www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
39
deyə səni İnstitutdan çıxartsalar, sonralar oxumağın, iş
tapmağın çətin olar. Mən də o cür hərəkət etdim.‖
Atası vəfat etdikdən /1934/ sonra, çoxuşaqlı ailənin
bütün ağırlığı evin ən böyük övladı olan İ.Əfəndiyevin
öhdəsinə düşmüşdü. Xoşbəxtlikdən İ.Əfəndiyevin adı
həmin illərdə repressiya olunanların siyahılarında
olmayıb. O, 1938-ci ildə APİ-nin coğrafiya fakültəsinin
qiyabi şöbəsinə keçərək oranı qurtarıb sağ-salamat
müəllimliyini davam etdirmişdir.
Respublikanın ən böyük ali məktəblərindən biri hesab
edilən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil
aldığı illər İ.Əfəndiyevin həyat və yaradıcılığında mühüm
bir mərhələ təşkil edir. Ən tanınmış alimlərin və
müəllimlərin dərs dediyi həmin ali məktəbdə İ.Əfəndiyev
Bəkir Çobanzadə, Əli Sultanlı və s. bu kimi
müəllimlərdən dərs almışdır. Yazıçının qeydlərində
oxuyuruq: «Lap ilk günlərdən istər tələbə yoldaşlarımın,
istərsə də müəllimlərin yaxın, səmimi münasibətlərinə
nail olmuşdum. Professor Çobanzadə, Əli Sultanlı kimi
məşhur müəllimlərimiz mənimlə xüsusi dost olmuşlar.
Professor Çobanzadə bir sıra xarici dillərlə birlikdə bütün
türk-tatar dillərini bilirdi. Həmişə son dəblə tikilmiş
bahalı kostyumlar geyərdi. Demək olar ki, canlı bir
ensiklopediya idi. Xaricdə də böyük hörməti vardı...
Aramla iki saat söylədiyi mühazirələrdən heç birimiz
yorulmazdıq... o, yüksək mədəniyyətə, yüksək intellektə
malik nadir bir adam idi». (Bax:
Yenə orada, səh.62.)
İ.Əfəndiyevin institutda dostlaşdığı və həmişə xətrini
əziz tutduğu müəllimlərdən biri də Əli Sultanlı idi. ―Əli
Sultanlının antik dövr ədəbiyyatı haqqındakı mühazirələri
o qədər canlı, o qədər şairanə olurdu ki, biz hər dəfə sanki
gözəl bir poemaya qulaq asırdıq.‖