www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
36
bində coğrafiya müəllimi işləmiş, eyni zamanda
gənclərin
təlim-tərbiyəsində,
savadsızlığın aradan
qaldırılmasında, məktəbyaşlı uşaqların təhsilə cəlb
olunmasında fəallıq göstərmişdir. Yazıçının formalaş-
masında yaşadığı rayonun ictimai və mədəni həyatı da az
rol oynamamışdır. Düzdür, 30-cu illərdə rayondakı mühit
haqqında geniş məlumat yoxdur. Lakin yazıçının öz
xatirələri, məktəb və müəllim kollektivi, rayon ziyalıları
haqqında əldə olunan məlumatlar, rayon qəzeti
səhifələrində dərc edilmiş müxtəlif məqalələr, gənclərin,
o
cümlədən
İlyas
müəllimin
həyatında
və
formalaşmasında o illər çox mühüm rol oynamış dram
kollektivinin fəaliyyəti barədəki yazılar rayonun 30-cu
illərdəki ictimai-mədəni həyatı haqqında müəyyən
təsəvvür əldə etməyə imkan verir.
Bu illərdə Qaryagində «Qızıl Araz» adlı qəzet dərc
edilirdi. Qəzet öz səhifələrində günün ictimai-siyasi
hadisələri, təsərrüfatın aktual məsələləri haqqında
materiallar
dərc
etməklə
bərabər,
ədəbiyyat və
mədəniyyətin ayrı-ayrı sahələrini də geniş işıqlandırırdı.
İlyas Əfəndiyevin həvəslə mütaliə etdiyi qəzetin
səhifələrində ədəbiyyat müəllimləri Nemət Hüseynovun,
N.Kazımovun maraqlı yazıları,
gənc şair Nəcəf Quliyevin
şeirləri, rayonun qabaqcıl ziyalılarından Məmməd
Sadıqovun, Savalan Zülfüqarovun, A.Manaflının və
başqalarının məqalələri dərc olunurdu ki, həmin yazıların
heç biri nəinki gənc İlyas müəllimin nəzərindən yayınmır
və
təsirsiz
qalmırdı,
hətta
gənc
müəllimin
dünyagörüşünün formalaşmasına, bədii yazıya qarşı
həvəsinə öz təsirini göstərirdi. Səhifələrində tez-tez
maraqlı yazılar dərc edən «Qızıl Araz» qəzeti