XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə99/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   91   92   93   94   95   96   97   98   99

Torpağını sinəm üstə ələrəm,
Mən dağlarsız yaşamaram, ölərəm.
Ümumiyyətlə,  Xanəli  Kərimlinin  yaradıcılığı  zəngindir, 
ge  nişdir, bu haqda saatlarla danışmaq olar. Qeyd olunduğu 
kimi,  Xanəli  müəllim  100-dən  artıq  publisist,  elmi-publisist 
məqa lələrin  müəllifidir.  Bu  haqda  Azərbaycanın  tanınmış 
gör kəmli  ədəbiyyatşünasları  söyləyiblər.  Onun  yaradıcılığı-
nın müxtəlif aspektləri barədə məqalələr yazılıb. Tədqiq olu-
nub, araşdırılıb. Özünün son dövrdə 6 kitabı işıq üzü görüb. 
Haqqında  üç  kitab-bir  monoqrafiya,  iki  məqalələr  toplusu 
araya-ərsəyə gətirilib. İstər Muxtar Respublikada, istərsə də 
Muxtar Respublikadan kənarda keçirilən bir sıra beynəlxalq 
elmi-ədəbi  konfrans  və  tədbirlərdə  universitetimizi,  geniş 
mənada Vətənimizi çox ləya qətlə təmsil edib.
 Mən fikrimi şairin öz şeiri ilə tamamlamaq istəyirəm: 
Şair Haqqın yolçusudur,
Haqq yolu kəfən yoludur.
Kəfənin özü biçənin,
Yolu da Vətən yoludur.
Xanəli  müəllim,  tutduğunuz  bu  Haqq  yolunda,  Vətən 
yolunda  Sizə  möhkəm  can-sağlığı  arzu  edirəm.  Ömrünü-
zün  müdriklik  və  kamillik  dövrü  olan  60  illik  yubileyiniz 
münasibəti  ilə  çoxsaylı  oxucularınız  adından,  öz  adımdan, 
kitabxana  kollektivi  adından  Sizi  ürəkdən  təbrik  edirik, 
möhkəm  cansağlığı,  yeni-yeni  yaradıcılıq  uğurları  arzulayı-
ram. Arzu edirəm ki, bundan sonra da yeni-yeni əsərlərinizlə 
oxucularınızı sevindirəsiniz. Təbrik edirəm!..
Vaqif Məmmədov (şair, tarix elmləri üzrə fəlsəfə doktoru, 
”Qeyrət” nəşriyyatının direktoru)
Hörmətli  rektor,  hörmətli  qonaqlar,  hörmətli  yubiley  iş-
tirakçıları.  Bu  gün  şair  dostumuz,  qələm  yoldaşımız  Xanəli 
Kərimlinin 60 illik yubileyini mən təkcə Xanəli Kərimlinin ya-
radıcılığına verilən qiymət yox, Muxtar Respublikada çalışan 


377
bir çox ziyalıların, qələm sahiblərinin, o cümlədən, xüsusilə, 
Naxçıvan  Dövlət  Universitetində  çalışan  yaradıcı  şəxslərin 
sənətinə, yaradıcılığına verilən qiymət kimi qiymətləndirə və 
buna  görə  də  universitetimizin  rektoruna  minnətdarlığımı 
bildirirəm. Xanəli Kərimli, məndən əvvəl danışan yoldaşların 
qeyd  elədiyi  kimi, Azərbaycan  şeirində, Azərbaycan  poezi-
yasında özünəməxsus yeri olan, özünəməxsus dəst-xətti olan 
bir qələm dostumuzdur. Artıq o, öz imzasını kifayət qədər ta-
nıdıbdır. Oxucu qəlbinə yol tapıbdır. Xanəli müəllimin belə 
bir beyti vardır:
Kimin ki qəlbində Tanrı eşqi var,
Başı dərin, dibsiz göylərə çatar.
Mən tam məsuliyyətlə deyə bilərəm ki, Xanəli Kərimli qəl-
bində Tanrı eşqi olan şairdir. Bu eşqin içərisində insanlara sevgi 
var.  Torpağa  məhəbbət  var,  vətəndaşlıq  var,  Azərbaycançılıq 
var,  şeirdən  nə  tələb  olunursa,  o  var.  Mən  Xanəli  Kərimlini 
öz  adımdan,  qələm  dostları  adından  ürəkdən  təbrik  edirəm. 
Məndən  əvvəl  danışan  yoldaşlar  onun  yaradıcılığı  haqqında 
geniş danışdılar. Mən Xanəli Kərimlini bir şeirlə təbrik etmək 
istəyirəm: 
Fidanları bağ eylədin bu yolda,
Təpələri dağ eylədin bu yolda,
Qara saçı ağ eylədin bu yolda,
Bu haqqındı haqqa qovuş, düzə çat.
Tale vurdu qanadına, qoluna,
Sən çevrildin söz mülkünün quluna,
Misraların işıq salır yoluna,
Yolları yor, kəlama çat, sözə çat.
Yollar keçdin kinayəli, tənəli,
Ömür daha düzəngaha yönəli,
Altmışına çox güvənmə, Xanəli,
Hünərin var doxsana çat, yüzə çat.
Sağ olun.


378
ŞAİRƏ MƏKTUB” KİTABININ 
TƏQDİMATI
(Naxçıvan Dövlət Universiteti, 2007-ci il, 25 may)
İsa Həbibbəyli: 
Hörmətli  tədbir  iştirakçıları.  Naxçıvan  Muxtar  Respub-
likasının Ali  Məclisinin  Sədri  hörmətli  Vasif  Talıbov  Naxçı-
van  Dövlət  Universitetinin  40  illik  yubileyinin  keçirilməsi 
haqqında Sərəncam imzalayıb. Bu sərəncam Naxçıvan Dövlət 
Universitetinin  inkişaf  yoluna  verilən  qiyməti  gələcək  in-
kişaf  perspektivləri,  yaradıcı  işinə  verilən  yüksək  qiymətin 
ifa  dəsidir.  Artıq  40  illiklə  bağlı  universitetimizdə  tədbirlər 
keçirilməyə başlamışdır. 
Xanəli  Kərimli  Naxçıvan  Dövlət  Universitetində  oxu-
yub.  Daha  sonra  bizim  institutdan  Azərbaycan  Dövlət  Pe-
daqoji  Uni versitetinə  çevrilib.  Ancaq  buna  baxmayaraq, 
Xanəli Kərimli dosentliyi burada qazanıb. Hal-hazırda xarici 
tələbələrlə  iş  üzrə  dekan  vəzifəsini  icra  edir.  Ümumiyyətlə 
tərcümeyi-halımızda nə varsa hamısı universitetimizlə bağlı-
dır. O cümlədən, Xanəli müəllimin də universitetimizlə bağ-
lılığı var. Xanəli müəllim yaxşı şairdir. Mətbuatda şeirləri tez-
tez işıqlandırılır. Xanəli müəllim həm yaxşı təşkilatçı, həm də 
gözəl tərbiyəçi müəllimdir. Təkcə pedaqoji fəaliyyətini ayrıca 
qeyd etmək olar. İndiyə qədər mən eşitməmişəm ki, bir tələbə 
Xanəli  müəllimdən  narazı  qalsın.  Xanəli  müəllimin  dərsinə 
də,  elminə  də  bu  illər  ərzində  böyük  hörmət  olub.  Xanəli 
Kərimli  şeir  yazan  gənclik  üçün  bir  nümunə  olub.  Əbülfəz 
Muxtaroğlu, Vaqif Məmmədov, Xanəli Kərimli, Elbəyi Maq-
sudov və digər şeir yazan şairlərimiz Naxçıvan yetir mələridir. 
Universitetimizdə xeyli şeir yazan gənclik vardır. 
Arif Ağalarov (filologiya üzrə fəlsəfə doktoru, dosent): 
Bugünkü kitabın təqdimatı, Xanəli müəllim haqqında ya-
zılan məqalələri, Xanəli müəllimə ithaf olunan şeirləri, Xanəli 
müəllimin elmi yaradıcılığını, Xanəli müəllimin bədii yaradı-
cılığını, bir sözlə, onun kimliyini ortaya qoyur. Xanəli müəllim 


379
haqqında meydana gələn “Şairə məktub” bir şair ömrünün 
kitabıdır. Kitabda təqdim olunan materiallardan bir daha ay-
dın olur ki, onun şeirləri ədəbiyyatşünaslığımızın tanınmış si-
malarından olan akademik İsa Həbibbəyli, Əməkdar elm xa-
dimi Camal Mustafayev və başqaları öz qeydlərində bir daha 
vurğulayırlar ki, Xanəli Kərimli Azərbaycan ədəbi mühitində 
tanınan şairdir. 
Fərqanə Kazımova (filologiya üzrə fəlsəfə doktoru, dosent): 
Xanəli  müəllimin  şeirlər  kitabı  çıxdıqca  bir  yoldaş  kimi 
bizə,  bütün  kafedranın  müəllimlərinə  paylamışdır.  Xanəli 
müəllimin  şeirlərində  həm  özü  haqqında,  həm  də  yaşadığı 
mühit  haqqında  öz  fikirlərini  bildirir.  Xanəli  müəllim  hələ 
də sağ olan milli dərdlərimizdən yazır. Bu milli dərdlərimizi 
bəzən çözür bəzən də çözə bilmir. Çözə bilməyəndə o yenidən 
Tanrıya üz tutur. Və Tanrıdan bir növ imdad diləyir.
Əbülfəz Əzimli (filologiya üzrə fəlsəfə doktoru, dosent): 
Xanəli müəllim haqqında dəfələrlə Şahbuz ictimaiyyəti ilə 
görüşlər etmişik. Xanəli müəllimim dostluğu əsl ziyalı dost-
luğudur.  Xanəli  müəllim  nə  yazırdısa  qəbul  olunurdu.  Elə 
olur ki, mən neçə il ona deyə bilmədiyimi deyə bilməmişəm. 
İsa Həbibbəyli: 
Mənə Universitetin ilk müsabiqəsinə ilk şeiri Xanəli müəl-
lim verib. Sizə yaradıcılıq uğurları arzulayıram. 
P.S. Tədbir televiziyanın ”Xəbərlər” proqramı üçün çəkildiyin-
dən çıxışlar tam yazılmayıb.


380
M Ü N D Ə R İ C AT
Ön söz yerinə
İsa Həbibbəyli. Xanəli kərimlıi şeirinin imkanları ...............3
Məqalələr
Camal Mustafayev. İnam saflığı ..............................................10
Maarifə Hacıyeva. Payız düşüncələri .....................................15
Vaqif Yusifli. Xanəli kərimlinin payız duyğuları .................21
Sədaqət Həsənova. Xanəli kərimlinin dil-üslub 
xüsusiyyətləri..............................................................................27
Yaşar Qasımbəyli. Poeziyada istiqlalın tərənnümü ..............36
Yaşar Qasımbəyli. Vətəndaşlıq şeiriyyəti ...............................41
Fərqanə kazımova. Ağrılı və inamlı şair ................................46
Arif ağalarov. Xanəli kərimli seirlərinin dili və üslub 
xüsusiyyətləri..............................................................................53
Aypara behbudova. Mən sözdən qorxuram – tanrıdan 
qorxan kimi .................................................................................64
Aypara behbudova. Şairin “payız duyğuları” ......................73
Aypara behbudova. Şeirləri şəxsiyyəti və taleyi 
bütövlük təşkil edən şair ...........................................................80
Qənirə Əsgərova. Xanəli kərimlinin ədəbi dili .....................84
Elxan Yurdoğlu. Payızda doğulmaq da bir xoşbəxtlikdir... 92
Xuraman İsmayılqızı. “Payız duyğuları”nın 
bahar təravəti  ........................................................................... 98
binnət Nəsibov. “Payız duyğuları” müəllifi 
Xanəli kərimli .......................................................................... 102
Qardaş Əlişoğlu. Şair qardaşım, 60 yaşın mübarək ............ 114
Vilayət Nəsirli. Xanəli kərimlinin poetik aləmi .................. 117
Vilayət Nəsirli. Ağrılarla döyüşən şair – Xanəli kərimli .. 123
Vüsal Şəbizadə. “Burda daşa dönüb əsrin yaddaşı” .......... 127
İradə Əliyeva. Xanəli kərimli ................................................ 134
 


381
Xəbərlər
“İlk səsim, son sözüm şeirlərimdir...” ................................... 137
Sözün əlincə qalası ................................................................... 139
Məqalələr toplusunun işığında .............................................. 139
Yeni “payiz duyğuları” ........................................................... 140
Müsahibə
Müasir ədəbi tənqid bu günün ədəbi prosesi 
səviyyəsindədir ........................................................................ 142
Təbriklər, məktublar...
Xanəli Kərimli-60. Təbriklər ................................................... 149
Əbülhəsən Cəlilov. Şairə məktub .......................................... 161
Şərqiyyə Məmmədova. Məktub ............................................. 162
 
Məqalələrdən sətirlər
İsmayıl Hacıyev ........................................................................ 164
Aypara Behbudova .................................................................. 165
Qaşdar Əliyev ........................................................................... 166
Nərgiz İsmayılova .................................................................... 167
Ədalət Cəfəroğlu ...................................................................... 168
Əli Rza Xələflinin “Şairin qardaşı oğlu” əsərindən ............ 169
Yaradıcılığından nümunələr. Şeirlər
Toğluqayanın məmməd araza məktubu .............................. 197
Dəlılık bır azadlıqdır ............................................................... 198
Sonra gec olar............................................................................ 199
Əlinə əl yetməz... ...................................................................... 200
Bir az da sevgidən danış ......................................................... 201
Təbiət itirib təbiətliyin ............................................................. 202
Arama ........................................................................................ 204
Dönə taleyimiz qağayılara ...................................................... 204
Şəhidlik nəğməsi ...................................................................... 205


382
Bir də geri dönməyəcək bu qatar ........................................... 206
Əvvəli də sirdir, sonu da sirdir .............................................. 207
Sözü sözlə yaşatdım ................................................................. 208
Həyat tablosu ............................................................................ 209
Hərdən ....................................................................................... 210
Dəlisən, dəli... ........................................................................... 211
Vətən də qərib ölür... ............................................................... 212
Vətənimin yaşı çinar ................................................................ 214
Adsız şeirlər .............................................................................. 216
Saxla qəlbini buz tək... ............................................................. 217
Hələ inanmırlar... ..................................................................... 218
Onda yazılacaq... ...................................................................... 220
Təsəlli ......................................................................................... 221
Sən demə... ................................................................................ 222
Zamanıma, nakam dostlarıma və özümə elegiya ............... 224
Nə mutluyam... ......................................................................... 225
İndi ............................................................................................. 227
İşığa can atıb ürəyim hər an ................................................... 228
Yazım ki... .................................................................................. 229
Ruhun şad olsun ...................................................................... 232
Nənəm nağıl deyərdi ............................................................... 234
Dördlüklər ................................................................................. 235
Bir də çətin gələ ələ bu dünya ................................................ 237
İnanıram ki... ............................................................................. 238
Həyatımdan köçən dostlar
Cəlilsiz və Cəlilli günlərim ..................................................... 256
Ziyalılığın işığı .......................................................................... 260
Tanıdığım Həmzə müəllim .................................................... 266
Təklikdən tənhalığa ................................................................. 270
Bir Vaqif də köç eylədi dünyadan... ...................................... 277
Milli onomastikamızın fədakar tədqiqatçısı ........................ 283
Ömür də bir işıqdır .................................................................. 289


383
Xanəli Kərimli yaradıcılığı Rusiya, türkiyə və 
İran mətbuatında
Гусейн Aдыгезалов. Морально-нравственная 
направленность поэтики Ханали Керимли. ................... 294
Nahçıvandan Haneli kerimlinin yeni kitabı:  
“Sözün elince kalsı” ........................................................................308
Haneli kerimlinin “payız duyğuları” isimli kitabı çıktı .... 315
Lentlərin yaddaşından gələn səsslər, yaxud 
bu da bir tarixdir... ................................................................... 318
Xanəli kərimlinin “ay işığında” kitabinin təqdimatı ........ 313
Xanəli kərimlinin 50 illik yubileyi ........................................ 342
Xanəli kərimlinin 60 illik yubileyi ........................................ 365
“Şairə məktub” kitabının təqdimatı ...................................... 378


Xanəli Kərimli: Bir ömrün işığı 
(Məqalələr, məktublar, tədbirlər)
Çapa imzalanmışdır: 06.09.2016
Kağız formatı: 84х108 1/32
Həcmi: 24,5.ç.v. Tirajı: 300
 
Qanun Nəşriyyatı
Bakı, Azərbaycan, AZ1102, Tbilisi pros., 76
Тел.: (+994 12) 431-16-62; 431-38-18
Mobil: (+994 55) 212 42 37
e-mail: info@qanun.az
www.qanun.az
www.fb.com/Qanunpublishing
www.instagram.com/Qanunpublishing

Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə