XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə28/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   24   25   26   27   28   29   30   31   ...   99

102
Binnət Nəsibov,
 Azərbaycan Yazıçılar Biriyinin üzvü,
 “Qızıl qələm” mükafatı laureatı
“PAYIZ DUYĞULARI” MÜƏLLİFİ 
XANƏLİ KƏRİMLİ
Xanəli Kərimli deyəndə müasir ədəbiyyatımızda çox rast 
gəlinən və bu imza altında,sözün əsl mənasında, özünü təsdiq 
edərək  oxucu  rəğbəti  qazanmış  qüdrətli  qələm  sahibləri  sı-
rasında  yorulmaq  bilmədən  mətin  addımlarla  irəliləyən  bir 
sənətkar  görürük.  Hansı  mövzuya  müraciət  etməsindən 
asılı  olmayaraq,  Xanəli  Kərimli  sözü,  necə  deyərlər,  muma 
döndərib istədiyi şəklə sala bilir, daha doğrusu, dəfələrlə ayrı-
ayrı qələm sahibləri tərəfindən dönə-dönə işlənmiş sözə yeni 
“don geyindirməyi” M.Füzuli demişkən, sözə “can verməyi”, az 
sözlə çox məna tutumu yaratmağı bacarır.
Mən  onun  haqqında  yazdığım  məqalələrin  birində  belə 
bir  fikir  söyləmişəm:  “Təpədən  dırnağa  qədər  xalqa  bağlı  olan 
Xanəli Kərimli şeirlərinin əsas mövzusu və qayəsi Vətən və millət 
notunda köklənmiş bir kamanı xatırladır və bu kamanın Habil bar-
maqları ilə çalındığını güman edən oxucu qəlbən inləyə-inləyə həayt 
hadisələrini  dərk  etməyə,  onun  çətin  və  dolaşıq  labirintlərindən 
keçməyə başlayır, bu avaz altında saflaşır, mübarizləşir”. Mən bu 
fikrimdə bu gün də qalır və zənn edirəm ki, Xanəli müəllim 
elə belədir, nə qədər ömrü var, qələm əlindədir, elə belə də 
olacaq.
Bu  yaxın  günlərdə  işıq  üzü  görmüş  “Payız  duyğuları” 
kitabı da əvvəlki kitablarında olduğu kimi, bu fikri bir daha 
təsdiq edir. 
Yazılı  ədəbiyyatımız  nə  qədər  inkişaf  etsə  də,  onun 
kökündə,  dərinliklərində  xalq  ruhundan  qidalanmış  şifahi 
ədəbiyyatın rahiyəsi durur və hər vaxt bizi çulğalayır. Onun 
ön söz yerinə verilmiş “Ata bir nağıl kitabı (roman, povest... deyil, 
məhz nağıl – B.N.) tap, oxuyaq”, - deyən uşaq istəyi də buna 
gözəl sübutdur.


103
Uşaq istəyinə cavab verən ata deyir:
Mən özüm canlı bir kitabam, bala,
Hələ oxunmayıb bir xəttim belə.
Oxunsam, görərlər qaya ömrümü
Necə əritmişəm mən gilə-gilə.
Bəli, şair Xanəli Kərimli ümmanlar içində dayanaraq, sərt 
küləllərə,  quduz  dalğalara  sinə  gərməyi  bacaran,  “qaya  öm-
rünü” gilə-gilə əridib özünün kimliyini, nəyə xidmət etdiyini 
təsdiq edib.
“Azərbaycan”  şeirində:  “Tariximin  şəhid  yaşı,  şahidləşən 
Azər baycan; Müəmmmalı oyunların baş qurbanı, Azərbaycan; Ağ-
saçlı bir ana kimi darda qalan Azərbaycan; ...Biz özümüz özümüzə 
qənim  olduq,  Azərbaycan;  Haqlı  ikən  haqsızlaşan,  haqqı  talan, 
Azərbaycan” və s. deyən şair vətənimizin başına zaman-zaman 
gələnləri  sadalamaqla  sanki  ürəyini  “boşaldır”,  lakin  birdən 
qeyzə gəlir... “Dərdlərinin çarəsi də sən özünsən, Azərbaycan; Can 
verən  xalq,  qan  verən  xalq  yaşayacaq, Azərbaycan”,  -  qənaətinə 
gəlir və:
Şərəfsiz bir ömür sürmək, aləm bilir, sənə yaddır,
Bir şərəfli ömür üçün ayağa dur, Azərbaycan!
Daha bıçaq sümükdədir, taleyinə özün qol çək,
Əyninə gey kəfənini, kəfəni qan Azərbaycan! 
- deyir və vətənimizə ayağa qalxıb öz müqəddəratını özü 
həll  etməyi  məsləhət  görür.  “Azərbaycan  bayrağı”  şeirində 
oxuyuruq:
Mənim başımın üstə,
İki səcdəgahım var:
- Biri - uca Allahım,
Biri - yenməz bayrağım!
Şair “Onu zaman doğmuşdu” şeirində ümummilli lideri-
miz Heydər Əliyev haqqında yazır:


104
O, dünyaya gələndə
Təkcə özü ağladı.
Dünyadan köçəndəsə,
Cahan qara bağladı.
O, bir Tanrı elçisi,
O, bir Göy adamıydı.
Hava kimi, su kimi,
Hələ yaşamalıydı.
O, Ali Baş Komandan,
Həm də bir əsgər idi.
Siyasət meydanında,
Alınmaz səngər idi.
...Heydər kimi bir düha,
Yetiribdirsə bu xalq,
Bu xalqa ölüm yoxdur,
Əbədi yaşayacaq!
“Öz dilimsən” şeirində şair Azərbaycan dilinin əsrlərin sı-
nağından çıxıb bu günümüzə qədər gəlib çatmasından, lakin 
nə qədər təzyiqlərə məruz qalsa da, xalq tərəfindən qorunub-
saxlanılmasından söz açır:
Mənim dilim!
Tarix boyu vətənimə
şərikləşən tapılsa da,
Sən əzəldən vətən kimi şəriksizsən –
Öz dilimsən!..
Öz dilimsən!..
Xalqımız  tarix  boyu  çox  bəlalara  düçar  olub,  azadlıq  və 
istiqlaliyyət  yolunda  şəhidlər  verib.  Müstəqillik  yoluna  qə-
dəm  qoyduğumuz  bir  vaxtda  vətən  oğullarımızın  nahaq 
qanı  axıdıldı,  saysız-hesabsız  şəhid  verdik.  Bu,  yaradıcı  bir 


105
adam, ürəyi vətən və xalq üçün döyünən bir şair kimi Xanəli 
Kərimlinin də ağrılı yeridir. Şəhidlər Xiyabanını ürək ağrısı 
ilə gəzən şair yazır:
Burda daşa dönüb əsrin yaddaşı,
Burda heykəlləşib nakam ömürlər.
Burda korun-korun yanıb-yaxılır,
Yaralı ürəklər, dərdli könüllər.
Bir ana saç yolur qəbir üstündə,
Kasıbçılıq yağır əyin-başından.
Bir ata baş qoyub bir başdaşına,
Min əzab duyulur baxışlarından.
Bir bacı heykələ dönübdü, sanki,
Qardaş məzarının astanasında.
Bir əliqabarlı qardaş diz çöküb
Şəhid qardaşının qəbri yanında.
...Baxıram şəhidlər məzarlığında, 
Bir “adlı-sanlı”nın balası yoxdur.
Ömrü boyu xalqı talayanlara
Niyə bu Allahın bəlası yoxdur?!..
Sən demə, vətənin namus-qeyrəti,
Kasıb-küsubların isməti imiş.
Vətənin varınsa yedirtmək, yemək
“Tirboyunlular”ın qisməti imiş.
İnsan  olan  kəs  məqsədsiz-məramsız  yaşamaz.  Şair  bu 
barədə yazır:
Məqsədsiz, məramsız yola çıxanda,
Adam sərsəriyə dönür bir anda.
Yaşamaq cəhənnəm rənginə çalır,
Közərir ürək də, soyuyur qan da.


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə