XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə34/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   30   31   32   33   34   35   36   37   ...   99

129
keçərkən,  qəlbini  paralayan  şəhid  çöhrələri,  onun  qəlbində 
yaratdığı acı təəsüratları sezir. Burada şəhidlərin daşlaşmış, 
heykəlləşmiş nakam ömrünü əsrin yaddaşına yazmaqla şair 
öz təlatümlərindən yaxa qurtarmaq istəyir. 
 
Burda daşa dönüb əsrin yaddaşı, 
Burda heykəlləşib nakam ömürlər. 
Burda korun-korun yanıb-yaxılır
Yaralı ürəklər, dərdli könüllər.
İkinci bənddə şairin qəmi daha da artır. Şəhid məzarı üs-
tün də ağlayan, saçlarını yolan ananın, oğlunun başdaşına baş 
söykəyən  atanın,  digər  tərəfdə  şəhidin  pərişan  bacı  və  qar-
daşının bədii portreti çəkilmişdir. Şairin qəmi artıq növbəti 
bəndlərdə  şiddətlənir.  Artıq  şeirdə  söz  satirik  mövqe  tu-
tur.  Şeirdə  dırnaqarası  vətəndaşlar  tənqid  atəşinə  tutulur 
və  Məmməd  Arazın  dediyi  kimi  xalqa  “vətəndaş”  yox,  hər 
zərrəsində vətənin bir ünsürünü daşıyan “vətənin daşı” olma-
ğı arzulayır. 
Bir ana saç yolur qəbir üstündə,
Kasıbçılıq yağır əyin-başından.
Bir ata baş qoyub bir baş daşına
Min əzab duyulur baxışlarından.
Bir bacı heykələ dönübdü sanki,
Qardaş məzarının astanasında. 
Bir əli qabarlı qardaş diz çöküb,
Şəhid qardaşının qəbri yanında. 
Nəhayət.  şair  sonda  bütün  qəm-qüssəni  kənara  atır, 
gələcəyə  doğru  ümidlə  baxaraq  “qanınız  yerdə  qalmayacaq” 
məzmunlu aşağıdakı misraları deyir. Bu misraları həm də şe-
irin “şah beyt”i adlandırsaq, yanılmarıq.
Ancaq yavaş-yavaş yüksələn yeni
Yumruqlar açacaq bu düyünləri...


130
X.Kərimlinin  şeirlərindəki  orijinallığın  səbəbi  misraların 
onun xəyal gücünün məhsulu deyil, məhz, ətrafında şahidi 
olduğu  hadisələrdən  bəhrələnməsidir.  Bu  cəhətdən  şair  ro-
mantik  yox,  realistdir.  Bu  xüsusun  gözləmilməsi  oxucuya 
həqiqəti aşılayır və ona poetik zövq verir.
Şairin 2000-ci ildə Ankarada olarkən yazdığı, özünün də 
dediyi kimi “Azərbaycan xalqının böyük öndərlərindən biri olan 
Məmməd Əmin Rəsulzadə”yə həsr etdiyi “Harda Azərbaycan 
bayrağı  qalxsa”  şeiri  də  gözəl  vətən  lirikası  nümunəsidir. 
Şair  M.Ə.Rəsulzadənin  məzarını  “Əsrin  məzarlığı”nda  yad 
edərək  ona  şeirdə  öz  ehtiramını  obrazlaşdırmışdır.  Şeirin 
adında da M.Ə.Rəsulzadənin “Bir kərə yüksələn bayraq, bir daha 
enməz” şüarı da göstərilmişdir. Bu şeir də şairin yuxarıdakı 
şeirləri kimi yüksək vətəndaşlıq pafosu, vətəndaşlıq duyğula-
rı ilə seçilir. Burada Rəsulzadənin məzarı önündən keçərkən, 
şairin ürəyində yaranan isti-isti duyğular qələmə alınmışdır.
Gəzdim məzarlığı qarışbaqarış,
Gözümün heyrətdən saraldı kökü.
Bir məzar qəhrini çəkə bilmirəm,
Sən necə çəkmisən bir millət yükü.
Şair qürbət eldə Azərbaycan həsrətilə boylanan bu məzarın 
onun  qəlbində  oyatdığı  təəsüratları  təbii  və  bədii  boyalarla 
ifadə etmişdir.
Xanəli Kərimlinin “Payız duyğuları kitabının ikinci his-
səsi “Mən tövbələr qapısıyam” adlanır. Bu hissədə toplanmış 
şeirlərin əksəriyyəti dini-irfani, mənəvi- əxlaqi mövzuda ya-
zılmışdır. 
X.Kərimlinin şeirlərini təhlil edən professor Camal Mus-
tafayev yazır: ”Şairin sufilik düşüncə tərzi saf dindarlıqla daxilən 
qovuşur.Ruhunda  Allah  ideyasıını  dərk  edən,  kamilliyə  yönəldən 
sufi eyni zamanda səmimidir”. 
Bəli,  şairin  belə  şeirlərində  birbaşa  dini  ehkamlar  deyil, 
insanı paklaşdıran fikirlər yer alır. “Mən buyruq quluyam”, 
“Tanrının  günahkar  bənsədi-şair”,  “Allah”,  “Dua”  və.s. 


131
şeirləridir. “Dua” şeirində Allahla bəndə arasında ola biləcək 
ən irfani fikirlər qələmə alınmışdır. 
 
Daşı tərəziyə düz qoyan Allah,
Sən dağıt yolumdan dumanı, çəni.
Hər bəndə qəlbində iz qoyan Allah,
Düşmən qabağında xar etmə məni.
Dördüncü  bənddə  şair  cəmiyyətdə  olan  naqisliklərdən, 
eybə cərliklərdən söz açır. Bir tikə dünya malına aldanıb in-
sanlıqdan uzaq düşmüş insanların halı göstərilmiş və yenə də 
çıxış yolunu Allahda görmüşdür.
 
Aldanıb bir tikə dünya malına 
İnsan uzaq düşüb insanlığından.
Uyubdu dünyanın qeylü-qalına,
Baxışında qəzəb, fikrində də qan.
Kitabın üçüncü - ”Dünya və mən” hissəsində, onun uşaq-
lıq illərində başına gələn əhvalatın səbəb olduğu və 25 ildən 
çox müddətdən sonra qələmə aldığı “Küçə iti” adlı şeiri yer 
alır. Şair öz xatirələrində bu haqda belə yazır: “...Qonşu obadan 
köç bizim obadan keçəndə, necə oldusa, bir it köçdən azıb qaldı. Bu 
it ilk vaxtlar özünü məğrur aparır, oba itlərinin gözünün odunu 
alırdı. Az keçəndən sonra sahibsizliyini duydu, doğmalıq görmədi, 
yavaş-yavaş mutiləşdi, yazıqlaşdı. Bir tikə çörəkdən ötrü quyruq bu-
ladı”. Bu əhvalatın məhsulu olan bu şeirdə, şairin həmin itə 
acımasından deyil, it xislətində yaşayan insanların durumun-
dan söhbət açılır. İtin bu vəziyyəti sanki, insanlar üzərinə kö-
çürülmüşdür.
 
Bir vaxtlar atlniı salardın atdan,
Elatı saxlardın oğrudan, yaddan.
Bir quş da qorxundan səkməzdi yurddan,
İndi üz-gözündən tulalıq yağır.


132
Şairin öz anasının xatirəsinə həsr etdiyi, övladın ana üçün 
düşündüyü ən sərrast, obrazlı-emosional fikirlərin yer aldığı, 
sadə, aydın, yığcam bir dillə ifadə edilən şeiri “Payız duyğu-
ları” kitabının “Başımın tacı torpaq” hissəsindəndir. Şair şeirdə 
obrazlı sözün çəkisini artırmış, ana üçün yazılmış bütün şeirlər 
kimi sanballı əsər yaratmışdır. Öz doğum günündə vəfat et-
miş anasının, hansı ki, özünün də dediyi kimi, “hərarətilə tor-
pağı oyadan” ana cəsədinin tərənnümü verilmişdir.
 
Mənim ad günümdə, doğum günümdə,
Sən köçdün gor adlı təzə mənzilə.
Canına can gəldi sanki yerin də,
Ana cəsədinin hərarətiylə.
Sonrakı  bəndlərdə  anasının  vaxtı  ilə  ona  dediyi,  hər  bir 
ananın öz övladı üçün arzuladığı xoş arzuları qələmə alınmış-
dır. Gözü heç vaxt dünya malında olmayan, həyatda yalnız öz 
övlarları üçün yaşayan, övladlarından maddiyyat ummayan 
ana, övladına mənəviyyat adamı olmasını arzulamışdır.
 
Deyərdyn,gözüm yox dünya varında, 
Sizdən də ummuram bir çürük dənə,
Təki sağ sadənız gəlsin, ay bala,
Təki siz çıxasız xoşbəxt, ağ günə.
Xanəli  Kərimlinin  “Payız  duyğuları”  kitabının  beşinci 
hissəsi  “Hələ  gec  deyil”  adlanır  ki,  bu  hissədə  “Yaşadıq  bu 
günü yarıyuxulu” adlı şeiri diqqqəti cəlb edir. Çox güman ki, 
şairə sevgi haqqında şeir yazmaq sifariş edilib və o da cava-
bında aşağıdakı misraları demişdir:
 
Məndən sevgi şeiri istəyən qardaş,
Ruhum o aləmlə vidalaşıbdır. 
Şair  sanki  bu  deyimlə  dillərə  dastan  olan  ilahi  sevgidən 
əsər-əlamət  qalmadığını  bildirir.  Sonrakı  misralarda  o,  ona 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə