www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
60
XX və XXI əsr Azərbaycan dramaturgiyası məka-
nında İlyas Əfəndiyevin əlahiddə yeri var və bu məkanı
―İlyas Əfəndiyev məkanı‖ adlandırsaq daha dürüst olar.
İlyas Əfəndiyevin bir yaradıcı şəxsiyyət, Azərbaycan
mədəniyyət tarixindəki mövqeyini ulu öndər Heydər
Əliyev ümumiləşdirərək yüksək qiymətləndirmişdir.
Məlumdur ki, Akademik Dövlət Milli Dram Teatrının
təmiri çox uzandığına görə, İlyas Əfəndiyev özü həmin
teatrın səhnəsində tamaşaya qoyulan on doqquzuncu
əsərini – «Hökmdar və qızı» tamaşasını görə bilmədi. İlk
tamaşa onun vəfatından düz qırx dörd gün sonra – 1996-
cı ilin 17 noyabrında böyük müvəffəqiyyətlə göstərildi (o
vaxtdan da bu günə kimi səhnədədir!) və 1997-ci il
sentyabrın 20-də ulu öndər Heydər Əliyev gəlib o
tamaşaya baxdı, əsəri çox yüksək qiymətləndirdi,
tamaşadan sonra yaradıcı heyətlə görüşərək dedi:
―– Şübhəsiz ki, biz bu gün, ilk növbədə, əsərin
müəllifinin – böyük yazıçımız, dramaturqumuz İlyas
Əfəndiyevin xidmətlərini qeyd etməliyik.
...İlyas Əfəndiyev Azərbaycan teatrına çox böyük
töhfələr veribdir, böyük
xidmətlər göstəribdir, çox
dəyərli
əsərlər yaradıbdır. İlyas Əfəndiyevin yaradıcılığı başqa
cəhətlərlə yanaşı, bir də ona görə əhəmiyyətlidir ki, o öz
əsərlərində həm Azərbaycan xalqının tarixinin çox
mühüm səhifələrini ədəbiyyat, teatr vasitəsilə bugünkü
nəsillərə çatdırıbdır, həm də öz əsərlərində müasir
həyatımızın müsbət və mənfi cəhətlərini çox gözəl təsvir
edibdir. Beləliklə, xalqımızı həm tarixə hörmət
bəsləməyə sövq etmişdir və bu barədə xidmətlər
göstərmişdir, tarixi bilmək üçün xalqımıza yardım
etmişdir,
eyni
zamanda,
yaşadığımız
zamanda