www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
51
özümüzə kömək, arxa hesab edirdik. Bir çətinliyimiz
olanda müraciət edirdik, onlardan həmişə kişilik, kömək
görürdük».
(Bax:
Əfəndiyev
İ.
―Dostumuzu
xatırlayarkən.‖ (Əli Vəliyev haqqında) //
Azərbaycan,
1987. - №5. - s.117-131.)
Faktlara müraciət edək.
Xalq yazıçısı, akademik Mirzə İbrahimov yazırdı:
―Azərbaycan ədəbiyyatı mənim nəzərimdə böyük və
rəngarəng gülüstan isə, İlyas Əfəndiyevin yaradıcılığı bu
gülüstanda öz gözəlliyi, ətri və təravəti ilə dərhal diqqəti
cəlb edən cazibədar toplu və dolğun bir çiçəklikdir.
İlyas Əfəndiyev yaradıcılıqda gözəlliyə, incəliyə,
estetik zərifliyə meyl edən yazıçıdır. O, bədii əsər üçün
vacib xüsusiyyətlərə dilin ifadəli və obrazlı olmasına,
xarakterlərin canlı və dolğun çıxmasına, süjet və
kompozisiya bütövlüyünə ciddi diqqət yetirir, böyük
əmək sərf edir, bu da nəticəsiz qalmır, onun əsərlərinin
maraqlı, oxunaqlı olmasına kömək edir. Bu əmək və
səyin mükafatı isə oxucuların məhəbbətidir ki, İlyas onun
azlığından şikayət edə bilməz.‖ (Bax: İbrahimov M.
―Şəfalı işıqlar‖ // Azərbaycan, 1974, №11, s.12.)
Xalq yazıçısı Süleyman Rəhimov özünəməxsus olan
bir təhkiyə ilə: ―İlyas Əfəndiyev yaradıcılığı Azərbaycan
sovet ədəbiyyatının münbit zəminindən doğan, rişələnən,
getdikcə
köklənən qoşa qardaş kimi qoşalıqda
yaradıcılıqdır. Bu yaradıcılıq istedadlı nasirlə mahir
dramaturqu
birləşdirib,
birlikdə
söykək-söykəyə
qaldırır...
İlyas
nəsri
onun
dramaturgiyasına,
dramaturgiyası da onun nəsrinə dayaq durur, kömək
göstərir. İlyasın nəsri də, dramartugiyası da ahəngdardır,
cazibədardır... Sən İlyas nəsrini oxuyursan, istər onun
romanı, povesti olsun, istərsə bir-birindən gözəl hekayəsi