XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə32/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   28   29   30   31   32   33   34   35   ...   99

120
Yazdığı  şeirlər  oxucunu  düşündürür,  sözün  müqəddəsliyi 
aydın görünür. Fikir və fəlsəfənin dərinliyi özünü büruzə verir.
X.Kərimliyə görə fikir və fəlsəfə nə qədər dərin olursa ol-
sun, eyni zamanda saf və aydın olmalıdır ki, hamı başa düş-
sün.
Oxucuya nəsihət verərək yazır:
“Günəş olmasan da, şam ol ki, heç olmasa, bir kasib koması sənin 
işığınla nura qərq olsun”.
X.Kərimli  Nizamidən,  Füzulidən,  Nəsimidən  güc  alır. 
Fikir lərini sərrast və düşündürücü şəkildə ifadə etməyi baca-
rır. O, poetik dildə inqilab edərək yazır:
Əl çalmışıq - 
Vətən üçün ölənə də.
Əl çalmışıq -
Vətənimi bölənə də.
Əl çalmışıq diri ikən ölümüzə,
ölü ikən dirimizə...
Poeziyada  qəmin,  kədərin  bolluğu  aydın  şəkildə  özünü 
gös tərir. 
Bu  onun  həyata  baxışının  səmimiliyindən  irəli  gəlir. 
Yüksək insani duyğularından bəhrələnir. Onun fikrincə, in-
san qəm, kədər və dərddən xilas ola bilməz.
Məni silkələmə,
silkələsən sən,
üstümdən, başımdan dərd töküləcək.
Dünyanın üzünü su alan kimi,
dünya dərd içində ölüb gedəcək.
Yazıqdı, bu dünya,
Hünər ona ki,
mən tək dərd ümmanın üstə gəzdirir.
Bir damlam düşəndə bu yer üzünə,
Bir damla əzabım onu bezdirir.


121
X.Kərimli vətən sevgisi, vətən ağrısı ilə fikrini belə ifadə 
edir:
“Bir vaxt dünya boyda olan Azərbaycan,
indi papaq boyda qaldın”.
O,  zaman-zaman  millətimizin  başına  gətirilən  oyunları, 
əlif bamızın dəfələrlə dəyişdirilməsini bir ürək ağrısı ilə poe-
tik dildə belə ifadə edir:
Dədəmin xətti
Gültəkin-abidəli,
Babamın xətti 
ərəb qiyafətli,
Atamın xətti - latın,
Mənim xəttim - kiril,
Oğlumun xətti-
“yenilənmiş” latın...
Dedilər:” İtməlidir 
əslin,
kökün, 
zatın”.
Dedilər də,
etdilər də!...
İndi 
nə oğlum məni,
nə mən atamı,
nə atam babamı, 
nə də
babam dədəmi 
anlaya bilmir...
Xeyirlə şərin eyni zamanda mövcud olduğunu, iddia edir 
və onların birinin digərsiz təzahür edə bilmədiyini poetik for-
mada belə ifadə edir:


122
Beş hərfdir “bəşər” sözü,
İkisi haqq, üçüsə şər.
Tək bir kəlmə sözdə belə
Üz-üzədir xeyirlə şər.
Onun  poeziyasında  özünü,  dünyanı  yüksək  səviyyədə 
dərk etdiyi aydın duyulur.
Onun fikrincə, “Etiraf özünüdərkin təzahürüdür”.
X.Kərimli aforizmlərinin birində yazır:
O xalqın yoxdursa düşünən başı,
Onun qalmayacaq daş üstə daşı.
Ağrı- acılarını poetik dildə ifadə edən şair maddi və mə-
nəvi dünyadan yazır. İnsanın mürəkkəb varlıq olduğunu de-
yir. İnsan təbiətinin rəngarəng mənzərəsini yaradır.
Tərəzi başında durubsa oğru,
Tərəzi heç zaman işləməz doğru.
-deyərək gileylənir.
O, ürək ağrısı ilə bacısına ünvanladığı şeirində yazır:
Keçən keçdi,əlim yetməz,
Sənsiz məni anan hanı?
Bir şam kimi dərdim bitməz,
Sən tək məni qanan hanı?
Gözdən-könüldən uzağam,
Yağı tükənmiş çırağam, 
Mən də beş günlük qonağam,
Bir halımı soran hanı?
Dünyadan gileylənir X.Kərimli beləcə.
Yaşadığı  dünyanın  taleyini  düşünür.  Adamları  həyatın 
saflığını qoruyub saxlamağa çağırır.


123
Əyri xətlər kimi əyri adamlar
Birləşə bilirlər istədiyi an.
Paralel xətlərtək düz adamlarsa,
Birləşə bilmirlər heç vaxt, heç zaman.
O fəlsəfi söz dünyasında dolaşa-dolaşa dünya ədəbiyya-
tının zirvəsinə doğru addımlayır beləcə. Bu işdə ona uğurlar 
arzulayıram.
 Vilayət Nəsirli, “Gərək Haqqa düz olasan”,
 “Naxçıvan”, 2015, səh.8 -13
2
 AĞRILARLA DÖYÜŞƏN ŞAİR – 
XANƏLİ KƏRİMLİ
Xanəli  Kərimli  fikir  və  hissləri,  yazı  maneraları,  ideo-
matik  ifadələri  yerli-yerində  olan  bir  filosof  şairdir.  Onun 
müqəddəs torpağa, xalqa, Vətənə bağlılığını tərənnüm edən 
şeirləri oxucuda mənəvi həzz yaradır. Bu həzzin mayası onun 
şair  fikirlərində  özünü  çox  parlaq  şəkildə  göstərir.  Onun 
şeirlərini, hissiz, həyə cansız oxumaq olmur. O, sözün qüdrəti 
ilə oxucunu ecazkar bir aləmə aparır.
Bədii sözün qüdrəti, incəliyi, böyüklüyü qarşısında oxu-
cunun könlünün dərinliklərinə işləyir, qəlbini riqqətə gətirir. 
Misralar ürəkdən gəlir, qəlbin dərinliklərindən süzülüb ürək-
ləri fəth edir. Onun poeziyasına hopmuş hikmətlər, təzadlar, 
emosional  gərginlik  Xanəli  şeirinə  xüsusi  rəng  verir,  bədii 
sözün  qüdrətini  artırır.  Dərd  onun  başı  üzərində  şahlıq  et-
diyi bir vaxtda o, bundan cuşa gələrək böyük sənət əsərləri 
yaradır. Bu dərd, bu kədər onun qəlbini ilhama, ehtirasa və 
riqqətə gətirir, onu alovlandırır. O, dünya boyda kədəri, dərd 
yükünü ürəyində gəzdirən bir şairdir. Onun poeziyası ağrılı, 
sərt və döyüşkəndir.
Ən çətin anlarda belə daxilində baş qaldıran dərdlə mü-
barizə  ruhu  duyulur  misralarında.  Xalqı  ayağa  qaldırmaq, 


124
həqiqəti  üzə  demək  onun  daxilindən  gəlir,  onun  daxili 
qüdrətindən, məramından qidalanır və baş qaldırır.
İnsanlarda vətənin azadlığını görmək, mübarizə meydanı-
na atılmaq ruhu aşılayır.
Onun misralarından şeirlərinin dəyəri, əzəməti duyulur.
Şeirlərindəki haray, dərd, göz yaşları oxuyanların mürgü-
lü ruhunu oyadır.
Saçlarına qar yağan X.Kərimli dost məclislərində söz de-
yən, başqalarından fərqlənən bir insandır, şairdir, filosofdur.
Həmişə  onun  haqqında  söz  düşəndə  deyirəm  ki,  onun 
şeirlərində Şəhriyar ruhu, X.Rza ruhu, M.Araz ruhu duyulur. 
Mübarizliyi onun qanından, onun iliyindən gəlir. Nəsimidən, 
Yunis İmrədən güc aldığı aydın görünür.
Öz taleyi ilə barışanlara, ancaq öz şəxsi rahatlığı üçün əllə-
şənlərə  üz  tutur,  şimşək  kimi  çaxmağa  çağırır.  Əsərlərində 
sevinclə göz yaşının, xoşbəxtliklə dərdin bir-birini tamamla-
ması aydın görünür. Poeziyasında üslub, deyim tərzi, xüsu-
si  bir  mövqe  özünü  göstərir.  Başı  müsibətlər  çəkmiş  xalqın 
taleyinə  acıyan  şair  öz  yaradıcılığında  bunu  çox  məharətlə 
ifadə edir:
“Qeyrət qılıncımız pas arsa qında,
Bizə məzarlıqçün torpaq da qalmaz”,
-misraları insanı riqqətə gətirir.
O, “bu boyda faciəsi olan bir millətin övladlarının başlarına pa-
paq qoyub şax-şax gəzməyə haqları yoxdur”, - deyir.
Vətənin, xalqın dərdi, kədəri, sevinci onun qəlbini ilhama, 
ehtizaza gətirir və qələmindən damla-damla süzülür, coşqun 
çaya çevirir.
“Azərbaycan” şeirində yazır:
Bəsdi daha özgələrdən çarə umdun dərdinə sən,
Dərdlərinin çarəsi də sən özünsən, Azərbaycan!
...Daha bıçaq sümükdədir, taleyinə özün qol çək,
Əyninə gey kəfənini, kəfəni qan Azərbaycan!..


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə