XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə36/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   32   33   34   35   36   37   38   39   ...   99

137
Sonda şair Xanəl Kərimli muxtar respublika rəhbərliyinə, 
universitet  kollektivinə  və  yubiley  təşkilatçılarına  dərin 
minnət darlığını çatdırmış, yeni şeirlərindən oxumuşdur.
Naxçıvan Dövlət Universitetinin “Fikir”
bülleteni, 2012, N 4, s.36.
“İLK SÖZÜM, SON SÖZÜM ŞEİRLƏRİMDİR...”
(Şair Xanəli Kərimlinin 60 illiyinə 
həsr edilmiş yubiley tədbiri)
Naxçıvan  Dövlət  Universitetində  Naxçıvan  Muxtar  Res-
publikasının  əməkdar  müəllimi,  Azərbaycan  Yazıçılar  Bir-
liyinin  üzvü,  filologiya  üzrə  fəlsəfə  doktoru,  şair  Xanəli 
Kərimlinin  60  illiyinə  həsr  edilmiş  yubiley  tədbiri  keçiril-
mişdir.  Tədbirdə  çıxış  edən  universitetin  rektoru,akademik 
İsa  Həbibbəyli  müasir  Azərbaycan  poeziyasının  inkişaf 
istiqamətlərindən,  ədəbi  proseslərdən,  Naxçıvan  elmi-ədəbi 
mühitinin  tanınmış  simalarının  bədii  yaradıcılığından  bəhs 
etmişdir.
Qeyd  olunmuşdur  ki,  Xanəli  Kərimli  müstəqillik  dövrü 
ədə biyyatımızın  vətəndaşlıq  lirikasının  tanınmış  nümayən-
dələrindən  biridir.  Onun  şeirləri  müxtəlif  dillərə  tərcümə 
və  nəşr  olunmuş,bununla  da  müasir  ədəbiyyatımızı  Yaxın 
Şərqdə  də  tanıtmışdır. Akademik  İsa  Həbibbəyli  şairin  ma-
arifçi poetik baxışlarından, poetik duyum tərzindən, tənqidçi-
pedaqoq kimi çoxşaxəli fəaliyyətindən danışaraq yubiliyarı kol-
lektiv adından təbrik etmişdir. Xanəli Kərimli çoxillik səmərəli 
fəaliyyətinə görə Naxçıvan Dövlət Universitetinin Fəxri Fərmanı 
ilə təltif olunmuşdur.
Şairin  yaradıcılığının  ardıcıl  təbliğatçılarından  olan  uni-
versitetin  elmi  kitabxanasının  direktoru,  filologiya  üzrə 
fəlsəfə  doktoru  Aypara  Behbudova  məruzəsində  “Ay  işı-
ğında”,  ”Anamdan  məktub”,  ”Bu  da  bir  nağıldı...”,  ”Mənə 
elə  gəlir  ki”,  ”Duyğularım,  düşüncələrim”  şeir  kitablarının 


138
müəllifi Xanəli Kərimlini poetik təfəkkür aləmində orijinallığı 
ilə seçilən, əqidəsi, poetik amalı ilə həqiqi Vətən övladı olan 
şair  kimi  qiymətləndirmiş,  onun  yaradıcılığı  barədə  ətraflı 
məlumat vermişdir.
AMEA  Naxçıvan  Bölməsinin  sədri,  akademik  İsmayıl 
Ha cıyev  yubiliyarın  siyasi  lirikasından,  poeziyasının  fəlsə-
fəsindən,  elmi  tədqiqatlarından,ictimai  publisistikasından 
bəhs  etmiş,onun  aforizmlərinin  xüsusi  məna  çalararından, 
yaradıcılığındakı  etnoqrafik  nümunələrdən,  folklora  bağlı-
lıqdan, Vətənə, xalqa mə həbbət duyğularının tərənnümündən 
söz açmışdır.
Naxçıvan  Muxtar  Respublikası  Yazıçılar  Birliyinin  sədri 
Asim  Yadigar,  universitetin  “Qeyrət”  nəşriyyatının  direk-
toru,  tarix  üzrə  fəlsəfə  doktoru  Vaqif  Məmmədov  çağdaş 
Azərbaycan  poeziyasının  istedadlı  ümayəndəsi,  tanınmış 
ədəbiyyatşünas alim və pedaqoq Xanəli Kərimlinin şəxsiyyəti 
ilə  yaradıcılığının  vəhdət  təşkil  etdiyini  vurğulayaraq  şair 
həmkarını təbrik etmiş, ona yeni-yeni yaradıcılıq uğurları ar-
zulamışlar. Qeyd olunmuşdur ki, Xanəli Kərimlinin haqqın-
da  “Şairə  məktub”,  ”Sözün  Əlincə  qalası”  adlı  məqalələr 
məcmuələrindən də göründüyü kimi onun yaradıcılığı artıq 
ədəbiyyatşünaslıq predmetinə çevrilməkdədir.
Tədbirdə  Azərbaycan  Yazıçılar  Birliyinin  və  Naxçıvan 
Muxtar  Respublikası  Yazıçılar  Birliyinin  təbrikləri  səslən di-
rilişdir.
Azərbaycanın xalq artistləri Rza Xudiyev və Həsən Ağa-
soy şairin şeirlərindən ibarət ədəbi-bədii kompozisiya təqdim 
etmiş, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, aşıq 
Tural Bağirov və Prezident mükafatçısı, muğam ustası Hünər 
Əliyevin ifaları alqışlarla qarşılanmışdır.
Sonda şair Xanəli Kərimli Naxçıvanda elmi-ədəbi mühitə 
gös tərilən yüksək qayğıya görə dərin minnətdarlığını bildir-
miş,yeni şeirlərini oxumşdur.
Mehriban Sultan,
 “Şərq qaısı”qəzeti, 3 dekabr, 2011-ci il.
 


139
SÖZÜN ƏLİNCƏ QALASI
“Qanun”  nəşriyyatı  2011-ci  ildə  tanınmış  şair,  Naxçı-
van  Dövlət  Universitetinin  müəllimi,ədəbiyyatşünas  alim, 
Naxçıvan  MR-in  əməkdar  müəllimi,  filologiya  üzrə  fəlsəfə 
doktoru  Xanəli  Kərimlinin  “Sözün  Əlincə  qalası”  kitabı-
nı  çap  etmişdir.  Şair-alim  Xanəli  Kərimli  haqqında  yazıl-
mış  məqalələrin,müxtəlif  mətbu  orqanlarında  söylənmiş 
fikirlərin, müəllifə ünvanlanmış məktublardan nümunələrin 
verilməsı kitabın oxucular üçün dəyərli olduğunu,insanların 
şəxsiyyət kimi formalaşmasında böyük əhəmiyyət kəsb etdi-
yini göstərir. İnanırıq ki, akademik İsa Həbibbəylinin “Xanəli 
Kərimli yeni dövr Azərbaycan şeirində vətəndaşlıq lirikasının əsas 
yaradıcılarından biridir”, professor Camal Mustafayevin “Şair 
Xanəli Kərimlinin gözəl poeziyası ilə şəxsiyyəti təbiətən bir-birini 
şərtləndirir, tamamlayır” ədəbi-nəzəri düşüncələri də şair-alim 
Xanəli Kərimlinin poeziyasını və elmi fəaliyyətinin uğurlarını 
öyrənməkdə, tədqiq etməkdə obyektiv yanaşma mövqeyidir, 
alim məntiqinin gücünün ifadəsidir.
 
Sumqayıt Dövlət Universiteti,
“Elmi xəbərlər”, cild 8, 2012, N8.
 
MƏQAƏLƏR TOPLUSUNUN İŞIĞINDA
Qədim Naxçıvanda yaşayıb-yaradan tanınmış şaır və ədə-
biyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Xanəli Kərimlinin 
özünəməxsus  yaradıcılığı  haqqında  qələm  dostlarının,  ədə-
biyyat  və  incəsənət  xadimlərinin  ürək  sözlərindən,  ayrı-ay-
rı  illərdə  qə ləmə  aldıqları  məqalələrdən  seçmələri  özündə 
əks  etdirən  “Xanəli  Kərimli:  Sözün  Əlincə  qalası”  toplusu 
bu günlərdə “Qanun” nəşriyyatı tərəfindən işıq üzü görüb. 
Akademik  İsa  Həbibbəyli,  professorlar  Camal  Mustafayev, 
Maarifə Hacıyeva, filologiya elmləri doktorları Adil Bağırov, 
Həmid Əliyev,Muxtar Kazımoğlu, SevindikVəliyev, filologi-


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə