www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
45
Ərizə
Yazdığım hekayələrdə bir çox nöqsanlar olduğunu
bilirəm. Rica edirəm məni öz sıranıza qəbul edəsiniz.
Gələcək
işlərimdə mənə kömək edəsiniz. İlyas
Əfəndiyev». 1939-cu il dekabr ayının 28-də yazılmış
həmin ərizə, Yazıçılar İttifaqı İdarə heyətinin 10 yanvar
1940-cı il tarixli iclasında müzakirə edilmiş və
İ.Əfəndiyev İttifaqa üzv qəbul olunmuşdur. Gənc yazıçı
bundan sonra Yazıçılar İttifaqının işlərində yaxından
iştirak etməyə başlayır.
Böyük Vətən müharibəsinin başlanması bütün başqa
sənətkarlar kimi İ.Əfəndiyevi də səfərbər etdi. Yazıçı
oxucularda düşmənə qarşı dərin nifrət, vətənə məhəbbət
hissləri aşılamaq vəzifəsini öhdəsinə götürdü. Tarixi
keçmişimizə, el qəhrəmanlarına, folklor nümunələrinə
müraciət edərək bir sıra hekayələr yazdı, əsgərlərlə
görüşlər, söhbətlər keçirmək üçün yazıçı briqadaları ilə
bərabər Azərbaycan diviziyalarında oldu, digər tərəfdən,
əsasən bir nasir kimi tanınmış ədib, ədəbiyyatın başqa bir
sahəsində - dramaturgiyada qələmini sınadı. 1943-cü ildə
o, yazıçı M.Hüseynlə birlikdə, mövzusu Böyük Vətən
müharibəsindən götürülmüş «İntizar» pyesini qələmə al-
dılar. Əsər 1944-cü ildə M.Əzizbəyov adına Azərbaycan
Dövlət Dram Teatrının səhnəsində göstərilmiş və
dramaturq İ.Əfəndiyevin Azərbaycan Milli Teatrı ilə 50
ildən çox bir müddətdə davam etmiş sıx yaradıcılıq
əməkdaşlığının əsası belə qoyulmuşdur.
Bundan sonra yazıçı Milli Teatrımız üçün «İşıqlı
yollar» /1946/ və «Bahar suları» /1947/ pyeslərini qələmə
aldı. İ.Əfəndiyev drmaturgiyaya gəldiyi illəri belə
xatırlayır: «...Tanınmış yazıçı Mehdi Hüseyn mənə
yaxınlaşıb... «istəyirsən birlikdə bir pyes yazaq» - dedi.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
46
Mehdi kimi məşhur bir yazıçının, tanınmış tənqidçinin bu
təklifi gənc yazıçı üçün çox xoş idi və mən razılıq
verdim. Beləliklə də biz birlikdə «İntizar» pyesini yazdıq.
Pyes Akademik Milli Teatrda müvəffəqiyyətlə tamaşaya
qoyuldu. Bundan bir müddət sonra teatrın direktoru və
baş rejissoru Adil İsgəndərov məni milli teatra dəvət etdi.
Nəsr yaradıcılığımdan xoşlandığını bildirdi və təklif etdi
ki, neft həyatından teatr üçün bir pyes yazmaq barədə
düşünüm... Neftçilərin həyatını öyrənməyə başladım və
neft həyatından «İşıqlı yollar» adlı dram əsərimi yazdım.
Əsər Akademik teatrda tamaşaya qoyulduqdan sonra Adil
İsgəndərov müasir kənd həyatından da bir pyes yazmağı
təklif etdi. Hətta qonorarın yarısını da qabaqcadan verdi.
«Bahar suları» adlı pyesim də belə meydana gəldi. Pyesi
Adil İsgəndərov özü tamaşaya qoydu, musiqisini Səid
Rüstəmov yazdı. Beləliklə, mən nəsr yazmaqla bərabər
dramaturgiyaya daxil oldum».
Yeri gəlmişkən qeyd edək ki, ―İşıqlı yollar‖ əsəri
İlyas müəllimin həyatını xilas edir. Elçinin yazdığına
görə, 40-cı illərin əvvəllərində adı repressiya olunanlar
siyahısına düşən İlyas Əfəndiyevin adını Mircəfər
Bağırov bu əsərə görə siyahıdan pozur.
Elçin bu əhvalatı belə yazır: ―Siyahını nəzərdən
keçirən Mir Cəfər Bağırov öz əli ilə onun adını pozur və
deyir: – Bu cavan yazıçıyla işiniz olmasın. Neftçilərin
həyatından yaxşı pyes yazıb (« İşıqlı yollar»ı nəzərdə
tutur). Qoyun qalsın. Ancaq bunun anası (Bilqeyis xanım
nəzərdə tutulur –J.Q.) Azərbaycanda sovet hökumətinin
ən qatı düşmənidir. (Bax. Elçin, Seçilmiş əsərləri, 10
cilddə, 5- cild, s.271.)
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
47
Həmin illərdə ədəbi mühitdə, teatr barəsindəki
resenziyalarda, aparılan ədəbi müzakirə və diskusiyalarda
yazıçının bu əsərlərinin xırda nöqsanları ilə yanaşı,
mövzusunun
aktuallığı,
əsərlərdəki
dramatik
kolliziyaların təbiiliyi, obrazların müasirliyi də təqdir
edilir,
həm
müəllifin,
həm
rejissorun
əməyi
qiymətləndirilirdi...
Xüsusən, 40-cı illərin axırlarında İ.Əfəndiyev artıq
özünü bir nasir və dramaturq kimi təsdiq etmişdir. Onun
yaradıcılıq uğurları təkcə oxucuların deyil, eyni zamanda
ədəbiyyatşünas alimlərin də ürəyincə olurdu. Yazıçının
yaradıcılığı, çap etdirdiyi hər bir yeni əsəri tənqidçilərin
diqqətindən yayınmırdı. Məhz bu illərdə dövri mətbuat
səhifələrində onun yaradıcılığı haqqında ilk məqalələr
dərc olunmağa başladı. Əkbər Ağayevin «Kənddən
məktublar», Hüseyn Şərifovun «Ümid verən yazıçı»,
Mehdi Hüseynin «Bir nasir haqqında», H.Orucəlinin
«Həyata doğru», O.Sarıvəllinin «İntizar», M.Arifin
«İntizar», M.Cəfərin «İntizar» tamaşası haqqında» və s.
məqalələr İ.Əfəndiyevi geniş oxucu kütləsinə tanıtmaqda
mühüm rol oynamışdır.
Bundan əlavə, Azərbaycan Yazıçılar İttifaqının xüsusi
iclaslarından birində yazıçı İ.Əfəndiyevin yaradıcılıq
hesabatının dinlənilməsi və burada S.Vurğunun,
M.Hüseynin,
Ə.Məmmədxanlının,
Ə.Ağayevin,
H.Orucəlinin və başqa sənətkarların, tənqidçilərin çıxış
edib xoş sözlər söyləmələri, ciddi təhlillərlə obyektiv
fikirlər demələri, maraqlı mülahizələr irəli sürmələri
İ.Əfəndiyevin yaradıcılığına olan maraqdan və diqqətdən
irəli gəlirdi.
O dövrün ədəbi tənqidinin İlyas Əfəndiyevin
yaradıcılığına münasibəti barədə görkəmi tənqidçi,
Dostları ilə paylaş: |