələrdə işlədi. Bakı Şəhər sovetinin deputatı oldu.
Otuzuncu illərin həyəcanlı gecələrinin birində qapımız döyüldü.
Anam qapını açdı. Hərbi formada bir neçə adam icazəsiz evə girib
başladılar evi axtarmağa. Evi alt-üst etdilər. Biz hələ də məəttəl qalmışdıq
ki, bunlar nə axtarırlar. Demiyəsən, NKB-də işləyən daşnak agentlər çox-
dan bizim evi nəzarət altında saxlayıb güdürlərmiş. Bir azdan atamın şəkli,
“Quran”ı, müxtəlif, lazımlı sənədləri, qiymətli əşyaları saxlanan boxçanı
yükün arasından götürüb açdılar. Gələnlərdən biri erməni idi. O atamın
şəklini görən kimi həyəcanla: “vot, vot Sultanbek” deyib şəkli onunla
gələnlərə göstərdi. Bir neçə dəqiqədən sonra anama bildirdilər ki, evdən
heç nə götürmədən həbs olunursunuz. Əynimizin paltarlarını da götür-
məyə də imkan vermədilər. Gecə hamımızı gətirdilər Bayıl türməsinə. Biz
türmədə eşitdik ki, Məmməd Əmin Rəsulzadənin ailəsi də burdadır. Sonra
bizə dedilər ki, 700 azərbaycanlı qadını bu gecə sürgün edəcəklər. Səhərə
yaxın bizi yük vaqonlarına doldurub Bakıdan çıxartdılar. Hara
apardıqlarını bilmirdik. Yağışın, küləyin, günün altında bir aya yaxın yol-
larda qaldıq. Aclığa, susuzluğa tab gətirməyib ölənləri qatar gedə-gedə
hara gəldi atırdılar. Demək olar ki, hamı üzülmüşdür. Körpə uşaqların
vəziyyəti daha ağır idi. Üstümüzdə dayanan silahlılar Azərbaycan
uşaqlarına düşmən uşağı kimi baxırdılar. Hər gün gözümüzün qabağında
onlarla uşaq ölürdü. Bu vaxt ən dəhşətlisi ölən azərbaycanlıların məzarları
üstündə ad-soyad yazmağa icazə verməmələri idi. Gələcəyə iz qalmasın
deyə, qəbiristan yaratmağa qoymurdular. Azərbaycanlıları mənəvi cəhət-
dən ən çox sarsıdan burada da məhbusların taleyinin ermənilərin ixtiyarına
verilməsi idi. Azərbaycanlılar yaşayan həbs düşərgələrində ermənilər
ağlasığmaz dəhşətlər törədirdilər. Canilər qadınların üstlərindəki qızıl
zinətləri (təsadüfi hallarda bəzi qadınların üstündə qızıl olurdu,) açırdılar,
hətta ağızlarındakı qızıl dişlərini də kəlbətinlə sındırıb çıxarırlar,
düşərgələr dolu idi azərbaycanlılarla. Çox vaxtı adamlar bir-birilərindən
soruşurdular ki, görən Azərbaycanda heç azərbaycanlı qalıbmı?
Sürgündəki adamları çox işlədirdilər. Qazaxıstanın bir çox vilayətləri


sürgün olunmuş azərbaycanlıların qabarlı əlləri, alın tərləri hesabına abad-
laşdırılmışdı. Anam qoçaqlıqda ad qazanmışdı. İşdən sonra sürgündəki
azərbaycanlı uşaqlarına savad öyrətmək məqsədi ilə dərnək təşkil etmişdir.
Uşaqlar anamı müəllim deyə çağırırdılar. 1948-ci ildə anam icazə ilə
Bakıya gəlib, Bağırovun qəbuluna yazılıb onunla görüşür. Ailəmizin
Bakıya qayıtması haqqında icazə istəyir. Bağırov anama deyir ki, Sultan-
bəy nəslinin bir daha Azərbaycan torpağına ayaq qoymağına icazə ver-
ilməyəcək. Anam cəsarətlə qəbuldakıların yanında Bağırova deyir:
“Sultanbəyxalqının qəhrəman oğludur. O, Zəngəzurda xalqımızı daş-
naklardan xilas etmişdir.Tarix bunu heç vaxt unutmayacaq. Amma sən,
bu gün Azərbaycan xalqını sürgünlərdə məhv edən cəllad kimi vaxt
gələcək xalq qarşısında cavab verməli olacaqsan”. 
Anam kor-peşman yenə Qazaxıstana qayıtdı. 1956-ci ilə qədər biz
sürgündə qaldıq. Biz Azərbaycana qayıdanda Bağırovun məhkəməsi
gedirdi. Anamı da məhkəməyə dəvət etmişdilər. Anam bir banka qara
mürəkkəb düzəltmişdi ki, məhkəmədə onun üzünə çırpsın. Lakin nə fikir-
ləşdisə məhkəməyə getmədi.  (Səbahəddin Eloğlunun “Zəngəzur hadis-
ələri” kitabından)


Ruhu Qarabağda, cismi Trabzonda
Azərbaycanın ilk Hərbi naziri Xosrov bəy Sultanov 
Xosrov bəy Sultanov 1879-cu il
may ayının 10-da Zəngəzur qəzasının
Hacısamlı nahiyəsinin Kürdhacı
(Qasımuşağı obasında) kəndində (in-
diki Laçın rayonu) dünyaya göz
açmışdır. Gəncə gimnaziyasını
bitirdikdən sonra Odessada ali tibb
təhsili almışdır (1903-cü il),  Nəri-
man Nərimanovla tələbə yoldaşı olub. Oxuduğu Odessa Universitetinin
rektorunun qızı ilə evlənir,  Xosrov bəyin ondan Murad adlı bir oğlu olsa
da, uşaq yaşlarında dünyasını dəyişir və bir daha ailə qurmur.
Tiflis və Bakıda fəal siyasi, ictimai iş aparır. 1915-ci ilin martında
Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti Xosrov bəyin başçılığı ilə (Xosrov
bəy Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Qafqaz cəbhəsində qaçqın-
ların yerləşdirilməsi üzrə baş müvəkkili olub) Anadoluda rus-erməni
qırğınlarından salamat qalmış əhaliyə yardım üçün bir komissiya
göndərib. O, aprelin 15-də Ərdahandan “Kaspi” qəzetinə yazırdı:      
“Müsəlmanlar yaşayan bütün məntəqələrdə bir nəfər də olsun
canlı insan tapmaq mümkün deyil. Yalnız 2 məntəqəyə 50-60 qadın-uşaq,
6 da əldən düşmüş qoca vardır.” O gecə-gündüz xəstələri müalicə edir,
dərman tapmayanda uşaqlıqdan Laçında böyüklərdən öyrəndiyi tibbi
müalicələrlə, bitkilərdən hazırladığı məlhəmlərlə insanlara şəfa verirdi.
Evində zəngin kitabxana yaradıb gənclərə, uşaqlara təmənnasız dərs
deyirdi. 
1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından
Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinə-İstiqlal  Bəyannaməs-
inə imza atan 26 nəfərdən biri də Xosrov bəy Sultanov olmuşdur. Xalq
Cümhuriyyətinin həmin gün təşkil edilmiş birinci hökumət kabinetində
Xosrov bəy hərbi nazir postunu tutmuşdur. O, Zaqafqaziya Seyminin və
Azərbaycan parlamentinin üzvü, əvvəl “Müsavat”ın (1917-ci il) üzvü
olub, sonra da “İttihad” partiyasının  qurucularından olmuşdur.
AXC Hökuməti 1918-ci ilin yayında Şuşa, Zəngəzur, Cavanşir,
Cəbrayıl qəzalarını Gəncə quberniyasının tərkibindən çıxarıb Qarabağ


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə