www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
54
etmişdi....Disput olduqca canlı keçirdi. Çıxış edənlər
tamaşaya yüksək qiymət verirdilər. Birdən bizim yazıçı
yoldaşlardan o zaman məsul vəzifədə olan biri özünü
qaranəfəs disputa yetirərək çıxışında sübut etməyə çalışdı
ki, guya müəllif əsərdəki mənfi tipləri göstərməklə bizim
cəmiyyətimizə böhtan atmışdır, bizdə Nəcəf kimi
adamlar yoxdur, tək-tük varsa da, göstərmək lazım
deyil...» (Bax: Əfəndiyev İ. ―Dostumuzu xatırlayarkən.‖
(Əli Vəliyev haqqında) // Azərbaycan, 1987. - №5. -
s.117-131.)
Lakin əsərin müzakirəsində iştirak etmiş Əli Vəliyev,
Səməd Vurğun, eyni zamanda ədəbiyyatşünaslardan
Cəfər Xəndan əsərin bir sıra məziyyətlərini göstərməklə,
müəllifin düz yol tutduğunu təsdiq etmişlər. (Bax: «Bahar
suları» (Əsərin Yazıçılar İttifaqının Bədii Şurasında
müzakirəsi) //Ədəbiyyat qəzeti. - 1948. – 25 iyun.)
Dövrün ən tanınmış tənqidçilərindən olan Cəfər
Xəndan yazırdı: ―Bahar suları‖ əsərinin mövzusu
müharibədən sonrakı kəndimizin real həyatından
alınmışdır. Burada hadisə və tiplər canlı və həyatidir.
Yazıçı canlılığı yaratmaq üçün heç bir boyasını
əsirgəməmişdir. Əsərdə sovet adamlarının həyatında ola
bilən hadisələr və ya konfliktlər, tamaşaçını intizarda
qoyan səhnələr, bədii cəhətdən təsirli dialoq və
monoloqlar vardır. Burada eşq və məhəbbət səhnələri də
adamların müasir zövqü ilə əlaqədar verilmişdir...
Buradakı
adamlar ümumi mənafeyini öz şəxsi
mənafeyindən üstün tutan şərəfli əməkdən zövq alan yeni
adamlardır.‖ (Bax: Xəndan C. «Bahar suları» //
Ədəbiyyat qəzeti, 1948, 28 dekabr.)
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
55
1949-cu ildə Azərbaycanın ədəbi-mədəni ictimaiyyəti
və bütün sənətsevərləri Azərbaycan Dövlət Dram
Teatrının 75 illiyini təntənə ilə qeyd edərkən, səhnə
sənətinin inkişafındakı xidmətləri nəzərə alınaraq
İ.Əfəndiyev «Şərəf nişanı» ordeni ilə təltif edilmişdi.
1954-cü ildə tamaşaya qoyulmuş «Atayevlər ailəsi»
isə dramaturq İ.Əfəndiyevin yaradıcılığında irəli atılmış
uğurlu bir addım idi. Müəllif ictimai həyatda rastlaşdığı
qüsurları realist mövqedən, yüksək sənətkarlıqla qələmə
aldığından, əsər tamaşaçı və oxucular tərəfindən böyük
rəğbətlə qarşılanmışdır. Pyesi tamaşaya Tofiq Kazımov
hazırlamışdı. Və bu tamaşa, o dövrdə ədəbi tənqidi elə bil
cana gətirmişdi. Bir birinin dalınca dövrün ən nüfuzlu söz
sahibləri məqalələrlə çıxış edirdilər. Mirzə İbrahimov,
Mehdi Hüseyn, Həsən Qasımov və digərləri «Atayevlər
ailəsi»
əsəri və tamaşası haqqında yazdıqları
məqalələrində onu yüksək qiymətləndirirdilər.
Yazılardan belə bir fikir hasil olurdu ki, İlyas
Əfəndiyev teatrı artıq özünü büruzə verməkdədir. Hələ
«Bahar suları» pyesinin tamaşalarından boylanan bu teatr
öz səmimiliyi, həyatiliyi, psixoloji dərinliyi və realizmi
ilə nəzəri cəlb etdi. Əsərin o vaxtkı dövr üçün ən dəyərli
cəhət kimi qiymətləndirilən və digər bədii nümunələrdə
hələ də az nəzərə çarpan məziyyətlərindən biri kimi onun
realizmi, həyat həqiqətlərinə sadiq üslubu ədəbi tənqid
tərəfindən xüsusi vurğulanırdı. Dövrün tanınmış ədibi,
tənqidçisi, sonralar xalq yazıçısı adını almış Mehdi
Hüseyn yazırdı:
―İlyas Əfəndiyev yenə də öz yaradıcılıq
xüsusiyyətlərinə sadiq qalaraq, təbii insan psixologiyasını
təbii və sadə boyalarla göstərdiyi üçün «Atayevlər ailəsi»
pyesi də bizim realist dramaturgiyamızın sevindirici
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
56
nailiyyətlərindən biridir.‖ (Bax: M. Hüseyn. ―Ədəbiyyat
və incəsənət‖, 1974, 23 noyabr.)
Dövrün tanınmış pedaqoqu, ədəbiyyatşünas, profes-
sor Əli Sultanlı əsəri belə qiymətləndirirdi:
―Atayevlər
ailəsi‖ əsərində verilmiş müsbət surətlər əsl mənada xalq
nümayəndələridir. Onların mədəni səviyyəcə, zəka və
düşüncə etibarilə mənfi surətlərdən nə qədər yüksək
olduqlarını isbat etməyə ehtiyac yoxdur... Dramaturq
maraqlı, həyati bir süjet seçmiş, burada insanların
əlaqələrini, təbiətlərindəki ziddiyyətləri, rəğbət və
mütəqabil münasibətlərini vermiş, yaddaqalacaq obrazlar
silsiləsi yaratmışdır.‖ (Bax: Sultanlı Ə. ―Atayevlər ailəsi‖
//Azərbaycan, 1955, №6, s. 150-151.)
Ədəbi tənqidin yazdığına görə, sanki İ.Əfəndiyev ilə
T.Kazımov bir-birini kəşf etmişdi, onlar biri digərini çox
gözəl başa düşürdülər. Müasirlik duyğusu çox güclü olan
bu iki sənətkarda oxşar cəhətlər, intellektual səviyyə,
birgə yaradıcılıq axtarışları Azərbaycan teatrı tarixinə
parlaq səhifələr yazmışdır. Yaradıcılıq intuisiyası çox
geniş olan Tofiq Kazımovla, insan qəlbinin dərinliklərinə
nüfuz etməyi bacaran İ.Əfəndiyev arasındakı yaradıcılıq
əlaqələri uzun illər davam etmişdir.
İ.Əfəndiyev «Atayevlər ailəsi» tamaşası haqqında
yazmışdır: «Atayevlər ailəsi»nin quruluşu üzərində
Tofiqin ilk müvəffəqiyyəti, rolları aktyorlar arasında çox
sərrast bölməsindən başladı. Hansı rolu hansı aktyorun
daha təbii ifa edə biləcəyini düzgün təyin etmək hissi,
yaradıcılıq intuisiyası Adil kimi, Tofiqdə də çox güclü
idi... «Atayevlər ailəsi» Tofiqin Akademik Teatrımızda
ilk müvəffəqiyyətli quruluşu oldu».
Dostları ilə paylaş: |