Zengezur a5 Layout 1



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə27/42
tarix16.08.2018
ölçüsü0,95 Mb.
#63627
1   ...   23   24   25   26   27   28   29   30   ...   42

Köçqoy kəndində mülk və malikanə verərək təhlükəsiz həyat şəraiti ilə
təmin edir.
Sultan bəy 1955-ci ildə Qars ətrafında, Köçkoy kəndində vəfat
etmiş və orada dəfn olunmuşdur.
Nəvəsi Elburus Muradovun söhbətləri:
-Babamın qəbrini axtarmaq üçün uzun illər çalışdım. Dost və qar-
daş Türkiyəyə gedən hər tanışımdan soraqlamağı xahiş etdim. Gələn-
lərdən soruşdum. Gördüm deyən olmadı. Nəhayət, internet araçılığı ilə
axtarışlarımı davam etdirdim. Qars vilayətinin Köçköy kəndində hələ XIX
yüzildən laçınlıların məskunlaşdığını öyrəndim. Adil Laçın adlı bir nəfərlə
yazışıb, telefon nömrəsini öyrəndim. Zəngləşib vədələşdik ki, mən
Türkiyəyə gəlim. 15 may 2006-cı ildə Türkiyəyə uçdum. Adil bəy məni
Esenboğa hava limanında qarşıladı. Səhər saat 6-da Qarsa tərəf yola
çıxdıq. Maşınla bir neçə saat yol qət etdik. Yolboyu həyacanlıydım.
Görəsən, doğurdanmı babamın qəbri odadır, yoxsa başqa variantlar kimi
bu da özünü doğrultmayacaq?! Sultan bəyin Ərzurumda, Konyada dəfn
olunması haqda versiyalar mövcuddur. Nəhayət, Köçköy kəndinə yetişdik.
Molla çağırıldı. Kənd əhalisinin seçmə ağsaqqalları ilə qəbiristanlığa get-
dik. Qəbiristanlıqda sadə bir qəbri göstərib "Sultan bəyin məzarıdır"
söylədilər. Tutuldum. İnanmamağa əsasım yox idi. Amma qəlbimdə şüb-
hələr vardı. Ağsaqqallar babamı olduğu kimi təsvir edib şübhəmi dağıt-
dılar. Qəribədir ki, Köçköy kəndində yaşayan adamların çoxu bizim soyun
insanlarına bənzəyirdilər. Mən hətta öz oxşarımı da orda tapdım. Bakıya
qayıdandan sonra məndə olan nəsil şəcərəmizi yoxladım ki, müəyyən
etdim ki, Adil bəyin ulu babası ilə mənim ulu babam doğmaca qardaşdır-
lar.


Daşnakların və havadarlarının nəzərə almadığı qüvvə: 
Andraniki ağlar günə qoyan Sultan bəy
Tat qırğını
1905-6-cı illərdə Zəngəzurda və digər bölgələrdə törədilən erməni
qırğınlarının təşkilatçısı çar Rusiyası idi. Müsəlmanlara silah gəzdirməyi
qadağan etmiş çarizm erməniləri hər vəchlə silahlandırırdı. Qırğınların
qurbanı təkcə silahsız müsəlmanlar deyildi, erməni daşnakları məkrli plan-
lar quraraq özlərinə sərf etməyən rus məmurlarını da terrorla aradan
götürürdülər, məsələn İrəvan, Bakı, Gəncə qubernatorlarını, bir xeyli mə-
muru da qətlə yetirib çar hakimiyyətini müsəlmanların üstünə qaldırırdı.
Artıq bu zamandan gələcək Erməni dövlətinin sərhədləri cızılmağa baş-
landı. Mir Möhsün Nəvvab “Qafqaz erməni tayfası ilə müsəlmanların
vuruş və ixtişaş tarixləri” əsərində canlı şahidi olduğu bu məsələləri,
“parçala, hökm sür” siyasətini çox gözəl qələmə alıb. 
Daşnak ordusunun əsrin əvvəllərində Zəngəzurda törətdiyi vəhşi-
liklərdən ən dəhşətlisi Tat qırğınıdır. Andranikin quduzlaşmış ordusunun
Tat kəndində törətdiyi vəhşiliklər heç bir müharibə tarixində
görünməmişdir. Bu döyüşdə tatlar baltadan, yabadan, ağacdan, daşdan is-
tifadə edib şücaət göstərsələr də, qüvvələr nisbəti çox olduğundan
düşmənin qarşısını ala bilməmişlər. Tatlar çox böyük itkilərlə məğlub ol-
muşlar. Daşnaklar camaatın bir hissəsini böyük kahalara doldurub ağzında
kərmədən ocaq qalayıblar. Onları tüstüdə boğub, odda yandırıblar. Bir
dəstə əsiri Zabıx kəndinə gətirdikləri zaman yolda erməni dığalar bir
gürzəni ağacla götürüb qolları bağlı kişinin üstünə atırlar. İlan dərhal
kişinin boynuna dolanıb üz-gözünü gəmirir. Sonra qulağını ağzına alır.
Kişi bir qədər getdikdən sonra huşunu itirib yerə yıxılır. Daşnaklar kişin-
inöldüyünü güman edib başına, kürəyinə bir neçə daş salıb gedirlər. Əsir
götürdükləri qadın və qızların əvvəl saçlarını kəsdirib çatı toxutdururlar.
Onlara ağlasığmaz işgəncələr verib, çılpaq-çılpaq ağaclardan asırlar. Qul-
dur daşnak ordusunda xidmət edən bir erməni həkiminin göstərişi ilə
sağlam görünən kişi və qadınların başlarını kəsib qanlarını ayrıca qablara
yığırlarmış. Yetmiş uşağın qarnına süngü soxub yol boyu işarə daşları
kimi düzürlər. Patrona qənaət etmək məqsədi ilə adamların başlarını
daşların üstünə qoyub gürzlərlə əzərək Zabıx çayına tökürlərmiş. Qədim


yazılı ağır bir daşı Ermənistana aparmaq üçün 20 nəfər Tat kişisini arabaya
qoşurlar. Xumar adlı kənd Tat gözəlini Andranikin çadırına apararkən Sərt
döngə deyilən yerdə qız qəflətən Özünü uçurumdan atıb intihar edir. Xu-
marın qardaşı İbrahimi qolu bağlı itlərin qabağına ataraq quduzlara
parçalatdırır, sonra ağaca bağlayaraq sinəsinə bıçaq atırlar.
Daşnaklar törətdikləri vəhşilikləri Zəngəzur camaatı arasında
yayıb vahiməyaratmaq üçün bir neçə qadın və kişinin budlarına, kürək-
lərinə möhürə bənzər dəmiri qızdırıb basaraq Abdallar kəndinə tərəf bu-
raxırlar. Xəbər Ağanus, Fətəlipəyə, Söyüdlü, Mığırdərə, Malxələf
kəndlərinə çatanda camaat sel kimi axışıb köməyə gəlir. Lakin iş-işdən
keçmişdi. Kəndlər tamam yandırılıb əhalisi qırılmışdı.
İntiqam gecikmədi
Tat qırğınından sonra Andranik Abdallardan Şuşaya keçmək üçün
Sultan bəydən yol istəyir. Elçiləri vasitəsi ilə Sultanbəyə çatdırır ki, hərgah
Qarabağ yürüşümün təhlükəsizliyini təmin edə bilsən sənə istədiyin qədər
qızıl verərəm. Sultan bəy Şuşa quberniyasında işləyən çox ağıllı, müdrik
zəkalı qardaşı general Xosrov bəylə təcili məsləhətləşdikdən sonra An-
dranikə bildirir ki, onun Qarabağ yürüşünün təhlükəsizliyini təmin etmək
üçün bir qədər silah lazımdır. Andranik Sultan bəyə 20 qatır yükü silah
verir. Sultanbəy Andranikdən aldığı sursatla özünün süvari dəstələrini
silahlandırıb Qaladərəsindən Şuşaya gedən yolda, Yeddiqatın ayağında
nal şəkilli pusqu yaradır. Andranikə xəbər göndərir ki, yolda şübhə doğur-
mamaq üçün topları da sökdürsün və mənim işarəmi gözləsin. Andranik
belə də edir. Topları sökdürüb, yükləri hazırlatdırır. Əhvalatın üçüncü
gününün axşamı Sultanbəy Andranikə xəbər göndərir ki, gecə gəlin keçin.
Andranik xəbəri alandan bir az sonra silah yüklənmiş 170 qatır karvanını
Şuşaya yola salır, özü isə sübh çağı ordu ilə getmək qərarına gəlir.
Eyni zamanda həmin gecə Sultanbəy bir neçə atlıya neft dolu tu-
luqlar verdirib tapşırır ki, Dığa, Xinzirəyə, Gorusa, Sisiana gedib An-
dranikin gəldiyi yollardakı bir neçə erməni kəndlərinə od vursunlar. Gecə
Andranikin silah aparan karvanı yeddiqata çatanda Sultanbəyin pusquda
dayanmış süvariləri meşədən çıxıb silah yüklü qatır karvanının yönünü
Kürdhacı kəndinə tərəf döndərirlər. Beləliklə, zəhmli silahlar Andranikin


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə