www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
63
şöbəsinin müdiri vəzifəsində çalışırdım. Əsər məni elə
mütəəssir etmişdi ki, onun haqqında kiçik bir resenziya
yazmaq niyyətindən vaz keçdim. Belə qərara gəldim ki,
yazıçının özü ilə məsləhətləşib əməkdaşı olduğum
qəzetin xətti ilə mənim doğma yurdum Ağdaşda
―Söyüdlü arx‖ romanı ətrafında geniş bir oxucu konfransı
keçirək. Razılaşdıq. (Onu da deyim ki, əsərlərini hələ
1945-ci ildən mütaliə etsəm də ədibin özü ilə 10 il sonra,
1955-ci ilin yayında Şuşada tanış olmuşdum. Mən və
dostum Əliağa Kürçaylını İlyas müəllimgilə ikimizin də
dostumuz, Əfəndiyevlər ailəsinə məhrəm olan Qasım
Oasımzadə aparmışdı. Elə о vaxtdan ədiblə ünsiyyətimiz
tutdu və mənim bu gün də iftixar duyğusu ilə əziz-əziz
xatırladığım dostluğumuzun əsası qoyuldu). İlyas
müəllimi Ağdaşa aparmaq, ona dədə-baba evimizdə
hörmət etmək üçün əlimə yaxşıca fürsət düşmüşdü. Lakin
1960-cı ilin sərt bir fevral günündə bölgəyə (rayona)
getmək məsələsi reallaşanda bir qədər soyuqlamış İlyas
müəllim dedi: ―Bəkir, oxucuların öz mülahizələrində
sərbəst olmasına şərait yaratmaq çox vacibdir. Mənim
yanımda onlar ―etikanı güdmək‖ xətrinə tənqiddən çəkinə
bilərlər. Yaxşısı budur müzakirəni keçirib nəticəsini
mənə deyəsən". Sonra yazıçı ―Hörmətli Ağdaşlı
yoldaşlar!‖ müraciətilə başlanan səmimi bir məktub da
yazıb mənə verdi... Həmyerlilərimizlə bir yerdə Ağdaşın
mədəniyyət evində keçirdiyimiz oxucu konfransı uğurlu
oldu. Onun materialları çıxış edənlərin şəkilləriylə
birlikdə ―Kommunist‖ qəzetinin 26 fevral 1960-cı il
tarixli nömrəsində bütöv bir səhifə halında dərc olundu
və mən həmin qəzetin bir nüsxəsinin üstünə bir neçə
xatirə sözü yazıb llyas müəllimə yadigar verdim...‖ (Bax:
Nəbiyev B. O həmişə müasirdir. İlyas Əfəndiyevin 3
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
64
cildlik seçilmiş əsərlərinin I cildinə yazılmış ön söz.
Bakı, ―Avraasiya Press‖, 2005, s.11.)
Filologiya
elmlər
doktoru, şair-ədəbiyyatşünas,
məzmunlu ədəbi-tənqidi məqalələrin müəllifi Qasım
Qasımzadə İlyas müəllimin ilk romanı haqqında yazır:
―Nəsr sahəsində gözəl nümunələr yaradan müəllifin
―Söyüdlü arx‖ı onun təkrarsız yaradıcılıq nailiyyəti
olmaqla yanaşı, ümumən lirik-psixoloji üslubun roman
janrı vasitəsilə zənginləşib dərinləşmə imkanlarını
göstərən axar-baxarlı yeni məcra idi‖ (Bax: Qasımzadə
Q. Ədəbiyyatımız, mənəviyyatımız. Bakı, Yazıçı, 1988,
s.234 – 408 səh.)
Xüsusən, ―Söyüdlü arx‖ romanındakı Nuriyyə obra-
zının yeniliyi, orijinallığı ədəbi-tənqidin təhlil obyektinə
çevrilmişdi. Mehdi Hüseyn, Mirzə İbrahimov, Məmməd
Arif, Əkbər Ağayev kimi tənqidçilər Nuriyyənin
Azərbaycan nəsrində yeniliyini xüsusi qeyd edirdilər. Bu
obrazla İlyas Əfəndiyevin yeni düşüncəli qadın
obrazlarının (məsələn Səriyyə tipli) başlanğıcını
qoymasının mahiyyəti ortaya çıxmışdı. Biz sonralar
Nuriyyədə hələ rüşeyim halında olan xarakterik, psixoloji
keyfiyyətlərin onun Səriyyə, Səlimə, Sarıköynək və s. bu
tipli obrazlarında dərinləşdiyini ğörürük...
Məsələn, akademik Mirzə İbrahimov bu obrazı belə
səciyyələndirirdi:
―Konkret insan surətləri, canlı və qüdrətli qəhrəmanlar
vasitəsilə bədii ədəbiyyat dövrün həqiqətini açır,
insanlara köməк edir ki, öz zəmanələrini, onun
həqiqətlərini doğru dərk etsinlər və mürəkkəb, dolaşıq
həyat mübarizələrində düzgün istiqamət tuta bilsinlər.
―Söyüdlü arx‖ romanının baş qəhrəmanı Nuriyyə məhz
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
65
belə qəhrəmanlardandır.‖ (Bax: İbrahimov M. Böyük
ideallar, böyük qəhrəmanlar ədəbiyyatı, «Ədəbiyyat və
incəsənət» qəz., 1984, 23 sentyabr.)
Nuriyyə obrazının İlyas Əfəndiyev nəsrinin təkamü-
lündəki
əhəmiyyətini
ədəbiyyatşünaslarımız
və
tənqidçilərimiz sonrakı məqamlarda da qiymətlən-
dirmişlər.
Bunlardan
prof.
Akif
Hüseynovun, prof.Vəli
Osmanlının, prof. Vilayət Quliyevin, prof. Himalay
Ənvəroğlunun, prof. Vaqif Yusiflinin fikir və
müşahidələri xüsusi maraq doğurur. (Bax: Osmanlı Vəli.
Psixoloji təhlil və bədii yaradıcılıq. («Söyüdlü arx»
romanı haqqında) //Ədəbiyyat və incəsənət. - 1973. - 11
avqust; Hüseynov A. Müxtəlifliyin birliyi. Bakı. Yazıçı,
1983, s.184; Yusifli V. Tənid yarpaqlari. Bakı: Gənclik,
1998, s. 29; Quliyev V. Tarixdə iz qoyan şəxsiyyətlər.
Bakı: Ozan, 2000, s. 430; Ənvəroğlu H. Azərbaycan ədə-
biyyatının yaradıcılıq problemləri. Baki: Elm, 2004, s.
365.)
Tənqid düzgün olaraq qeyd edirdi ki, İlyas Əfəndi-
yevin bədii tip, portret, xarakter yaratma məharəti onun
povest və romanlarının əsas göstəricilərindəndir. Yazıçı
bu əsərlərində lirik-psixoloji təhlil üsuluna əsaslanaraq
qəhrəmanların mənəvi dünyasının daha dərin qatlarına
işıq salır, onların subyektiv keyfiyyətlərini ictimai həyat
hadisələri fonunda təsvir edir, qəhrəman tipi və cəmiyyət
həqiqətlərinin qarşıdurmasını yaratmağa müvəffəq olur.
Beləliklə də, yazıçı adi, sadə, əməkçi insanları ―düşünən
qəhrəmanlar‖, ―iztirabkeş-kamil vətəndaş‖ səviyyəsinə
yüksəltməyə nail olur. İlyas Əfəndiyevin povest və
romanlarını təhlil edən ədəbiyyatşünas Himalay
Ənvəroğlu doğru olaraq yazır ki, ―gerçəkliyin hansı
Dostları ilə paylaş: |