120
Yazdığı şeirlər oxucunu düşündürür, sözün müqəddəsliyi
aydın görünür. Fikir və fəlsəfənin dərinliyi özünü büruzə verir.
X.Kərimliyə görə fikir və fəlsəfə nə qədər dərin olursa ol-
sun, eyni zamanda saf və aydın olmalıdır ki, hamı başa düş-
sün.
Oxucuya nəsihət verərək yazır:
“Günəş olmasan da, şam ol ki, heç olmasa, bir kasib koması sənin
işığınla nura qərq olsun”.
X.Kərimli Nizamidən, Füzulidən, Nəsimidən güc alır.
Fikir lərini sərrast və düşündürücü şəkildə ifadə etməyi baca-
rır. O, poetik dildə inqilab edərək yazır:
Əl çalmışıq -
Vətən üçün ölənə də.
Əl çalmışıq -
Vətənimi bölənə də.
Əl çalmışıq diri ikən ölümüzə,
ölü ikən dirimizə...
Poeziyada qəmin, kədərin bolluğu aydın şəkildə özünü
gös tərir.
Bu onun həyata baxışının səmimiliyindən irəli gəlir.
Yüksək insani duyğularından bəhrələnir. Onun fikrincə, in-
san qəm, kədər və dərddən xilas ola bilməz.
Məni silkələmə,
silkələsən sən,
üstümdən, başımdan dərd töküləcək.
Dünyanın üzünü su alan kimi,
dünya dərd içində ölüb gedəcək.
Yazıqdı, bu dünya,
Hünər ona ki,
mən tək dərd ümmanın üstə gəzdirir.
Bir damlam düşəndə bu yer üzünə,
Bir damla əzabım onu bezdirir.
121
X.Kərimli vətən sevgisi, vətən ağrısı ilə fikrini belə ifadə
edir:
“Bir vaxt dünya boyda olan Azərbaycan,
indi papaq boyda qaldın”.
O, zaman-zaman millətimizin başına gətirilən oyunları,
əlif bamızın dəfələrlə dəyişdirilməsini bir ürək ağrısı ilə poe-
tik dildə belə ifadə edir:
Dədəmin xətti
Gültəkin-abidəli,
Babamın xətti
ərəb qiyafətli,
Atamın xətti - latın,
Mənim xəttim - kiril,
Oğlumun xətti-
“yenilənmiş” latın...
Dedilər:” İtməlidir
əslin,
kökün,
zatın”.
Dedilər də,
etdilər də!...
İndi
nə oğlum məni,
nə mən atamı,
nə atam babamı,
nə də
babam dədəmi
anlaya bilmir...
Xeyirlə şərin eyni zamanda mövcud olduğunu, iddia edir
və onların birinin digərsiz təzahür edə bilmədiyini poetik for-
mada belə ifadə edir:
122
Beş hərfdir “bəşər” sözü,
İkisi haqq, üçüsə şər.
Tək bir kəlmə sözdə belə
Üz-üzədir xeyirlə şər.
Onun poeziyasında özünü, dünyanı yüksək səviyyədə
dərk etdiyi aydın duyulur.
Onun fikrincə, “Etiraf özünüdərkin təzahürüdür”.
X.Kərimli aforizmlərinin birində yazır:
O xalqın yoxdursa düşünən başı,
Onun qalmayacaq daş üstə daşı.
Ağrı- acılarını poetik dildə ifadə edən şair maddi və mə-
nəvi dünyadan yazır. İnsanın mürəkkəb varlıq olduğunu de-
yir. İnsan təbiətinin rəngarəng mənzərəsini yaradır.
Tərəzi başında durubsa oğru,
Tərəzi heç zaman işləməz doğru.
-deyərək gileylənir.
O, ürək ağrısı ilə bacısına ünvanladığı şeirində yazır:
Keçən keçdi,əlim yetməz,
Sənsiz məni anan hanı?
Bir şam kimi dərdim bitməz,
Sən tək məni qanan hanı?
Gözdən-könüldən uzağam,
Yağı tükənmiş çırağam,
Mən də beş günlük qonağam,
Bir halımı soran hanı?
Dünyadan gileylənir X.Kərimli beləcə.
Yaşadığı dünyanın taleyini düşünür. Adamları həyatın
saflığını qoruyub saxlamağa çağırır.
123
Əyri xətlər kimi əyri adamlar
Birləşə bilirlər istədiyi an.
Paralel xətlərtək düz adamlarsa,
Birləşə bilmirlər heç vaxt, heç zaman.
O fəlsəfi söz dünyasında dolaşa-dolaşa dünya ədəbiyya-
tının zirvəsinə doğru addımlayır beləcə. Bu işdə ona uğurlar
arzulayıram.
Vilayət Nəsirli, “Gərək Haqqa düz olasan”,
“Naxçıvan”, 2015, səh.8 -13
2
AĞRILARLA DÖYÜŞƏN ŞAİR –
XANƏLİ KƏRİMLİ
Xanəli Kərimli fikir və hissləri, yazı maneraları, ideo-
matik ifadələri yerli-yerində olan bir filosof şairdir. Onun
müqəddəs torpağa, xalqa, Vətənə bağlılığını tərənnüm edən
şeirləri oxucuda mənəvi həzz yaradır. Bu həzzin mayası onun
şair fikirlərində özünü çox parlaq şəkildə göstərir. Onun
şeirlərini, hissiz, həyə cansız oxumaq olmur. O, sözün qüdrəti
ilə oxucunu ecazkar bir aləmə aparır.
Bədii sözün qüdrəti, incəliyi, böyüklüyü qarşısında oxu-
cunun könlünün dərinliklərinə işləyir, qəlbini riqqətə gətirir.
Misralar ürəkdən gəlir, qəlbin dərinliklərindən süzülüb ürək-
ləri fəth edir. Onun poeziyasına hopmuş hikmətlər, təzadlar,
emosional gərginlik Xanəli şeirinə xüsusi rəng verir, bədii
sözün qüdrətini artırır. Dərd onun başı üzərində şahlıq et-
diyi bir vaxtda o, bundan cuşa gələrək böyük sənət əsərləri
yaradır. Bu dərd, bu kədər onun qəlbini ilhama, ehtirasa və
riqqətə gətirir, onu alovlandırır. O, dünya boyda kədəri, dərd
yükünü ürəyində gəzdirən bir şairdir. Onun poeziyası ağrılı,
sərt və döyüşkəndir.
Ən çətin anlarda belə daxilində baş qaldıran dərdlə mü-
barizə ruhu duyulur misralarında. Xalqı ayağa qaldırmaq,
124
həqiqəti üzə demək onun daxilindən gəlir, onun daxili
qüdrətindən, məramından qidalanır və baş qaldırır.
İnsanlarda vətənin azadlığını görmək, mübarizə meydanı-
na atılmaq ruhu aşılayır.
Onun misralarından şeirlərinin dəyəri, əzəməti duyulur.
Şeirlərindəki haray, dərd, göz yaşları oxuyanların mürgü-
lü ruhunu oyadır.
Saçlarına qar yağan X.Kərimli dost məclislərində söz de-
yən, başqalarından fərqlənən bir insandır, şairdir, filosofdur.
Həmişə onun haqqında söz düşəndə deyirəm ki, onun
şeirlərində Şəhriyar ruhu, X.Rza ruhu, M.Araz ruhu duyulur.
Mübarizliyi onun qanından, onun iliyindən gəlir. Nəsimidən,
Yunis İmrədən güc aldığı aydın görünür.
Öz taleyi ilə barışanlara, ancaq öz şəxsi rahatlığı üçün əllə-
şənlərə üz tutur, şimşək kimi çaxmağa çağırır. Əsərlərində
sevinclə göz yaşının, xoşbəxtliklə dərdin bir-birini tamamla-
ması aydın görünür. Poeziyasında üslub, deyim tərzi, xüsu-
si bir mövqe özünü göstərir. Başı müsibətlər çəkmiş xalqın
taleyinə acıyan şair öz yaradıcılığında bunu çox məharətlə
ifadə edir:
“Qeyrət qılıncımız pas arsa qında,
Bizə məzarlıqçün torpaq da qalmaz”,
-misraları insanı riqqətə gətirir.
O, “bu boyda faciəsi olan bir millətin övladlarının başlarına pa-
paq qoyub şax-şax gəzməyə haqları yoxdur”, - deyir.
Vətənin, xalqın dərdi, kədəri, sevinci onun qəlbini ilhama,
ehtizaza gətirir və qələmindən damla-damla süzülür, coşqun
çaya çevirir.
“Azərbaycan” şeirində yazır:
Bəsdi daha özgələrdən çarə umdun dərdinə sən,
Dərdlərinin çarəsi də sən özünsən, Azərbaycan!
...Daha bıçaq sümükdədir, taleyinə özün qol çək,
Əyninə gey kəfənini, kəfəni qan Azərbaycan!..
Dostları ilə paylaş: |