www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
44
insani münasibət görəndə ürəyim kövrəlirdi. Mənə elə
gəlir ki, tamam yeni bir aləmə düşmüşəm. Demə səs
hüququndan məhrum edilmiş tacir oğluna da kömək,
hörmət olarmış...‖
Bakıda ilk gündən qayğıkeş və xeyirxah insanlarla
əhatə olunmuş gənc yazıçı məhsuldar yaradıcılıqla
məşğul olmağa və ilk mətbu əsərlərini respublikanın
dövri mətbuat orqanlarında dərc etdirməyə başlayır. Ya-
zıçı «Yeni yol» qəzeti redaksiyasında bir qədər işlə-
dikdən sonra qəzetin nəşri dayandırılır. Bundan sonra
İ.Əfəndiyev əmək fəaliyyətini əvvəlcə «Kommunist»
/1939 -1940/, sonra isə «Ədəbiyyat qəzeti»ndə nəsr
şöbəsinin müdiri kimi davam etdirmişdir.
Heç şübhəsiz ki, İ.Əfəndiyevin bir yazıçı kimi inkişaf
etməsində və ədəbi ictimaiyyət tərəfindən tanınmasında
əməkdaşlıq etdiyi həmin qəzet redaksiyalarının mühüm
xidməti olmuşdur.
İ.Əfəndiyev 1940-cı ilin yanvar ayında Azərbaycan
Yazıçılar İttifaqına üzvülüyə qəbul edilir. 1990-cı ildə
qələmə aldığı xatirələrindən birində bu haqda yazıçı
göstərmişdir: «Bir gün gənc tənqidçi Əkbər Ağayevlə
təsadüfən küçədə rastlaşdığımız zaman mənə dedi ki: -
Yazıçılar İttifaqının sədri Rəsul Rza iclasda sənin kitabın
haqqında yaxşı sözlər danışdı. Deyirdi: - «...hiss olunur
ki, gənc müəllif istedadlıdır, ümidverəndir. Onu İttifaqa
cəlb etmək lazımdır.»
İ.Əfəndiyev Yazıçılar İttifaqına daxil olmaq üçün
aşağıdakı məzmunda, həm də qəribə səslənən,
standartdan kənar ərizə ilə müraciət etmişdir:
«Azərbaycan Sovet Yazıçıları İttifaqının İdarə
Heyətinə, gənc yazıçı İlyas
Əfəndiyev tərəfindən