Zengezur a5 Layout 1



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə26/42
tarix16.08.2018
ölçüsü0,95 Mb.
#63627
1   ...   22   23   24   25   26   27   28   29   ...   42

Qönçəni də, oğlun da salır yanına, həyətindəki boğaz düyənin başına çatı
bağlayıb gətirirlər qaynının qapısına, deyir:- düz bir il əvvəl sənin o itən
cöngəni mən sənin bu bacının  köməyi ilə kəsib soyub gecəynən aparıb
Qaravun dərədə qaçaqlara verib gəldim. Bu bir ildə bir dəfə də olsun sənin
Qönçə bacın nə bir dəfə söz soruşdu, nə yadıma saldı, nə üzümə vurdu,
bu da həm də  bir sınaq idi, indi zamanı gəlib açdım; neçə ki canımda can
var, bu bacını gözümün üstündə saxlayacağam Allahın köməkliyi ilə, sən
də ötənləri bağışla, bu boğaz düyə də onun əvəzidir, gəl halallaşaq, biz
uzun yol gedəsiyik, bəlkə bir də görüşmədik... Türk İbrahimgilin ailəliklə
Anadoluya dönüşünün axşamı idi. 
Qarsda torpağa qarışan 
Xalq Qəhrəmanı Sultan Bəy
1871-ci ildə Əlipaşa bəyin ocağında bir oğlan uşağı
dünyaya göz açdı və atası ona özünün ana babası
Əsədsultanın adını verdi. Get-gedə uşağın adındakı
Əsəd unudulub, Sultan qaldı. Obada hamı onu Sultan
bəy çağırırdı. Sultan böyüyüb anası Bəyim xanıma
oxumaq istədiyini bildirdi. Bəyim xanım oğlunun
istəyini atasına çatdırdı. Əlipaşa bəy obalarının
savadlı adamı Molla Xudaverdi Tanrıverdi oğlunu
(1835-?) çağırıb, balaca Sultanı öyrətməsini tapşırdı.
Sultan bəy beləcə bir neçə il Molla Xudaverdidən
"əlif-bey"i öyrəndi. Sonra atası onu Şuşa şəhərinə,
qəza məktəbinə göndərdi.
Sultan bəy öncə qəza məktəbində, sonra Gəncə şəhərində gim-
naziyada oxudu. Orta təhsilini tamamlayıb, Sankt-Peterburq şəhərinə yol-
landı. O dövrün ən ünlü hərbi məktəbinə, Sankt-Peterburq Hərbi
Akademiyasına daxil oldu. O, bu təhsil ocağını tamamlaya bilmədi. Bu
natamamlığın bir neçə səbəbi var. Kimi deyir ki, Sultan bəy qiymət
üstündə müəllimlə mübahisə edib. Akademiyanın müəllimləri yüksək çinli
zabitlər, müdavimləri isə əsgər sayılırdılar. Əsgərin zabit üzünə qayıtması


böyük suç sayılırdı. Kimi isə bildirir ki, atası Əlipaşa bəy Xanmurad bəy
oğlunun xahişi ilə Akademiyanı yarımçıq buraxıb geri, doğma vətənə dön-
müşdü.
Sultan bəy doğma yurda, Qasımuşağı obasına qayıdıb əmək
fəaliyyətinə başlayır. öncə maldarlıqla məşğul olur. Yerli və xarici cinsdən
çoxlu inək alıb dağlar qoynunda, çəmənlərdə bəsləyir. Bu qarışıq cins son-
ralar "Hacısamlı" adlanır. Dədə-baba peşələri olan qoyunçuluğu daha da
inkişaf etdirən Sultan bəy Yağ-pendir zavodu tikdirir.
Sultan bəy maldarlıqla yanaşı, meşəçiliklə də məşğul olmağa
başlayır. Hacısamlı nahiyəsinin ərazisində olan meşələrdən taxta istehsal
edib xarici bazarlarda satır. ünlü sovet dövlət xadimi Nəzər Heydərov
"Zəngəzur dağlarında" adlı xatirəsində yazır: "Sultanovlar qiymətli
Hacısamlı meşələrini muzdurlara qırdırıb xaricə, Fransaya göndərirdilər".
Qafan mis mədənləri, Bərgüşad çayının axarı boyu inkişaf etmiş kənd
təsərrüfatı, Çalbayır maldarlıq mülkləri Sultanbəylər ailəsinə məxsus idi.
İndiki Laçın rayonunun Kürdhacı kəndində yaşayan Sultan bəy maldarlıq
sahəsində xüsusi ad çıxarmışdır. Çalbayırda yaşayan el-obasının qayğısına
qalaraq, birinci növbədə, xalqın ağır güzəranını yaxşılaşdırmağı üstün tut-
muşdur. Onun Çalbayır yaylaqlarında on minlərlə davarı, qaramalı
saxlanırdı. Kürdhacıda tikdirdiyi yağ-pendir zavodu nəhəng qurğular sis-
temini xatırladırdı. Hacısamlı, Şəlvə, Kürdhacı meşələrinin qırmızı
palıdını konyak istehsal edən zavodlara daşıtdıran Fransa tacirləri Sultan
bəyin yağ-pendir zavodunun məhsullarının da əsas müştəriləri idilər. İs-
tehsal olunmuş yağ, pendir böyük motallara, dəmir və ağac çəlləklərə
doldurulub buzlu zirzəmilərdə, soyuq kahalarda saxlanırdı. Məhsulları
uzaq yerlərə daşımaq üçün bəyliyin xeyli atı, öküzü, kəl arabaları, dəvə
karvanları vardı. Dinc əməklə məşğul olan Sultan bəyin ailəsinin də var-
dövlətinin mühafizə etmək üçün çox da böyük olmayan süvari dəstəsi
vardı.
Sultan bəyin milli qəhrəmana çevrilməsi 1905-ci il erməni-müsəl-
man hadisələri ilə bağlıdır. Müsəlman dəstələrdən birinə Sultan bəyin atası
Əlipaşa bəy başçılıq edirdi, onun isə ən yaxın yardımçısı böyük oğlu Sul-
tan bəy idi. Zəngəzur mahalında xalq arasında belə bir məsəl vardı: "Paşa
bəyin ədaləti, Sultan bəyin cəsarəti".
Sultan bəyin fəaliyyətinin ikinci hissəsi 1918-ci il olayları ilə
bağlıdır. 1918-ci ildən başlayan erməni-müsəlman müharibəsində Sultan


bəyin başçılıq etdiyi silahlı milis dəstələrinin bölgədəki müsəlman
kəndlərinin mühafizə olunmasında müstəsna xidmətləri olmuş, Zabux
dərəsində mühasirəyə alının Andranikin dəstəsinin əsas hissəsi məhv
edilmiş, Qaragöl ətrafında toplanan çoxsaylı erməni silahlıları məğlub
edilmiş və onlardan 600 nəfər əsir alınmış, İrana keçmək istəyən yüzlərlə
erməni silahlısı Araz çayı yaxınlığında Sahil əməliyyatı ilə məhv edilmiş,
Zəngəzurda onlarla kənd erməni silahlılarından təmizlənmişdir.
1920-ci ildən sonra Azərbaycanda Sovet imperiyası öz hakimiyyə-
tini qurdu. Bu vaxtdan etibarən Azərbaycan bəyləri öz vətənlərində qaçaq
vəziyyətində yaşamağa başladılar. Onlar elə arxalanır, onları el saxlayırdı.
Ermənilərin hiylələri ilə qırmızı Ruslar Sultan bəyə yeni sui-qəsd hazır-
layırdılar. Yaranmış vəziyyətin mürəkkəbliyini dərk edən Sultan bəy Azər-
baycan İnqilab Komitəsinə müraciət edir. Buradan ümidverici cavab
almadığına görə Sultan bəy İran şahına üz tutur. Şah İranda Rusiyanın er-
məni casuslarının çox və qüvvətli olmasına baxmayaraq Sultan bəyin
müraciətini qəbul edir. Sultan bəy qardaşları Xosrov bəy və İskəndər bəy
ilə düşmənlərdən qoruduğu vətəndən xaricə mühacirət etməli olur.
Sultan bəy vətəndən, doğma yurddan, Qasımuşağı obasından
ayrılarkən Kürdhacı kəndinin ərazisində ən uca zirvə, "Qarapalçıq" ad-
lanan dağın zirvəsinə qalxır. Oradan Qırxqız yaylaqlarını, dağları son dəfə
seyr edir və bir neçə bayatı çağırır:
Mən aşiq qəm qalağı,
Dağların qəm qalağı.
Dağlardan uca könlüm,
Olubdur qəm qalağı.
Mən aşiq dolan gözüm,
Dol gözüm, dolan gözüm.
Gedərsən qayıtmazsan,
Vətəni dolan gözüm.
Sovet imperiyasının göndərdiyi xüsusi casuslar İranda Sultan
bəyin qardaşı İskəndər bəyi öldürdükdən sonra vəziyyətin pis olduğunu
görən İran Şahı təhlükəsiz həyat şəraitini təmin edə bilmədiyi üçün Sultan
bəyə Türkiyə dövlətinə müraciət etməyi məsləhət görür. Sultan bəy
Türkiyə dövlətinə müraciət etdikdə Türk dövləti 1923-cü ildə hər iki qar-
daşı – Sultan bəy ilə Xosrov bəyi rəsmi keçidlə qarşılayıb Qars vilayətinin


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə